20 may 16:02medeniyyet

Pirallahıda "Gəncsən? Başla!", "MəqsədliSən?!" adlı kitablarının imza günü keçirilib

Pirallahıda "Gəncsən? Başla!", "MəqsədliSən?!" adlı kitablarının imza günü keçirilib18 may 2019-cu il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və təşəbbüsü ilə, “Legal Standart” MMC-nin dəstəyi ilə, "Gəncsən? Başla!" "MəqsədliSən?!" adlı kitablarının imza günü keçirilmişdir.

Gənclərin işgüzar inkişafına dəstək məqsədi ilə Dr. dosent Nadir Adilov tərəfindən yazılmış "Gəncsən? Başla!", "MəqsədliSən?!" kitabları müəllif tərəfindən gənclərə imzalı təqdim olunmuşdur. Gənclərin işgüzar inkişafına dəstək məqsədi ilə müəllif tərəfindən real və praktiki nümunələrə geniş yer verilib. Kitablar yeniyetmə və gənclər üçün nəzərdə tutulub. Qeyd edək ki, Nadir Adilov Azərbaycanda və xaricdə çap edilən 100-dən çox elmi məqalənin və 5 elmi əsərin müəllifi və işgüzar inkişaf yazarıdır.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli qonaqları salamlayaraq dövlətin gənclərə hər zaman dəstək olduğunu qeyd etdi. Həmçinin, vurğuladi ki, “Gəncsən? Başla!” kitabı gənclər üçün çox faydalı olacaq.

Tədbir zamanı “Legal Standart” MMC-nin həmtəsisçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Vəkil İsmayıl Kəngərli gənclərə başlamaq istədikləri işlərin istiqaməti üzrə hüquqi prosedurlar, qanuni fəaliyyəti əsasları üzrə məsləhət verdi. Eyni zamanda, Gənclərin Fərdi İnkişafı üzrə ekspert Abdulla Teyyubovun motivasiya və fərdi inkişaf istiqamətində təqdimatları keçirildi.
Pirallahıda "Gəncsən? Başla!", "MəqsədliSən?!" adlı kitablarının imza günü keçirilib
loading...
XƏBƏR LENTİ
Dünən, 23:30
15-06-2019, 22:57
15-06-2019, 08:24
SORĞU