18 iyl 11:23medeniyyet

Afaq Aslan Avropanın ən gözəl qadını olmaq üçün İtaliyaya gedir - FOTOLAR

Afaq Aslan Avropanın ən gözəl qadını olmaq üçün İtaliyaya gedir - FOTOLAR“Hər il İtaliyada Beynəlxalq səviyyədə keçirilən “Miss Europa Continental” yarışmasının təşkilatçıları tərəfindən modellik yarışmasına təklif almışam”.
Publika.az xəbər verir ki, bunu müğənni Afaq Aslan instaqramda yazıb.
Afaq Aslan Avropanın ən gözəl qadını olmaq üçün İtaliyaya gedir - FOTOLAR
Yeni fotosessiyasından görüntülərini izləyiciləri ilə bölüşən müğənni bildirib ki, 7-ci dəfə keçiriləcək yarışmanın məqsədi İtaliyada Avropanın ən gözəl xanımlarını seçməkdir: “Təşkilat tərəfindən bu günə qədər Azərbaycanda hər hansı bir tanınmışa yarışmada iştirak etmək hüququ verilməyib. Lakin təşkilatın münsifləri tərəfindən bu dəfə mənə Azərbaycanı təmsil etmək üçün təklif olunub. Çox götür-qoy edərək mənə göndərilən təkliflə tanış oldum və qarşılıqlı müqavilə imzaladıq. Nəticədə, rəsmi olaraq "Miss Europa Continental 2019" yarışmasının Azərbaycan təmsilçisi seçildim”.
Afaq Aslan Avropanın ən gözəl qadını olmaq üçün İtaliyaya gedir - FOTOLAR
A.Aslan bildirib ki, noyabrın 19-24-ü ərəfələrində İtaliyada Avropanın ən gözəl siması olmağı qarşısına məqsəd qoyaraq, oraya üz tutacaq: “Qeyd edim ki, yarışmanın qalibləri Avropanın ən öndə gedən brend şirkətləri ilə müqavilə imzalayıb, onların simaları olacaq və mən Azərbaycanı bu yarışmada təmsil edən ilk azərbaycanlı xanım olacam”.
loading...
XƏBƏR LENTİ
SORĞU