Azərbaycan televiziyalarında ilk dəfə: Canlı yayımda uşaq doğuldu - VİDEOAzərbaycanın efir məkanında ilk dəfə canlı yayımda uşaq dünyaya gəlib.

Avrasiya.net xəbər verir ki, ATV-də yayımlanan "Bizimləsən" verilişində studiyadan xəstəxanaya canlı bağlantı olub və uşağın dünyaya gəlməsi canlı yayımlanıb.

Həkim doğuşdan sonra körpəni göstərərək sağlam olduğunu bildirib.

Həmin görüntüləri təqdim edirik:
1 dəqiqədə 247 qozu başı ilə qırdı— VİDEO1 dəqiqədə 247 qozu başı ilə qırdı— VİDEOPakistanda rekordlar kitabına düşmək istəyən bir gənc qəribə hərəkətə imza atıb.

“Ölkə.Az” xəbər verir ki, Məhəmməd Rəşid Nasim adlı gənc bir dəqiqə ərzində masaya düzülmüş 247 ədəd qozu başı ilə sındırıb. Daha əvvəlki rekord 217 qozu başı ilə sındıran şəxsə məxsus idi. Rəşid Məhəmməd başından və alnından qan axsa da, qozları qırmağa davam edib.

Qeyd edək ki, “Ginnesin Rekordlar Kitabı”na düşən hindistanlı 217 ədəd qozu 20 saniyəyə başı ilə qırmışdı.
Azərbaycanda ateist necə dəfn edilməlidir? - Bakıda maraqlı sorğu - VİDEOAzərbaycan demokratik respublika olduğundan vətəndaşlar ölkədə müstəqil dini etiqada sahibdir. Bu fonda ölkədə müxtəlif dinlərə sitayiş edənlərlə yanaşı, dini, Allahı inkar edənlər, yəni ateistlər də az deyil. Bəs Azərbaycanda ateistlər dünyasını dəyişəndə necə basdırılmalıdır?

A24.Az bu mövzunu araşdırmaq üçün şəhər sakinlərinin fikirlərini öyrənib. Maraqlı videosorğunu təqdim edirik:
Çexiyada turist otel otağını su ilə dolduraraq hovuz düzəltmək istəyib - FOTOÇexiya polisi avqustun 11-də Karlovı Varı otellərindən birində özbaşınalıq edən turisti axtarır.

“Report” xəbər verir ki, kişi yanğın şlanqından istifadə edərək otelin müəyyən hissəsinə su doldurmaq istəyib.

Birbaşa oteldə hovuz düzəltməyin mümkün olmadığını başa düşən turist, 70 yaşlı qadının qaldığı otağa daxil olmaq qərarına gəlib.

Bu gözlənilməz qonaq qadının heç də xoşuna gəlməyib və o, kişini polis çağıracağı ilə hədələyib. Bundan sonra turist ərazidən uzaqlaşıb.

Məhz həmin təqaüdçünün sözlərinə görə, xuliqan rus dilində danışıb və boyu 180 sm olub. Polis həmin kişinin narkotik vasitələrin təsiri altında olduğunu müəyyən edib.

Otel sahibi kişinin öz hərəkətləri ilə müəssisəyə təqribən 22500 min dollar ziyan vurduğunu deyib.
Bu qardaşlar gecələr ölür, səhərlər yenidən dirilirlər – Tibb elmi şokdadır Gündüz hər kəs kimi normal həyatlarını yaşayırlar, gecə düşəndə həyatları alt-üst olur. Pakistanda günəşin uşaqları ləqəbi ilə tanınan iki qardaş xəstəlikləri ilə bütün dünyanı şoka salıblar. Şaib Əhməd və Əbdül Rəşid adlı məktəblilər gün ərzində özlərini yaxşı hiss etsə də, günəş batan kimi iflic olurlar.
Günəş şüası yerə düşən kimi, yuxudan gümrah və enerji ilə qalxan qardaşlar həmyaşıdları kimi məktəbə gedir, idmanla məşğul olur, ev işlərində valideynlərinə kömək edirlər. Ancaq axşam düşəndə sanki sehrli bir əl onları iflic edir. Günəş çıxanadək təpədən dırnağa iflic olan uşaqlar hərəkət qabiliyyətini itirirlər.

Bəlucistan vilayətində yaşayan azyaşlıların xəstəliyi barədə xəbər yayıldıqdan sonra, əlaqədar qurumlar onların xəstəliyi ilə yaxından maraqlanırlar. İndi "günəşin uşaqları” paytaxt islamabadın ən nüfuzlu xəstəxanasında intentsiv müalicə olunurlar.

Ən dəhşətlisi odur ki, həkimlər hələ də uşaqlardakı müvəqqəti iflicə nəyin səbəb olduğunu tapa bilmirlər. Səbəb yoxdursa, nəticədən də söhbət gedə bilməz. Uşaqların sağalmağı indi ancaq arzu olaraq qalır. Onların da öz arzusu var. Şaib böyüyəndə müəllim olmaq istəyir , Əbdül isə şəriət alimi olmaq niyyətindədir./atv.az/
Canlı yayım edən Orduxanı ələ saldılar: Holland ona orta barmağını göstərdi - VİDEOAvropada yaşayan siyasi mühacir Orduxan Teymurxan sosial şəbəkədə növbəti dəfə canlı yayım edib.

Azxeber.com xəbər verir ki, o canlı yayım edərkən sürprizlə qarşılaşıb.

Belə ki, Hollandiya küçələrində gəzən Orduxanın canlı yayım etdiyini görə bir nəfər ona yaxınlaşaraq, orta barmağını göstərib.

Maraqlıdır ki, bu hərəkətdən şoka düşən mühacir həmin şəxsə heç bir söz deyə bilməyib.

Bütün günü cəsarətdən, davadan danışan bir şəxsin ona orta barmağını göstərən şəxsə cavab verə bilməməsi birmənalı qarşılanmayıb.

Yayımı izləyən şəxslər Orduxana irad bildirsələr də, o həmin şərhləri silmək və şəxsləri blok etməklə kifayətlənib.

Həmin görüntüləri təqdim edirik:
Azərbaycanlı milyarderin 19 yaşlı oğlunun 2 milyonluq “oyuncağı” – FOTOƏn varlı azərbaycanlı milyarderlərdən biri hesab olunan Vaqif Məmişov oğluna 2 milyon manata yaxın qiyməti olan avtomobil hədiyyə edib.

Minval.İnfo xəbər verir ki, 19 yaşlı Rasim Məmişov 3 ildir arzusunda olduğu 900 min avro (1 778 580 manat) qiyməti olan “Lamborghini Aventador” avtomobilinə qovuşub. Lüks həyatını nümayiş etdirməkdən çəkinməyən milyarder oğlu yeni “oyuncağını”nı da izləyicilərinə təqdim edib.

“3 il öncə “bu maşından istəyirəm” yazmışdım və sonda ona qovuşdum” – deyən oliqarx oğlu, yeni avtomobilinin görüntülərini paylaşıb. O, digər oliqarx balaları kimi onu da bahalı əyləncələr və avtomobillər özünə cəlb edir. 19 yaşlı Rasimin kolleksiyasında artıq “Chevrolet Tahoe”, “Mercedes Galendewagen”, “Audi R8” kimi bir neçə sportkarı var.

Rasimin sevgilisi də kasıb ailədən deyil. Polina Smirnova “Regional mehmanxana biznesi” şirkətlər qrupunun rəhbərinin qızıdır. Gənclər elitar piter gimnaziyası “Alma-mater”də tanış olublar. Bu gimnaziyada aylıq təhsil haqqı təxminən 1100 dollardır. Polina Rasimdən bir yaş böyükdür və artıq tələbədir, Sankt-Peterburq Dövlət İqtisadiyyat Universitetində təhsil alır.

Qeyd edək ki, Vaqif Məmişov öz adını “Forbes”in milyarderlər siyahısına yazdırıb. Sankt-Peterburq şəhərində isə “ən imkanlı azərbaycanlı” sayılır. Onun rəhbəri olduğu “Konrad” Şirkətlər Qrupu Moskva və Sankt-Peterburqda iri sənaye müəssisələrini özündə birləşdirir. Minlərlə işçinin çalışdığı kompaniyanın direktorlar şurasının sədridir. Eyni zamanda Rusiya Prezidentinin səlahiyyətli numayəndəsi yanında İqtisadi Ekspert Şurasının üzvüdür. Yəni Rusiyanın iqtisadi baxımdan idarə olunması prosesində də yaxından iştirak edir.
Metroda çılpaq qadın həyəcanı - Bir anda soyunmağa başladı - VİDEO Metroda səhər saatları... Səhər süstlüyünü atmamış sərnişinlər işə gedir. Qapı kənarında ayaqda dayanan bir qadın sərnişin isə kimsənin gözləmədiyi bir şey edir - birdən-birə soyunur.

Qadının bu hərəkətini görən sərnişinlər çaşıb qalırlar. Rahat davranışları ilə diqqət çəkən, kimliyi bilinməyən qadın üstəlik qarşı pəncərədən necə göründüyünü də diqqət edir.

Nyu-Yorkda çəkilən bu görüntülər sosial mediada işıq sürətilə yayıldı. Videoya 2 saat ərzində 60 mindən çox şərh yazılıb
Pələng yaşayış yerinə gəldi - VideoRusiyanın Murmansk vilayətində magistral yolun kənarında pələng peyda olub.

Axar.az xəbər verir ki, Monçeqorski və Apatitsk rayonları ərazisində görünən yırtıcı əhalini şoka salıb.

Hətta nadir heyvan videolentə də alınıb.

Məlumata görə, Fövqəladə Hallar Xidməti hazırda sözügedən pələngin axtarışlarına başlayıb.