02 mar 11:34medeniyyet

"Mini Art" layihəsi çərçivəsində açlış baş tutub

"Mini Art" layihəsi çərçivəsində açlış baş tutubAzərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Mini Art” layihəsi çərçivəsində Gəncə şəhərində yaşayan gənc rəssamların miniatür üslubda çəkilmiş rəsm əsərlərindən ibarət sərginin açılış mərasimi 27.02.2019 tarixində keçirildi.

Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov tədbir iştirakçılarını Regional İdarənin rəisi Sənan Hacıyevin adından salamladı. O, Azərbaycan gənclərinə dövlət qayğısından danışaraq qeyd etdi ki, Gənclər Fondunun, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncədə yaşayıb-yaradan, istedadlı gənclər müxtəlif layihələr həyata keçirirlər.

Bu gün miniatür rəsm əsərlərindən ibarət sərginin təqdim olunması N.Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi, layihə rəhbəri Fidan Böyükbabalının zəhmətidir.
Çıxış edən Fidan Böyükbabalı “Mini Art” layihəsindən, son illərdə Azərbaycan mədəniyyətinin və tarixinin təbliği istiqamətində həyata keçirilən layihələrdən danışdı, Gənclər Fonduna, ona dəstək olanlara öz təşəkkürünü bildirdi.

Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru Habil Əzizov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclər sektorunun müdiri Xəyalə Qurbanova layihə rəhbəri Fidan Böyükbabalıya uğurlar arzu etdilər.

Sərgiyə baxış keçirildi. Sonda Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mini Art” bədii sərgisi layihəsi çərçivəsində, müəllifi Fidan Böyükbabalı olan “Azərbaycan miniatür tarixi” kitabı iştirakçılara paylanıldı.

Sərgidə həmçinin F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Dövlət Kamera Orkestrinin kvarteti öz musiqi nömrələrini təqdim etdi.
loading...
XƏBƏR LENTİ
SORĞU