25 yan 19:32medeniyyet

"Nəsimi mənə dedi ki, Afət, bu qəzəlimi oxu" - VİDEO

"Nəsimi mənə dedi ki, Afət, bu qəzəlimi oxu" - VİDEOMən Nəsimini yuxuda görə bilmərəm? Kim sübut edə bilər ki, onu yuxuda görməmişəm?

Avrasiya.net xəbər verir ki, bu sözləri görkəmli şair İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini hind mahnısı üzərində ifa etməsi ilə gündəmə gələn və tənqid hədəfinə çevrilən müğənni Afət Fərmanqızı “Yeni Müsavat”a müsahibəsində deyib.

Müğənni sözügedən mahnıya görə İ.Nəsiminin qohumlarının ona təşəkkür etdiyini bildirib:

“İnsanların məni həddindən artıq tənqid etmələri əsəblərimi pozdu. Lakin ümumi nəzər salanda görürəm ki, İnstaqramda yazılmış 1000 şərhdən 980-i tərif, 20-si tənqiddir. Onların da bəziləri saxta profillərdir, məni sevməyən həmkarlarım açdırıb. Mənə xeyli yazan olub ki, Şamaxıdanıq, Nəsiminin qohumlarıyıq, çox sağ olun ki, Nəsimini yaşadırsınız, oxumağa davam edin. Təki, məni tənqid edənlər vətənimizi, xalqımızı, millətimizi, dövlətimizi mənim qədər sevsinlər”.

Qeyd edək ki, bir qədər əvvəl Afət Fərmanqızı İ.Nəsimini yuxuda gördüyünü və şairin ona “Afət, bu qəzəlimi oxu” dediyini iddia edib.
XƏBƏR LENTİ
Dünən, 08:10
20-09-2019, 14:39
20-09-2019, 14:21
SORĞU