19 may 11:29medeniyyet

Avroviziya-2019: Qalib Hollandiya oldu - Video

Avroviziya-2019: Qalib Hollandiya oldu - Videoİsrailin paytaxtı Təl-Əvivdə Avroviziya-2019 mahnı müsabiqəsinin finalı 23:00-da başlayıb.

Kult.az xəbər verir ki, Çingiz Mustafayev final günü səhnəyə şousunun ikinci hissəsində çıxacaq. Təmsilçimiz Çingiz Mustafayev finalda 20-ci nömrə altında çıxış edəcək.

Qeyd edək ki, Azərbaycanla yanaşı, Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə, Malta,Yunanıstan, Belarus, Serbiya, Kirp, Estoniya, Çexiya, Avstraliya, San Marino, İslandiya və Sloveniya təmsilçiləri finala keçmək şansı qazanıb.

Ç.Mustafayev Avroviziya-2019-un favoritlərindən hesab edilir.

***

Təmsilçimiz Ç.Mustafayev hal-hazırda səhnədə çıxış edir.

***

Təmsilçimiz yarımfinalda olduğu kimi, finalda da uğurla mahnısını ifa etdi.

***

Bütün iştirakçılar mahnlarını ifa etdilər. Hazırda səsvermə prosesi gedir.

***

Səsvermə prosesi artıq başa çatdı. Artıq nəticələr elan edilir. Hazırda ilk üçlüyü bu ölkələr bölüşür:

1. İsveç - 239

2. Şimali Makedoniya - 237

3. Hollandiya - 231

4. İtaliya - 212

5. Azərbaycan - 197

Azərbaycan 12 xalını Rusiyaya verdi. Rusiya da öz növbəsində 12 xalını Azərbaycana verdi.

***

Səsvermənin 2-ci hissəsi - xalq səsverməsinin nəticələri açıqlanır.

***

Avroviziya-2019 mahnı müsabiqəsinin nəticələri:

1. Hollandiya - 492

2. İtaliya - 465

3. Rusiya - 369

4. İsveçrə - 360

5. Norveç - 338

6. İsveç - 332

7. Azərbaycan - 297

8. Şimali Makedoniya - 295

9. Avstraliya - 285

10. İslandiya - 234
loading...
XƏBƏR LENTİ
Dünən, 23:30
15-06-2019, 22:57
15-06-2019, 08:24
SORĞU