31 may 08:38medeniyyet

Toppuş bacının son halı kədərləndirdi - Foto

Toppuş bacının son halı kədərləndirdi - Foto“Toppuş bacı” kimi tanınan məşhur aktrisa Tünzalə Əliyevanın son halı sevənlərini kədərləndirib.

Kult.az xəbər verir ki, uzun zamandır xərçəngdən əziyyət çəkən aktrisa saçlarını kəsdirməli olub. İnstaqram hesabında həyat yoldaşı ilə birlikdə foto paylaşan T.Əliyeva bu sözləri yazıb:

“Xoşbəxt olmaq üçün xarici görünüşün heç bir anlamı yoxdur. İnşallah hər şey yaxşı olacaq”.

Həyat yoldaşı isə paylaşımında “Bağışla ki, sənin üçün sadəcə saçlarımı qurban verə bildim, həyatımı yox” yazıb.

Xatırladaq ki, həddindən artıq kök olmasından narahat olan aktrisa mədəkiçiltmə əməliyyatı etdirib. Bundan sonra isə onda xərçəngin əlamətləri hiss olunmağa başlayıb. Əməliyyat olunan aktrisa artıq növbəti dəfədir kimyaterapiya qəbul edir.
Toppuş bacının son halı kədərləndirdi - Foto
loading...
XƏBƏR LENTİ
25-06-2019, 22:56
25-06-2019, 16:30
24-06-2019, 15:00
SORĞU