08 apr 11:23medeniyyet

Aparıcı söyüşə görə işdən çıxarıldı

Aparıcı söyüşə görə işdən çıxarıldı"Space" kanalında yayımlanan "Hər səhər" verilişində yaşanan qalmaqal bir çox əməkdaşın işdən uzaqlaşdırılmasına səbəb olub.

Teleqraf.com-un məlumatına görə, əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundovun qonaq olduğu proqramda qalmaqallı hadisə yaşanmışdı. Belə ki, Rüfət fonoqramla mahnı oxuyarkən, aparıcıya əxlaqsız ifadələr işlədib, səs rejissoru isə mikrofonları bağlamağı unutduğu üçün səs efirə gedib. Ötən gün səs rejissoru Etibar Mustafayev işdən uzaqlaşdırılıb.

Bu gün isə verilişin aparıcısı Anar Vaqifoğlu efirə buraxılmayıb. Onun əvəzinə verilişi əməkdar artist Çingiz Əhmədov aparıb.

Qeyd edək ki, MTRŞ kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edib, iş məhkəməyə göndərilib.

Xatırladaq ki, Anar eyni zamanda "Space" radioda "Yanar saat" verilişinin aparıcısıdır.
XƏBƏR LENTİ
SORĞU