Saçını boyayan qızın üzü bu hala düşdü - VİDEOXəstəxanaya yerləşdirilən Estel müalicədən sonra evə buraxılıb.

19 yaşlı fransalı tələbə Estel saçını boyadıqdan sonra həyatının şokunu yaşayıb.

Marketlərin birindən aldığı boyanı saçlarına yaxan qızın üzü və başı şişməyə başlayıb. Estelin bədəni boyanın tərkibindəki fenilendiamin maddəsinə allergik reaksiya göstərib və nəticədə xoşagəlməz hadisə baş verib. Üstəlik göstərişləri oxumayan qız boyanı saçına sürtməzdən əvvəl allergik reaksiyanı öyrənmək üçün test etməli və 2 gün ərzində cavabı gözləməli imiş.

Estel isə 30 dəqiqə sonra saçını boyayıb. Xəstəxanaya yerləşdirilən Estel müalicədən sonra evə buraxılıb. Müalicədən əvvəl dili şişən tələbə qızın başının diametri 56-dan 63 santimetrədək artıb. (qafqazinfo)
Lerikdə özünü ikinci Allah adlandıran kimdir? - VİDEO“Ölülər” əsəri bütün dövrlər üçün aktual olaraq qalacaq. Zaman dəyişsə də, insan düşüncəsi, fikir və arzuları dəyişməz olaraq qalacaq. Əsər zahirən avam, cahil xalqı oyatmağa xidmət etsə də, əslində cəmiyyətdə düz sözün keçməməsindən, haqq ədalətin kölgədə qalmasından, nahaqqın haqq üzərindəki qələbəsindən, yalana, zinaya din donu geydirərək insanlara təqdim edilməsindən və bu kimi digər qlobal məsələlərdən bəhs edilir. Yazımı əbəs yerə bu əsərdən başlamadım çünki 21-ci əsrdə hələdə özünü ikinci Allah hesab edənlər, onlara inanlar var.

Əstafrullah ikinci Allah saydıqları bu adam kimdir? Düzü bizidə maraqlandırdı və bu maraq bizi bu yolu getməyə vadar etdi.Qorxulu filmlərdəki kimi hara getdiyimiz, 21- ci əsrdə kimi Allah adladirirlar? Nəyə görə bunu ikinci Allah sayırlar. Bu suallara yol boyu cavablar axtara axtara xeyli dagli dereli yol getdik. Nagillardaki kimi az getdik, çox getdik, dərə- təpə düz getdik gəlib çıxdıq həmin məkana. Lerikin ucqar bir kendi Kaqoya, dağin düz ortasında bir yerə. Gördüklərimizdən şoka düşdük, burda olan növbə heç muharibə dövründə çörək növbəsi belə olmayıb. Növbə üstündə dalaşan kim, biri birini təhqir edən kim. Sorusduq əcaba bu nə məsələdir?. Dedilər ki, bəs bu məşhur cindar molla Məmmədsəfanin evidir. Astaranin Şüvü kəndində yaşayır burada ata evidi cox vaxt burda baxir. Maraqdan növbə tutub biz də bu ikinci "Allahin" qəbuluna yazildiq ki, olanları aidiyyatı qrumlara, ictimayyətə təqdim edək.

Məmmədsəfanın qəbuluna bizdə düşdük camaat onu o qədər ilahiləşdirmişdir ki, guya Məmmədsəfa hər kəsi tanıyır və hansı məqsədə gəldiyini bilir. Amma o dedikləri kimi ilahi olsaydı bilərdi ki,biz jurnalistik və onun fırıldağının üstünü açmağa gəlmişik. Məmmədsəfa heç nə bilmədi.

Qeyd etdim ki,bu cür fırıldaqçı mollanı ifşa etmək üçün araşdırma aparmışıq o dövlətimiz üçün təhlükəli bir fiqur oldugunu askara cixarmisdiq. Amma əfsuslar olsun ki, Məmmədsəfa bizi məhkəməyə verdiki, guya biz onun işguzar nüfuzuna zərər getirmişik. Çox heyflər olsun ki onun falçılıq, cindarliq qadağan olmuş peşəylə məşğul olmagi, firildaqciliqla məşğul oldugunu videomaterallarla tam sübut etdiyimiz halda məhkəmə instansayalari bu materallara nə baxdı, nə də düzgün qərar verdi. Hələ də biz mubarizemizi davam etdiririk. Təbii ki, bu cür mollalar həmişə olub. Amma 21 -ci əsrdə biz avam, cahil insanların gözünü acmaliyıq ki, bu cür firildaqciların toruna düşüb aldanmasınlar.

Üzümüzü cənab prezidentə və cənab nazirimizə tutub deyirik ki, onlarin bu islerini nəzarətə götürüb tam araşdırsınlar. Insanlari rəzil, qul edən bu şəxs ifşa olunmali onun fəaliyyəti, kim olduğu aşkar olunmalıdir

Kənd camaatı onun haqqında nələr danışdığnı videomateralımızda görəcəksiniz.Burda kimlərin adı çəkilmədi xalq artistindən tutmuş, məmurlar, nazirə kimi....Daha geniş videomateralmızdan izləyin.


bakupress.az
Başına bıçaq soxdular, həkimə özü getdi - FotoCənubi Afrikanın sahil şəhəri Keyptaunda dəhşətli və bir o qədər qəribə hadisə baş verib.

Publika.az xəbər verir ki, Şaun Veyn adlı velosipedçi iki naməlum şəxsin silahlı hücumuna məruz qalıb.

Soyğun törətmək istəyən naməlum şəxslər 34 yaşlı şəhər sakininin başına bıçaq saplayıblar. O isə ən yaxın xəstəxanaya piyada gedib. Başına 15 sm uzunluğunda bıçaq saplanan şəxsi görənlər qorxu və təəccübdən yerlərində donub qalıblar. Onun sakit şəkildə “boş həkim varmı?” sözləri isə bu təəccübü daha da gücləndirib.

Yaralı dərhal əməliyyat edilib və möcüzəvi şəkildə sağ qalıb.
Bakıda qəbirdən çıxarılan nəş hər kəsi şoka saldı - VideoBakıda qəbirdən çıxarılan insan sümüklərinin üstündə ərəb əlifbası ilə sözlər yazılıb.

A24.az xəbər verir ki, yazı sümükləri çıxarılan şəxsin alın hissəsində görünür. Qəbri açan şəxslər özləri də bu işə təəccüb edir.

Sümükləri çıxaranlardan birinin sözlərindən bəlli olur ki, o, mərhumu tanıyır. Onların qəbri nə məqsədlə açdığı, sümüklərin kimə məxsus olduğu isə məlum deyil.
İki ay sonra dirilib, qəbirdən çıxdı - Şok olayQazaxıstanda qeyri-adi hadisə baş verib.

Qaynarinfo.az xəbər verir ki, Zuldiz rayonunun Tomarlı kəndindən olan 63 yaşlı Ayqali Supuqaliyev adlı şəxs bu ilin iyun ayında evindən çıxıb və geri qayıtmayıb. Bundan narahat olan ailəsi onunla bağlı polisə məlumat veriblər. 2 ay sonra ailə morqa çağırılıb və tapılan cəsədlərdən birinin ona aid ola biləcəyi bildirilib. Meyitin DNT analizi aparıldıqdan sonra tibbi ekspertiza həmin şəxsin 99,92 faiz ehtimalla Ayqalı olduğu barədə rəy çıxarıb.

Ailə ölən şəxsin qalıqlarını evə gətirərək, kənddə yas mərasimi təşkil edib və sentyabrın 2-də meyit rayondakı müsəlman qəbristanlıqlarının birində basdırılıb.

Hadisədən 2 ay sonra isə Supuqaliyev evinə qayıdaraq, hər kəsi təəccübləndirib. Məlum olub ki, o, 4 ay öncə rayonda tanış olduğu bir nəfərlə müvəqqəti işləmək üçün Ərafat bölgəsinin yaxınlığında bir yerə gedib və ailəsi ilə əlaqə saxlaya bilməyib.

Ailə tibbi ekspertiza idarəsinin ekspertlərini yanlış rəy verikləri üçün məhkəməyə verməyə hazırlaşır. Basdırılan şəxsin isə kimliyi barədə məlumat verilmir.
Şamaxı sakini əşyaları toxunmadan idarə edir - VideoŞamaxı sakini qeyri-adi bacarığı ilə görənləri təəccübləndirir. İllüziya sənəti ilə məşğul olan Şəhadət Bağırov əşyaları toxunmadan idarə edir. Şüşə qədəhi isə çilik-çilik edir. O, bu istedadını xarici ölkələrdə təşkil olunan şoularda nümayiş etdirmək istəyir.

O, üst üstə yığılan kartların içərisindən başqasının seçdiyi kartı yenə toxunmadan hərəkət etdirərək ortaya çıxarır, qəpiyi hərəkətə gətirir.

Şəhadət Bağırov deyir ki, bu istedadını lap uşaq yaşlarından kəşf edib. İllüziyanınn mental növü ilə 8 ilə yaxın məşğul olub və xeyli nömrə öyrənib.

Şəhadət Bağırov deyir ki, 10 ilə yaxındır rayon tədbirlərində və el məclislərində bu bacarıqlarını nümayiş etdirərək, görən hər kəsi təəccübləndirməyi bacarıb. Hazırda isə o, bu bacarığını Azərbaycandan kənarda nümayiş etdirmək istəyir.
Baş nazirin müavini məmurları döydü, dizə qədər soyuq suda saxladı...Özbəkistanda yerli məmurları orta əsrlər üslubunda cəzalandıran baş nazirin müavini işdən çıxarılıb və barəsində hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb.

Avrasiya.net “Azadlıq” radiosunun özbək xidmətinə istinadən xəbər verir ki, baş nazirin müavini Zoir Mirzəyev oktyabrın 25-də Daşkənd vilayətindəki Akkorqan rayonunda taxıl sahələrində işlərin gedişini izləyib. Bu zaman buğda sahələrinin vaxtında suvarılmadığını görən Mirzəyev rayon icra başçısının kənd təsərrüfatı üzrə müavinini, yerli suvarma müdirini, rayon kənd təsərrüfatı şöbəsinin rəhbərini və üç fermeri əvvəl döyüb, sonra onları dizə qədər soyuq suda bir saata yaxın saxlayıb.

Məmurların dizə qədər suda saxlanıldığı barədə görüntülərin sosial şəbəkələrdə yayılması ölkədə qalmaqal yaradıb. Prezident Şövkət Mirziyoyev baş nazirin müavini insan ləyaqətini alçaldan hərəkətlərə görə ötən gün oktyabrın 29-da işdən azad edib. Özbəkistan Baş prokurorluğu isə faktla bağlı təhqiqata başlayıb.

Baş nazir Abdulla Aripov izə öz müavinini “prezidentin siyasətinə qarşı çıxmaqda” günahlandırıb. “Bu, mənim üçün çox xoşagəlməz və biabırçı hadisədir. Çünki mənim müavinim prezidentin siyasətinə qarşı çıxıb. Prezident bu hadisədən oktyabrın 27-də xəbər tutub və həmin gün Mirzəyevi işdən çıxarıb. Lakin Konstitusiyaya görə şənbə və bazar günləri prezidentin sərəncam və fərmanları dərc edilə bilməz, ona görə də bu sərəncam oktyabrın 29-da dərc olunub”-baş nazir bildirib.
Baş nazirin müavini məmurları döydü, dizə qədər soyuq suda saxladı...
Aripov deyib ki, onun müavininin bu hərəkəti xalqa xidmət edən prezident tərəfindən bağışlana bilməzdi.

Habelə oktyabrın 29-da prezident Mirziyoyev bütün səviyyələrdə məmurlara tapşırıq verib ki, insanların məcburi əməyə cəlb edilməsinin istənilən formasının qarşısını almaq üçün üzərlərinə öhdəlik götürsünlər.

Məlumata görə oktyabrın 25-də Akkurqanda döyülənlər və suda saxlanılanlar ifadə vermək üçün Baş prokurorluğa çağırılıblar.

Şahidlərdən biri anonimlik şərti ilə bildirib ki, baş nazirin müavini taxıl sahələrinin vaxtında suvarılmadığını görəndə həmin üç məmuru işdən azad edib, sonra onları döyüb və üç yerli fermerlə birlikdə soyuq suya salıb. “Onları suda 40-45 dəqiqə saxladılar, sonra avtomobilin qabağına salıb 1 kilometrə qədər piyada getməyə məcbur etdilər. Mən heç vaxt belə şey görməmişdim, çox dəhşətli idi”-həmin şəxs bildirib.

Digər şahid isə yazıb ki, Z.Mirzəyev həmin gün keçirdiyi müşavirədə yerli məmurları, o cümlədən rayon başçısını təhqir edib.

Özbəkistanda məmurların öz tabeçiliyindəkiləri və məcburi əməklə bağlı tapşırıqları yerinə yetirməyən, pambıq planını doldurmayan büdcə təşkilatları işçilərini döyüb təhqir etməsi əvvəllər İslam Kərimovun dövründə tez-tez rast gəlinirdi. Lakin indiki prezident Şövkət Mirziyoyev insanların məcburi əməyə cəlb edilməsini dayandırıb və məmurların vətəndaşlarla daha normal münasibətlər saxlamasını təmin edib.