07 iyn 17:14medeniyyet

ATV Səhər istirahətə dəvət edir - “Hara gedək?”

ATV Səhər istirahətə dəvət edir - “Hara gedək?”Azad Azərbaycan Televiziyasında yayımlanan ATV SƏHƏR verilişi “Hara gedək? adlı maraqlı bir layihə təqdim edib. İlk buraxılışı bu gün efirə çıxan “Hara gedək” rubrikası hər həftənin cümə günü yayımlanacaq. “ATV SƏHƏR”-in baş redaktoru Yaqut Tapdıqqızı bildirib ki, Nigar Cahangirin təqdimatında yayımlanan rubrikada tamaşaçılara səmərəli, əyləncəli, maraqlı və “ağıllı” istirahətin yolları göstəriləcək:

“Bu rubrikada səyahəti sevən əməkdaşımız Nigar paytaxtda və bölgələrdə uyğun büdcə ilə maksimum maraqlı istirahəti necə təşkil etmək olar sualına cavab axtaracaq. Artıq ilk buraxılışdan sonra elə öz əməkdaşlarımız arasında həftəsonu istirahətini “ Hara gedək?” rubrikası əsasında seçənlər var. Düşünürük ki, bu, tamaşaçıların da seçim imkanına təsir edəcək”

Qeyd edək ki, “Hara gedək?” rubrikasını hər həftənin 5-ci günü səhər 07:45-09:45 saatlarında canlı yayımlanan ATV SƏHƏR verilişində izləmək mümkün olacaq.
loading...
XƏBƏR LENTİ
25-06-2019, 22:56
25-06-2019, 16:30
24-06-2019, 15:00
SORĞU