17 mar 10:49medeniyyet

Arif Qazıyevin səhhəti pisləşib - İnsult keçirib

Arif Qazıyevin səhhəti pisləşib - İnsult keçiribTanınmış rejissor, əməkdar incəsənət xadimi Arif Qazıyevin səhhətində problem yaranıb.

Bu barədə AzNews.az-a onun həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, Arif Qazıyev insult keçirib:

“Arif hələ ötən ilin yay aylarında insult keçirmişdi. Həmin vaxt danışığında problem yarandı. Müalicə aldı, indi özünü yaxşı hiss edir. Aparılan müalicə ilə əlaqədar həkimlər onun bir müddət işə çıxmasına qadağa qoydular. Hazırda Arif çox yaxşıdır, danışığı da aydındır”.
loading...
XƏBƏR LENTİ
Bu gün, 10:44
SORĞU