Dünyanın ən bəxtsiz adamı: 60 milyonu zibilliyə atdıAmerikalı Ceyms Houels kripto pullarının şifrəsi yerləşən yaddaş kartını yanlışlıqla zibil qabına atıb.

Qaynarinfo.az xəbər verir ki, Uelsdə yaşayan Houels kripto pul yaradıcısıdır. 32 yaşlı Ceymsin diqqətsizliyi ona 60 milyon dollara başa gəlib. 2009-cu ildə dostları ilə 7500 ədəd Bitkoin toplayan Ceyms Houels kripto pullara şifrə qoyub. Məlumatları yaddaş kartında saxlayan Ceyms evi təmizləyərkən yanlışlıqla kartı zibilliyə atıb. O bildirir ki, 2 yaddaş kartı arasından səhvən şifrə qeyd olunanı götürüb və onu atıb.

Şifrəsi itən pulun dəyəri 60 milyon dollardır.
İt ruh gördü - Sahibəsi dondu qaldıCəmiyyətdə belə bir mistik fikir var ki, heyvanlar gözəgörünməz varlıqları görə bilirlər. Xüsusən də itlərdə bu bacarıq daha çox müşahidə olunub.

Publika.az xəbər verir ki, bu günlərdə xarici mediada əks-səda doğuran bir xəbər yayılıb. Sosial şəbəkə istifadəçisi olan amerikalı gənc qız itinin ruhları gördüyünü iddia edib.

“Mən rəfiqələrimi evimizə çağırmışdım. Bir az əylənəndən sonra xüsusi ayinlə ruh çağırmaq qərarına gəldik. Birdən əlimizin altındakı nəlbəki hərflərin üzərinə gedərək, otaqdakı itimi bayıra çıxartmağı əmr etdi. Biz iti çıxardıq. Və mən ruhdan otağın hansı küncdə olduğunu soruşdum. O da divanda əyləşdiyini dedi. Bir müddət sonra iti otağa gətirdim. Otağa girən kimi divanın qarşısında sakitcə uzanıb, sanki sahibinə təzim etdi. Bu hadisə məni vahiməyə saldı. Axı necə olur ki, itlər biz görmədiklərimizi görürlər?”

Sosial şəbəkədə müzakirəyə çevrilən bu əhvalat digər it sahiblərinin maraqli mistik müşahidələri ilə davam edib.
Tərtər sakinindən yenilik - Bir ağacda 14 növ gilas? - VİDEOTərtər sakini həyətində calaq üsulu ilə bir ağacda 14 növ gilas yetişdirib. Gilasların rəngləri, formaları və dadları da fərqlidir. Maraqlısı budur ki, gilasın bəzi növləri bar versədə bəzi növlərin mövsümü hələ çatmayıb.

Avrasiya.net Xəzərxəbər-ə istinadən xəbər verir ki,Rəngləri, formaları, dadları fərqli olsada hamısı 1 ağacın məhsuludur.

Tərtər rayonunun Yenikənd sakini Fəqani Əsədov şəxsi təsərrufatında yetişdirdiyi gilas ağacı görənləri təəcübləndirir.Bir ağacın üstündə coxlu növdə gilas görmək mümkdür.Təsərrüfat sahibi deyir ki,həyətindəki gilas agacı qocaldığından gövdəsini kəsərək calaq edib.Calaq üsulu ilə 14 ayrı gilas sortunu bir agacda yetişdirə bilib.

O,meyvənin növlərini ayrı-ayrı yerlərdən əldə edib.bəzi sortları isə xaricdən gətirib.Fəqani Əsədov 14 sortu 1 agacda yetişdiirilməsinə xüsusi diqqət yetirib.Ağacda gilasın bəzi növləri bar versədə bəzi növlərinin mövsümü hələ çatmayıb.

Kənd sakinin bağında coxlu sayda ağac növlərinə rast gəlmək mümküdür.O,bir cox ağaclarında calama işi aparıb.Təsərrüfat sahibi bu üsulu başqa ağaclara da tətbiq etmək fikrindədir.

Mövzu ilə bağlı vidematerialı sizə təqdim edirik:
Müəllimə yatan şagirdi belə oyatmağa çalışdı – VİDEO  ABŞ-da müəllimə ilə şagirdi arasında qəribə olay yaşanıb.

Müəllimə dərsdə yuxuya gedən şagirdi ən müxtəlif üsullarla oyatmağa çalışıb.

Müəllim öncə partanın üstünə çıxıb, daha sonra şagirdə təpik vurub, onun saçını yolub və qulaqlarını dartıb. Bu hadisə şagirdlərdən biri tərəfindən telefon vasitəsi ilə çəkilərək sosial şəbəkələrdə yayılıb. Müəllimə haqqında araşdırma başlayıb.

Qeyd edək ki, müəllimə 27 ildir həmin məktəbdə işləyir. (sputnik.az)
Azərbaycanda azyaşlıların toyu oldu: Bəyin 12, gəlinin isə 14 yaşı var + FOTOYevlax rayon Cirdaxan kəndində qeyri-adi toy keçirilib.

Avrasiya.net unikal.org-a istinadən xəbər verir ki, sosial şəbələlərdə toydan foto paylaşılıb və qeyd edilib ki, bəyin 12, gəlinin isə 14 yaşı var. Evlənən cütlüyün yaşının az olması isə sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.

Məsələ ilə bağlı Cirdaxan Bələdiyyə sədri Qiyas Həsənov açıqlama verib. O, həmin toyun bələdiyyə sədri olduğu kənddə deyil, rayonun başqa ərazisində baş tutduğunu qeyd edib:

"Yayılan fotodan xəbərimiz var. Sözügedən toy bizim kənddə olmayıb. Həmin toy rayonun başqa ərazisində, qaraçılar yaşayan ərazidə baş tutub. Məndə olan məlumata görə, o şəkil qaraçı toyunda şəkilib".
“Qurd qız”ı illər sonra görənlər şoka düşür — Aşiq olub... + FOTOİllər əvvəl dünyada “qurd qız” ləqəbi ilə məşhurlaşan Tayland sakini Supatra Sasuphandan xəbər var.

“Ölkə.Az” xarici mətbuata istinadən xəbər verir ki, 400 ildə 40 nəfərdə aşkarlanan xəstəlikdən əziyyət çəkən qızcığaz “dünyanın ən tüklü qızı” kimi “Ginnesin rekordlar kitabı”na düşüb və bundan sonra həyatı dəyişib. İndi 17 yaşında olan Supatra həddən çox saç uzanmasına səbəb olan Ambras sindromundan əziyyət çəksə də, indi görənlər onu tanımır. Lazer etdirməsinə rəğmən, tüklərindən xilas ola bilməyən gənc qız, buna müalicə ilə nail olub. Supatra tüklərindən tamamilə xilas ola bilməsə də, aşiq olmaq onu çox dəyişib. Gənc qız həyatının sevgisini tapdıqdan sonra tüklərini tamamilə aldırıb və tamam başqa birinə çevrilib.

Onun yeni fotoları sosial mediada paylaşılma rekordu qırır və hər kəsin diqqətini çəkir.
Maşının qapısı açıldı, 600 min dollar yola dağıldı - VideoABŞ-ın İndiana ştatında “Brinks” şirkətinə məxsus zirehli avtomobil hərəkətdə olan zaman qəfildən arxa qapısı açılıb və dollarla dolu olan torbalar şosseyə dağılıb.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Əskinazlarla dolu torba yola dağıldı. Baş verənlər hər hansı filmdən səhnəni xatırladırdı. Pullar hər tərəfə səpələndi. İnsanlar maşınlardan düşüb, onları toplamağa başladı. Hər gün şosselərdə dolların necə dağıldığını görə bilməzsiniz. Xaos yaşanırdı”, - deyə yol polisi Brok Makkoy bildirib.

Məlumata görə, pul daşıyan avtomobilin sürücüsü yalnız digər sürücülərin xəbərdarlıq siqnalından sonra dayanıb. Ehtimal edilir ki, 600 mindən çox dollar yola səpələnib.

Polis pulları toplayanlara çağırış edərək, əskinazları könüllü şəkildə təhvil verməyi məsləhət görüb.

Hüquq-mühafizə orqanları pulları könüllü qaytaranları heç bir cəzanın gözləmədiyini bildirir.
Azərbaycanlı ixtiraçının layihəsi 26 milyona satışda - Foto+Video Müdafiə sənayesi, sərnişindaşıma və ticari-karqo daşımacılaıq sahəsində yaradılan sualtıqayıq layihəsi beynəlxalq bazarda 26 000 000 $-a satışa çıxarılır.
Azərbaycanlı gənc ixtiraçı Tural İsmayılzadənin ərsəyə gətirdiyi 3 nüsxəli “Hyper Water Car” Layihəsi May ayının 1-dən Türkiyyədə, May ayının 15-dən ərəb dövlətlərində, İyun ayının 1-dən isə Rusiyada satışa çıxarılacaq. “Hyper Water Car” adı verilən mini sualtıqayığın ümumi uzunluğu 9600 mm, hündürlüyü 1200 mm təşkil edir. Sualtıqayığın yüklənməmiş çəkisi 6 ton, sərnişin və yükdaşıma gücü 8 ton, texniki təhcizat tutumu 2 ton olmaqla ümümi çəkisi 16 ton hesablanır.

Konstruksiyasının hazırlanmasında kompozit və qrafindən geniş formada istifadə olunması planlaşdırılır. Daha yüngül, daha elastik və daha sərt material sualtıqayığın çəkisinin və sürtünmənin azalmasına, müqavimətin çoxalmasına və sürətin artmasına əsas verəcək. Sualtıqayığın səs sürətini bir neçə dəfə aşması planlaşdırılır.

Hərbi sahədə yaradılacaq ilk nüxsə sualtıqayıq ekipajsız olacaq və distansiyon idarəetmə ilə təhciz olunacaq. Daxilində 30 ədəd kiçik ölçülü raket daşına biləcək. 3 rejimli ateş mexanizminə sahib olacaq ki, bununla hava, su və quru obyektlərini vura biləcək. Bundan əlavə olaraq raketlər spiral dairə formalı minalanma pozisiyası ala biləcək və spirallara daxil olan böyük həcmili gəmiləri saniyələr içərisində suya qərq edə biləcək. “Hyper Water Car” daxildən idarəetmə bazası, silah deposu və texniki-təhcizat deposu olmaqla 3 ədəd silindrik korpuslara bölünür. Sualtıqayığın əsas özəlliyi silahlanma deposunun digərlərinə nismətdə daha təkminləşdirilməsi və atəş mexanizminin 3 dəfə sürətləndirilməsidir.

Sərnişindaaşıma sahəsində yaradılacaq 2-ci nüsxə “Hyper Water Car” 7 nəfərlik sərnişin tutumuna sahib olaraq distansiyon və adi idarəetmə ilə təhciz olunan sualtıqayıq. Daxildən idarəetmə bazası, sərnişin salonu və texniki-təhcizat deposu olmaqla 3 ədəd silindrik korpuslara bölünəcək. Sualtıqayığın əsas özəlliyi turizm və sərnişin daşımacılıq sahəsində yeni bir səhifə açaraq kontinental sərnişin daşımacılığını önə çəkməsidir.

“Hyper Water Car”-ın 3-cü nüsxə sualtıqayıqları isə ticari-karqo daşımacılıq üçün yaradılacaq. ekipajsız olacaq və distansiyon idarəetmə ilə təhciz olunacaq sualtıqayıq daxildən idarəetmə bazası, yük deposu və texniki-təhcizat deposu olmaqla 3 ədəd silindrik korpuslara bölünəcək. Əsas özəlliyi ticar-karqo daşımacılıq sahəsində yeni bir səhifə açaraq sualtılarla kontinental daşımacılığın önəmini önə çəkməkdir. “Hyper Water Car” Layihəsi bu il ölkəmizi bir çox beynəlxalq startup turnirlərdə də təmsil edəcək. Bunun üçün artıq rəsmi sorğular verilib, danışıqlar aparılır.azvision
Cinsiyyətini dəyişən mingəçevirli Səbinə: “Məni Azərbaycanda barmaqla göstərirdilər” – FOTO, VİDEODəyişən, inkişaf edən dünyada tez-tez homoseksual, transseksual ifadələri ilə qarşılaşırıq. Əvvəllər xarici mediada belə insanlara rast gəlsək də, artıq ölkəmizdə də bu cür insanlarla bağlı xəbərlərə tez-tez rast gəlirik. Elə son aylarda mətbuatda cinsini dəyişən azərbaycanlı xanımla bağlı xəbər səs-küyə səbəb oldu.

Minval.info xəbər verir ki, əsl adı Səbinə Kurqunayeva olan bu xanım mingəçevirlidir. Hazırda Amerikada təhsil alır.

Azərbaycanda cinsi azlıq nümayəndələrinin rahat yaşaya bilmədiyini əsas gətirərək xaricdə yaşamağı üstün tutan xanım öz cinsiyyətindən də imtina edib. Belə ki, xanım cinsiyyətini dəyişmək üçün lazım olan proseslərə artıq başlayıb və adını da Sebastian olaraq dəyişib. Özünün “Youtube”, “Instagram” hesablarında şəxsi bloqunu yaradaraq, oğlan olaraq necə dəyişdiyini izləyiciləri ilə paylaşır.

Özündən başqa bir qardaşı olduğunu deyən Sebastian bildirib ki, onunla arasındakı münasibət çox yaxşıdır.

Sebastian ailəsi haqqında danışarkən valideynlərinin hərbçi olduğunu daha sonra atasını qəzada itirdiyini deyib:

“Valideynlərimin hər ikisi hərbçi olub. Mən uşaq ikən atam avtomobil qəzasında dünyasını dəyişib. Daha sonra anam qardaşımın atası ilə tanış oldu və sonradan qardaşım aramıza qatıldı. Anamla aram uşaq vaxtı çox yaxşı idi. Hətta anam çox demokratik insan olub, hər zaman yanımda olub. Lakin böyüdükdən sonra anama özüm haqqındakı gerçəyi dedim və o gündən sonra anamla aramda bir uçurum yarandı. Artıq biz bir-birimizə yadıq”.

Orta məktəblə bağlı təəssüratından danışarkən xoş xatirələrinin çox az olduğunu qeyd edib:

“Müəyyən bir yaşdan sonra mənim haqqımda şaiyələr yaymışdılar. 9-cu sinifdə oxuyanda artıq sinifdə heç kim mənə salam da vermirdi. Düz-əməlli şəhərə çıxa bilmirdim, hər kəs məni barmağı ilə göstərirdi. Məhəlləmizdəki uşaqlar divarlara nömrəmi yazmışdı”

Sebastian ilk dəfə Amerikayla 10-cu sinifdə oxuyarkən tanış olub. İmtahan verərək Fleks proqramı vasitəsilə bu ölkədə oxumağa haqq qazanıb. Uşaq vaxtından məktəbdən kənar həyatının çox aktiv olduğunu söyləyən Sebastian Amerikanın onun hər zaman arzusu olduğunu qeyd edib.

Mentalitetin güclü olduğu ölkələrdə insanların sərbəst yaşamağı çox çətindir. Haqqında danışdığımız bu xanım da insanların cəmiyyətin fikirləri üzərində həyatlarını qurmamasını, sadəcə istədikləri həyatı seçmələrini arzuladığını bildirib.
Arvadını kişi ilə yataqda tutan kişi: Bağışlayın narahat etdim – ŞOK VİDEO (+18)Arvadını yataqda başqa kişi ilə tutan şəxs təəccüblü reaksiya verib.

Minval.info xəbər verir ki, hadisə ABŞ-da baş verib və baş verənlər lentə alınaraq məhkəmə prosesində təqdim olunub.

Belə ki, həyat yoldaşından şübhələnən ər qəfil evə daxil olub. Nəticədə arvadını başqa kişi ilə birgə yaxalayıb. Lakin buna sərt reaksiya verməyib və ondan boşanacağını söyləyib. Hətta “sizi narahat etdiyim üçün üzr istəyirəm” sözlərini deyib.

Kişi həmçinin onları kamera vasitəsilə lentə alıb. Həyat yoldaşı isə ondan çəkilişi dayandırmağı istəyib.

Ər arvadından xahiş edib ki, ondan boşansın və bu görüntüləri yalnız hakimə göstərəcək: “Məndən bu qədər. Qızımı çox sevirəm. Mənim üçün əsas olan budur. Səninlə aramda artıq bir şey qalmadı”.

Qeyd edək ki, ər həyat yoldaşını bu vəziyyətdə çəkməklə videonu yalnız hakimə sübut kimi istifadə etmək istəyib. Lakin görüntülər mətbuata sızıb və sürətlə yayılıb.