04 iyn 20:57medeniyyet

Marneulidə şagirdlərin əl işlərinin sərgisi keçirilib - FOTOLAR

Marneulidə şagirdlərin əl işlərinin sərgisi keçirilib - FOTOLARBu gün, Mollaoğlu və Xüldərə İctimai Resurs Mərkəzlərinin təşkilatçıləğı ilə Marneuli munisipalitetinin Xüldərə kəndində 13 müxtəlif kənddən şagirdlərin əl işlərinin sərgisi keçirilib.

Sərgidə Yunus Emre İnstitutunun rəhbər heyəti, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri və nümayəndələri, bir çox ictimaiyyət xadimi, müəllimlər və kənd ziyalıları iştirak ediblər. Sərgidə müxtəlif mövzu üzrə əl işləri nümayiş etdirilib. Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov çıxış edərək bu Resurs Mərkəzinin Xüldərə kəndində yaradılmasının xalqımız üçün çox böyük əhəmiyyətə malik olduğunu bildirib. Eyni zamanda bölgəmizin digər ucqar kəndlərində də, buna misal olaraq Dmanisi munisipaıitetinin ən böyuk kəndlərindən olan Yırğançay kəndində də GAK-nin dəstəyi ilə oxşar Resusrs Mərkəzinin yaradılmasını təklif edib.
Marneulidə şagirdlərin əl işlərinin sərgisi keçirilib - FOTOLAR
Marneulidə şagirdlərin əl işlərinin sərgisi keçirilib - FOTOLAR
XƏBƏR LENTİ
Dünən, 08:10
20-09-2019, 14:39
20-09-2019, 14:21
SORĞU