28 okt 18:58medeniyyet

"İdeologiyamda xəyanət yoxdur" - Rejissor Alik

"İdeologiyamda xəyanət yoxdur" - Rejissor AlikRejissor Alik müsahibəsinə belə başladı:
-Mən Alik Abbasov rejissor kimi səkkiz ildir ki ,fəaliyyət göstərirəm
-Çox gözəl.Niyə məhz Alik? Əsl adınızdır?
-Xeyr əsl adım Əlidir.Amma bu ad sənətə uyğun olmalığı üçün Alik kimi tanınmağa üstünlük verdim.
-Lap yaxşı ,bəlkə qisaca tərcüməyi halınızı da söyləyəsiniz?
-Olar.27 yaşım var .Kooperasiya Universitetinin maliyyə fakültəsini bitirmişəm, sonra isə Adanada özəl olaraq rejissorluq və psixologiya kurslarında təhsilimi davam etdirmişəm.
.Səhv etmirəmsə, maliyyədə-biznes,psixologiyada-insan ,rejissorluqda-yaradıcılıq önə çəkilir deyilmi?
-Bəli
-Onda sizə yaradıcı biznes insanı deyə bilərikmi ?
-Belə demək olar,amma daha çox rejissor olmağa üstünlük verərdim.
-Yaxşı, bəs rejissor kimi yaradıcılığa hansı filmlə başlamısıniz?
-“Məhəbbət və qisas ” filmi ilə
-Səhv etmirəmsə bu film ARB kanalında yayımlanirdi və dörd bölüm nümayiş olunduqdan sonra dayandırıldı.
-Bəli,nə yaxşı bilirsiniz ? Deyəsən izləmisiniz ?
-İzləyirdim bəli,etiraf edim ki,maraqlı serial idi,bes niyə yarımçıq bitdi?
-Maliyye problemlərinə görə
-Həmin filmin mövzusu melodram idi, deyilmi ?
-Bəli
-Bəs hansı aktyorlar həmin filmdə rol almışdı?
-Əjdər Zeynalov,Samirə Cavanşir,Güşvər və başqaları
- Maliyyə problemi yoluna qoyulunca çəkilişlər davam edəcəkmi ?
-İnşallah
-Alik, eşitdiyimə görə yeni film üzərində işləyirsiniz.
-Bəli “Bal Ayi” adlanacaq yeni film üzərində işləyirəm.
-Bu filmin necə, yarımıq qalmayacağına əminsinizmi ?
-İnşallah qalmaz.
-İnşallah.Hansi janırda olacaq film ?
-Tragikomediya
-Tragikomediya? Maraqlıdır.Bildiyimə görə bu janr kinomuzda çox az işlənib.
-Bəli, tamamilə raziyam.Aci həqiqətlərin gülüşlə tamaşaçıya çatdirilması
-Filmin mövzusu haqda nə deyə bilərsiniz?
-Film ailə məişət mövzusundadır.Bakıda yaşanmış ailəyə,cənub bölgəsindən olan, lakin Bakıda təhsil almış gəlinin gəlməsi fonunda inkişaf edir.
-Bu tragikomediyadır ki?
-Tragikomediya həmin gənclərin bir gündə olsun müstəqil gün keçirə bilməməsidir.Yəni azad yaşaya bilməməri.
-Maralıdır.Ardına film çəkiləndən sonra baxarıq,bəs filmin ssenarisini kim yazıb?
-Filmin ssenari müəllifi Yeganə Kərimzadədir.
-Alik, bu film haqda məncə bu qədər kifayətdir,keçək digər suallara
-Buyurun
-Başqa rejissorlarla işləyirsiniznizmi?
-Xeyr ,müstəqil fəaliyyətə daha çox ustunluk verirəm.Reklam,klip,qisametrajlı film və s. çəkirəm.
-Səkkiz ildir ki,sənətdəsiniz.Bu yaradici bir insan üçün az deyil. Sadaladığlarınlz da fəaliyyətinizin davamlı olmasından xəbər verir.Bəs çəkdiyiniz kliplərdən hansıların adını çəkə bilərsiniz?
Müsahibim təvazökarlıq edib, çəkdiyi filmlərin adını demək istəmədi.Mən də onun fikrinə hörmətlə yanaşıb söhbətimizi davam etdirdim.
-Alik bəy, bəlkə biraz şəxsi həyatınızla bağlı danışaq.Eşitdiyimə görə ayrılmısınız,özü də xəyanət etdiyinizə görə.
-Şəxsi həyat adından da göründüyü kimi şəxsidir.Bu mövzuda sualları sevmirəm. Xəyanətə gəldikdə isə onu deyə bilərəm ki,mənim idealogiyamda xəyanət adlanan bir məfhum yoxdur.
-Daha bir sualıma cavab versəz , şəxsi həyatınızla bağlı suallar bitəcək
Rejissor gülümsünərək:
-Nə deyim?
Son zamanlar tədbirlərdə sizi tez-tez bir xanımla görürük.
-Məni çox adamla görə bilərsiniz,işlə bağlı., bilirəm nə demək istəyirsiz təkcə onu deyə bilərəm ki,həyatımda “sevgi” yoxdur.
-Yaxşı bəş ,həyatınızla bağlı film çəkmək istərdinizmi?
- Cox gözəl fikirdir,amma risqə əl ata bilmərəm,bu günki tamaşaçıların bunu qəbul edəcəyini düşünmürəm.
Bəs bir rejissor kimi bu gün çəkilən seriallar sizi qane edirmi?
-Bəli ,az maliyyə ilə belə filmləri ərsəyə gətirmək çox çətindir.Amma əhsən bizim rejissorlara ki,bunun öhdəsindən gələ bilir.
-Sizcə rejissor olmaq üçün ali tehsil önəmlidirmi?
-Yox,məsələn məşhur Tarantino da təhsil almayıb,hətta əqli cəhətdən belə zəif inkişaf etmiş olub.Amma baxın , necə məşhurdur.Düz deyilmi ? Təhsil alan hər adam rejissor deyil.Öz xəyalını ərsəyə gətirməyi bacaran insan rejissordur,xəyal dünyasını yarada bilən.
-Bəs bizim rejissorlar bu gün niyə klassiklərə müraciət etmirlər?
-Tamaçı bunu istəmədiyinə görə
-Tamaşaçıya bunu bəyəndirməyin üsulu yoxmu ?
-Var, amma, bu incəliklə olmalidir.
-Minnətdaram.Bir az da filmlərdə ədəbi dilin normalarının necə qorunduğundan danısaq, olarmı?
-Əlbəttə.Bu sual məni də düşündürür. Çünki, seriala bütün yaşda insanlar baxır və əgər həmin serialda dil normaları gözlənilməzsə, hansı təsir gücündən söhbət gedə bilər?
- Avropada çəkilən filmlərdə vulqar sözlərdən çox istifadə olunur .Bunun tərəfdarısınızmı?
- Tipin dilində varvarizmlərdən istifadə oluna bilər, amma, ümumiliklə dil normaları qorunmalıdır.Avropada “18+” filmlər çoxdur,amma ,mən bunu mentoritetimizə uyğun hesab etmirəm.
-Alik bəy ,sizə sonuncu sualım:-Əgər şəxsi vəsayitiniz olsaydı, hansı filmi çəkərdiniz?
-Əgər şəxsi vəsaitim olsaydı, 2 il öncədən çəkdiyim və yarımçıq qalmış “Xendixox” tam metrajlı filmimi tamamlayardım.

Rejissor Alikə maraqlı müsahibə üçün öz təşəkkürümü bildiri və ona yaradıcılığında uğurlar arzu edirəm.


Mehriban Sadıqova
XƏBƏR LENTİ
SORĞU