25 iyn 10:50medeniyyet

Prezident Sənubər İsgəndərliyə ev verdi

Prezident Sənubər İsgəndərliyə ev verdiPrezident İlham Əliyev əməkdar artist Sənubər İsgəndərliyə ev hədiyyə edib.

Kult.az xəbər verir ki, bu barədə məlumatı sənətçi Feysbuk hesabında qeyd edib. O, Prezidentə diqqətinə görə təşəkkür edib:

“Möhtərəm cənab Prezident!

Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək, ev hədiyyə etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə sizə bir daha sonsuz təşəkkürümü bildirirəm.

Allah sizi və Azərbaycanımızı qorusun!”
loading...
XƏBƏR LENTİ
Bu gün, 13:11
13-07-2019, 09:25
SORĞU