Müğənnimiz Kürdüstanı dəstəklədi, ara qarışdı - Video

Müğənnimiz Kürdüstanı dəstəklədi, ara qarışdı - VideoAnti-Azərbaycan mövqeyi ilə seçilən Güney azərbaycanlı müğənni Rəhim Şəhriyarinin Təbrizdə keçirilən konserti boykot edilib.

Kult.az xəbər verir ki, onun Petroşimi amfiteatrında keçirdiyi konsertə cəmi 200 nəfər gəlib. Zalın demək olar ki, boş olduğunu görən müğənni azərbaycanlıları aşağılamağa çalışıb.

Müğənni Azərbaycanın kürdləşdirilməsi siyasətinə dəstək verdiyi üçün məruz qaldığı etirazlara da münasibət bildirib: “Bəzi azərbaycanlılar mənə qarşı ədəbsizlik və hörmətsizlik edir”.

Qeyd edək ki, R.Şəhriyari rejimin Təbrizdə keçirdiyi tədbirdə kürd rəqsinin nümayiş etdirilməsi planına dəstək verdiyinə görə tənqid olunur. O, Azərbaycanı Kürdüstan kimi göstərənlərə qarşı etirazları “qoşun çəkmə”yə bənzədərək, ölkəmizə qarşı mövqe sərgiləyib.