22 dek 16:58medeniyyet

Ramil və Sərxan “Maşın” şouda əlbəyaxa oldu – Video

Ramil və Sərxan “Maşın” şouda əlbəyaxa oldu – VideoATV-də yayımlanan “Maşın şou Hind kinosu”nun növbəti səs-küylü, 9-cu buraxılışı başa çatıb.

Ölkə.az xəbər verir ki, bu dəfəki oyun qalmaqallarla, qarşılıqlı ittihamlarla yadda qalıb.

Növbəti səsvermədə iştirakçıların seçimi aktyor Mənsur Şərif olub. Aktyor açıq oyun aparacağını söyləyərək, Sərxan Kərəmoğlunu rəqibi kimi göstərib. Bildirib ki, oyunda qaldığı təqdirdə onu şoudan kənarlaşdıracaq.

Oyun gərgin mübarizə ilə davam edib. Bu dəfə iştirakçılar arasında televiziya auditoriyası və internet istifadəçiləri barəsində mübahisələr gedib.

Bundan əlavə Ramil Nabranla Sərxan arasında böyük qalmaqal yaşanıb, iş əlbəyaxa davaya qədər gəlib çıxıb. Şounun aparıcısı Murad Dadaşovun müdaxiləsi ilə tərəflər sakitləşdirilib.

Sonda Mənsur Şərif 48.12 faiz səs toplayaraq şounu özü tərk edib.

Qeyd edək ki, sabahki 10-cu buraxılış 10 nəfər iştirakçı ilə davam edəcək. Bunlar şairə Nazilə Səfərli, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisalar Xəyalə Quliyeva, Sərxan Kərəmoğlu, bloqqer Taleh Yüzbəyovdur.
XƏBƏR LENTİ
Dünən, 17:10
SORĞU