20 avq 16:55medeniyyet

Həkimlər aktyora 72 saat vaxt qoyublar

Həkimlər aktyora 72 saat vaxt qoyublar
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Məhərrəm Qurbanovun səhhətində problem yaranıb.

Avrasiya.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, beyin insultu keçirib. Aktyor dərhal Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

M. Qurbanovun qızı Aytən Qurbanovanın sözlərinə görə, həkimlər onun atasına 72 saat vaxt qoyublar.

Qeyd edək ki, M. Qurbanov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışır. Saysız-hesabsız tamaşalarda müxtəlif obrazlar canlandıran sənətkar "Qız qalası", "Ərazi", "Ayrılıq imiş", "Axırıncı yol", "Son nəfəsədək" və s. filmlərdə rol alıb.
XƏBƏR LENTİ
13-10-2019, 18:06
SORĞU