26 dek 07:02medeniyyet

Reper Ramin Nabran oyunu tərk edib

Reper Ramin Nabran oyunu tərk edib"Hind kinosu" devizi altında "Maşın" realiti şounun növbəti buraxılışı yayımlanıb. Şounun 12-ci günündə şounu iki nəfər tərk edib. Bu dəfə səsverməyə reper Ramin Nabran çıxıb. Amma səs toplaya bilməyən reper oyunu tərk edib.

Reperin iştirakçılarla vidalaşması zamanı isə daha bir olay baş verib. Ramin Nabran iştirakçı Dilarə Kazımova ilə görüşdüyü zaman o əlimi bir anlıq maşından götürüb.

Bununla da “Maşın”ı həm Ramin Nabran, həm də Dilarə Kazımova tərk edib.

Qeyd edək ki, hazırda şouda 5 iştirakçı mübarizəni davam etdirir. Bunlar müğənni Səmra Rəhimli, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisa Xəyalə Quliyeva və aktyor Sərxan Kərəmoğludur.
XƏBƏR LENTİ
SORĞU