21 iyn 14:58medeniyyet

Həmyerlimiz meksikalıları heyrətləndirdi - FOTOLAR

Həmyerlimiz meksikalıları heyrətləndirdi - FOTOLARBir neçə gün öncə Meksikada yaşayan həmyerlimiz, Azərbaycan Respubllikasının əməkdar artisti Çingiz Məmmədovun da iştirakı ilə möhtəşəm konsert proqramı olub. Konsertin dirijoru Sankt-Peterburq (Leninqrad) Konservatoriyasının məzunu, San Luis Potosi şəhərinin məşhur orkestirinin tanınmış dirijoru, maestro Xose Miramontez olub. Konsertdə Paul Hindemitin və Maks Bruxanın əsərləri səsləndirilib.

Xatırladaq ki, həmyerlimiz Çingiz Məmmədov Azərbaycan Dövlət Konservatoriyasını alt musiqi aləti üzrə bitirib. Hələ üçüncü kursada oxuyarkən Azərbaycan Dövlər Kamera orkestrində çalışmağa başlayıb. 1970 – ci ildə, Konservatoriyanı bitirən kimi Çingiz Məmmədov Konservatoriyada müəllim kimi fəaliyyətə başlayıb. Çingiz Məmmədov həmçinin Sankt-Peterburq (Leninqrad) şəhərində aspiranturanı (1973) bitirib. Soydaşımız 1977-1980 – ci illərdə Ekvador Milli orkestrində çalışıb. Daha sonra isə Çingiiz müəllim Meksikanın müxtəlif orkestrlərində çalışıb, alt musiqi alətində ifa edib. Meksikada kifayət qədər tanınmış olan soydaşımız vaxtaşırı digər ölkələrdə də konsert proqramlarında uğurla çıxış edir.
Həmyerlimiz meksikalıları heyrətləndirdi - FOTOLAR
Elnur Eltürk
loading...
XƏBƏR LENTİ
Bu gün, 13:11
13-07-2019, 09:25
SORĞU