08 apr 16:32medeniyyet

Xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq edilib

Xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq edilibXalq artisti Zülfiyyə Xanbabayevaya qarşı oğurluq edilib. ONA-nın əldə etdiyi xəbərə görə, müğənni faktla bağlı polisə müraciət edib.

Hadisəni törətməkdə təqsirləndirilən Şirinova Əntiqə Nəriman qızı saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib. Məlumata görə, o, Z. Xanbabayevanın evindən qızıl-zinət əşyaları və pul oğurlayıb. Onun cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 18-nə təyin edilib.

ONA hadisənin təfərrüatlarını öyrənmək üçün müğənni ilə əlaqə saxlayıb. O, məlumatı təkzib edərək, bu barədə danışmaq istəmədiyini deyib.
XƏBƏR LENTİ
Dünən, 17:10
SORĞU