24 iyn 18:41medeniyyet

Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun büstünün açılış mərasimi olub

Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun büstünün açılış mərasimi olubBütün dünyada Qərbin qapısı kimi tanınan Qazax həm də sazın, sözün qüdrəti ilə öz sözünü deməyi bacarıb. Tarixi şəxsiyyətləri, Xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə səs salıb bütün aləmə, yaxına, uzağa. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olub.

Avrasiya.net xəbər verir ki, söz, sənət mülkünün beşiyi sayılan Qazaxda bu gün daha bir tarixi gün yaşanıb. Bu il iyunun 5-də anadan olmasının 80 ili tamam olan şair, dramaturq, publisist, Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlu şəxsiyyətinə, yaradıcılığına dəyər, qiymət verənlər, onun ömür yoluna nəzər salanlar onun yubiley tədbirinə və büstünün açılışına şahidlik etmək üçün bir yerə toplaşıblar.
Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun büstünün açılış mərasimi olub
Ölkədə cərəyan edən ictimai-siyasi hadisələrə həmişə obyektiv qiymət vermiş və düzgün mövqe tutmuş, xalqını və Vətənini sevən böyük şəxsiyyətin 80 illik yubileyi dövlət səviyyəsində qeyd olunur. Öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının təkrarolunmaz səhifələrini yazan Xalq şairinin 80 illiyinin təntənəli şəkildə qeyd olunması üçün dövlətimiz tərəfindən də məqsədyönlü tədbirlər həyata keçirilir.
Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun büstünün açılış mərasimi olub
Dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın görkəmli Xalq şairinin 80 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr bunun bariz nümunəsidir.

Heydər Əliyev Fondu və şəxsən Mehriban xanım Əliyeva tərəfindən Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə Qazaxda büstünün qoyulması da belə tədbirlərdəndir.
Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun büstünün açılış mərasimi olub
Bu gün Qazaxda şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında yubiley münasibətilə qoyulmuş həmin büstün açılış mərasimi olub. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, qonaqlardan Səməd Vurğunun Ev Muzeyinin direktoru, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova, AYB-nin mətbuat katibi Xəyal Rza, "Qazax” Xeyriyyə İctimai Birliyinin nümayəndəsi Məti Osmanoğlu, Xəzər Televiziyasının əməkdaşı Həmid Herisçi, Bakıdan qonaq olan aktyorlar Kamran Yunis, Xəzər Süleymanlı, Mənzər Məmmədrəsul qızı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, yazarlar, saz, söz adamları, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun büstünün açılış mərasimi olub
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsini yad ediblər. Memorial önünə gül dəstələri düzərək şəhidlərimizə olan sonsuz ehtiramlarını bildiriblər. Şəhidlərin ruhuna dualar oxunub, Səməd Vurğun adına şəhər 2 saylı tam orta məktəbin şagirdləri Hamaya Qurbanova və Növrəstə Haqverdiyeva şəhidlik zirvəsinə yüksələn igid oğullarımıza həsr olunmuş şeirlər səsləndiriblər.

Sonra "Fəxri qazaxlılar” parkında qoyulmuş büstün üzərindəki ağ örpək götürülüb və önünə gül dəstələri düzülüb.
Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun büstünün açılış mərasimi olub
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbir iştirakçılarını salamlayıb və tarixi gün münasibətilə bütün ziyalıları, qazaxlıları təbrik edib. Vaqif Səmədoğlunun timsalında bütün qazaxlı ziyalılara verilən yüksək qiymətə görə AYB Qazax zona filialının çoxsaylı üzvləri, eləcə də rayon ictimaiyyəti adından ölkə başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezdenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib. Azərbaycan ədəbiyyatının, müasir poeziyamızın inkişaf etməsində böyük xidmətləri olan Vaqif Səmədoğlu şəxsiyyətinə verilən dəyərin bütün ziyalılar tərəfindən yüksək minnətdarlıq və razılıq hissi ilə qarşılandığını qeyd edib.
Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun büstünün açılış mərasimi olub
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri ilə seçilən Vaqif Səmədoğlu yaradıcılığından söz açıb. İcra başçısı görkəmli şəxsiyyətin Azərbaycanın sayılıb seçilən ziyalılarından olduğunu, onun hər zaman xalq tərəfindən sevildiyini, xidmətlərinin də dövlət tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb.
Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun büstünün açılış mərasimi olub
Ulu öndər Heydər Əliyevin zamanında Vəkilovlar ailəsinə verdiyi dəyərdən, göstərdiyi yüksək qayğıdan söz açan rayon rəhbəri bu gün həmin qayğının onun layiqli davamçıları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib.

Rayon rəhbəri Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə Qazaxda şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında büstünün qoyulmasını Qazax ziyalılarına verilən daha bir böyük qiymət kimi dəyərləndirib. İcra başçısı qeyd edib ki, bu addımın atılması bir daha onu sübut etdi ki, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə olan dövlət qayğısı bütün illərdə olub və bundan sonra da olacaqdır. Ən əsası da şairlərə, yazıçılara verilən qiymət bütövlükdə ədəbiyyatımıza verilən qiymətdir.
Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun büstünün açılış mərasimi olub
Rayon rəhbəri sonda Qazax Müəllimlər Seminariyasının 100 illiyi, Xalq şairi İsmayıl Şıxlının anadan olmasının 100 illiyi ilə əlaqədar verilən sərəncamlara, bu gün Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun 80 illiyi münasibətilə büstün qoyulmasına görə ölkə başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya rayon ictimaiyyəti adından bir daha minnətdarlığını bildirib.

Yuxarı Salahlı kənd sakini, Prezident təqaüdçüsü Kamal Əhmədov çıxış edərək Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, xüsusilə də qazaxlı ziyalılara verdiyi yüksək dəyərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. Qazaxda bütün yubiley tədbirlərinin, o cümlədən də Vaqif Səmədoğlunun 80 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasını bir ağsaqqal kimi minnətdarlıq hissi ilə qarşıladığını qeyd edib.
Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun büstünün açılış mərasimi olub
AYB-nin mətbuat katibi Xəyal Rza çıxış edərək tədbirə toplaşanları salamlayıb və AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayevin təbriklərini çatdırıb. Artıq 9-cu ildir ki, Azərbaycanda qeyd olunan "Şairlər Günü”ndən və bu gün münasibətilə keçirilən silsilə tədbirlərdən söz açıb. Vaqif Səmədoğlunun 80 illiyinə həsr olunmuş tədbirin də həmin günlə əlaqədar keçirilən tədbirlərin davamı olduğunu diqqətə çatdırıb. Vaqif Səmədoğlu haqqında xatirələrini qeyd edən X.Rza vaxtilə onun bir kitabının layihə rəhbəri olduğunu qeyd edib və bununla qürur duyduğunu dilə gətirib. Bu gün ata yurdu olan Qazaxda qardaşı Xalq yazıçısı Yusif Səmədoğlunun büstünün yanında onun da büstünün qoyulmasını Vaqif Səmədoğlu yaradıcılığına verilən ən yüksək qiymət kimi dəyərləndirib. Əməyi keçən bütün insanlara AYB-nin rəhbərliyi adından təşəkkürlərini çatdırıb.
Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun büstünün açılış mərasimi olub
Qonaqlardan "Qazax” Xeyriyyə İctimai Birliyinin nümayəndəsi Məti Osmanoğlu, Xəzər Televiziyasının əməkdaşı Həmid Herisçi Xalq şairi ilə bağlı xatirələrindən söz açıb, səmimi ürək sözlərini çatdırıblar. Vaqif Səmədoğlunun yarım əsrdən artıq dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli töhfələr verdiyini, onun yaradıcılığının müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini təşkil etdiyini qeyd ediblər. Vaqif Səmədoğlunun xalqını və Vətənini sevən böyük şair olmasından danışıblar. "Mənə yaşamaq yox, şeir yazmaq gərəkdir”, "Mən şair kimi yox, şeir kimi ölmək istəyirəm” deyən görkəmli söz ustadının həmişə şeirə, sənətə böyük önəm verdiyini, poeziyanı daim uca tutduğunu vurğulayıblar.
Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun büstünün açılış mərasimi olub
AYB Qazax filialının ədəbi məsləhətçisi Mustafa Rasimoğlu, AYB-nin üzvü, şairə Tamella Poladlı çıxış edərək görkəmli şair haqqında ürək sözlərini bildirib ona həsr etdikləri şeirləri səsləndiriblər.

Bakıdan qonaq olan aktyorlar Kamran Yunis və Xəzər Süleymanlı da Vaqif Səmədoğlu şeirlərini səsləndirərək yubiley töhfələrini təqdim ediblər.
Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun büstünün açılış mərasimi olub
Aşıq Camoy Qurbanovun, Yuxarı Salahlı kənd tam orta məktəbin şagirdləri Sərxan Vəliyev və Kənan Zeynalovun saz havası üstdə təqdim etdikləri şeirlər də tədbirə daha bir rəng qatıb.
Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun büstünün açılış mərasimi olub
Səməd Vurğun Ev Muzeyinin direktoru, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova çıxış edərək ömür-gün yoldaşına dövlət səviyyəsində verilən qiyməti sonsuz minnətdarlıq hissi ilə qarşıladığını bildirib. Qeyd edib ki, bu gün Vaqif Səmədoğlunun ata yurdunda qardaşının yanında büstünün qoyulması bir daha sübut etdi ki, Vəkilovlar ailəsi hər zaman birlik nümayiş etdiriblər. Səməd Vurğun və onun övladları qazaxlıları, Qazaxı hər zaman sözün qüdrəti ilə yüksəkdə tutublar. Bu gün bu tədbirin yüksək səviyyədə təşkil olunmasını və qazaxlıların Vaqifə olan sonsuz sevgisini görən zaman bir daha əmin oldum ki, o, doğrudan da qazaxlıların qəlbində əbədi olaraq yaşayır. Bu gün qazaxlılar təkcə dahi şairimiz Səməd Vurğuna deyil, eyni zamanda, onun övladlarına, o cümlədən də Vaqifə yüksək dəyər verirlər.
Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun büstünün açılış mərasimi olub
Sonda N.Vəkilova Vaqif Səmədoğlunun 80 illik yubileyinin respublika səviyyəsində qeyd olunmasına görə ölkə başçısı İlham Əliyevə vaqifsevərlər adından minnətdarlığını bildirib. Heydər Əliyev Fondu tərəfindən Mehriban xanımın təşəbbüsü ilə büstün qoyulmasını yüksək minnətdarlıq hissi ilə qeyd edərək bir daha sonsuz təşəkkürlərini çatdırıb. Büstün qoyulmasında əməyi keçən insanlara, həmçinin, büstün heykəltaraşı olan Kamran Əsədova minnətdarlığını çatdırıb. Tədbirin belə yüksək səviyyədə təşkilinə görə rayon rəhbərliyinə razılığını bildirib.
Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun büstünün açılış mərasimi olub
Yüksək əhval-ruhiyyədə keçən tədbirin sonunda iştirakçılar xatirə şəkilləri çəkdiriblər.
Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun büstünün açılış mərasimi olub
Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun büstünün açılış mərasimi olub
loading...
XƏBƏR LENTİ
Bu gün, 13:11
13-07-2019, 09:25
SORĞU