31 iyl 12:08medeniyyet

Azərbaycana ağır itki - Xalq artisti vəfat etdi

Azərbaycana ağır itki - Xalq artisti vəfat etdiOnunla vida bu gün olacaq

Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, "Şöhrət" və "Şərəf" ordenli bəstəkar Xəyyam Mirzəzadə vəfat edib. Görkəmli bəstəkar uzun sürən xəstəlikdən sonra ötən gün öz evində dünyasını dəyişib.

Onunla vida mərasimi bu gün Bakı Musiqi Akademiyasında keçiriləcək. X.Mirzəzadə II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, X.Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur.

30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.
loading...
XƏBƏR LENTİ
Bu gün, 10:44
SORĞU