27 yaşlı oğlan valideynlərini məhkəməyə verir - Məni dünyaya gətirərkən icazə almayıblarHindistanda maraqlı olay yaşanıb.

Avrasiya.net Milli.Az-a istinadla bildirir ki, 27 yaşlı oğlan qəribə səbəbə görə valideynlərini məhkəməyə vermək istəyir.

Hindistanın Maxaraştra ştatının Mumbay şəhərində yaşayan 27 yaşlı Rafael Samuel anasını onu dünyaya gətirərkən ondan razılığını almadığına görə məhkəməyə verməyi planlayır.

Özünü antinatalist kimi təqdim edən Rafael bildirib ki, valideynlər uşaq dünyaya gətirərkən onun razılığını almadıqlarına görə doğulacaq övladlarına qarşı haqsızlıq etmiş olurlar.

Times Now News yazır ki, elə bu səbəbdən də Rafael valideynləri ilə bağlı məhkəməyə müraciət edəcək.

"Mən bütün hindistanlı uşaqlara demək istəyirəm ki, sizin valideynlərinizə hər hansı borcunuz yoxdur. Mən valideynlərimi sevirəm, onları çox istəyirəm, münasibətlərimiz də əladır. Lakin onlar məni sırf öz əyləncələri və məmnunluqları üçün dünyaya gətiriblər", - o, The Print-ə söyləyib.

Şəxsi Youtube hesabında bu barədə video paylaşan Rafael, həmçinin böyüklərə hörmətlə bağlı qəlibləşmiş düşüncə tərzinin də dəyişmək lazım olduğunu söyləyib.
Bu şirkət yeni işçi axtarır - Maaş 100 min dollardırAmerikanın məşhur marketinq platforması olan “HushHush” yeni işçi axtarır.

Publika.az xəbər verir ki, bu barədə “The Sun” nəşri yazıb.

Qəzetin məlumatına görə, şirkətin açdığı vakansiya ildə 100 min dollar maaş vəd edir. İş isə sadəcə bahalı yaxtalar, avtomobillər və özəl təyyarələrin satışa çıxarılmazdan öncə sınaqdan keçirməkdən və dəyərləndirməkdən ibarətdir.

Əlavə olaraq, iş səyahəti imkanı da var. Belə ki, işçi dünyanın müxtəlif bölgələrində yerləşən adaları və əmlakları görmək üçün mütəmadi səyahət edəcək.

Qeyd edək ki, “HushHush” şirkətinə 29 yaşlı Briton Aaron Harpin adlı iş adamı başçılıq edir. “HushHush”ın müştəriləri varlı şəxslər olduğu üçün şirkətin dəyəri də olduqca yüksəkdir.
Azərbaycanlı qız cinsiyyətini dəyişib kişi oldu - FOTO, VİDEODəyişən, inkişaf edən dünyada tez-tez homoseksual, transseksual ifadələri ilə qarşılaşırıq. Əvvəllər xarici mediada belə insanlara rast gəlsək də, artıq ölkəmizdə də bu cür insanlarla bağlı xəbərlərə tez-tez rast gəlirik. Elə son aylarda mətbuatda cinsini dəyişən azərbaycanlı xanımla bağlı xəbər səs-küyə səbəb oldu.

Avrasiya.net bbc-yə istinadən xəbər verir ki, əsl adı Səbinə Kurqunayeva olan bu xanım mingəçevirlidir. Hazırda Amerikada təhsil alır.

Azərbaycanda cinsi azlıq nümayəndələrinin rahat yaşaya bilmədiyini əsas gətirərək xaricdə yaşamağı üstün tutan xanım öz cinsiyyətindən də imtina edib. Belə ki, xanım cinsiyyətini dəyişmək üçün lazım olan proseslərə artıq başlayıb və adını da Sebastian olaraq dəyişib. Özünün “Youtube”, “Instagram” hesablarında şəxsi bloqunu yaradaraq, oğlan olaraq necə dəyişdiyini izləyiciləri ilə paylaşır.

Sebastian öz həyatı ilə bağlı müsahibə verib.
Rusiyada təyyarəni qaçırıb Azərbaycana gətirmək istədi Surqut-Moskva reysi ilə uçan təyyarəni qaçıran şəxs stüardessanı yanına çağıraraq, laynerin marşrutunu Azərbaycana doğru dəyişməsini istəyib.

Oxu.Az xəbər verir ki, bununla bağlı Rusiyanın ntv.ru saytı məlumat yayıb.

Bildirilib ki, Pavel Şapanov daha sonra fikrini dəyişərək, istiqamətin Əfqanıstana doğru dəyişməsini tələb edib.

Məlum olub ki, 41 yaşlı Şapanov Xantı-Mansi sakinidir, ailəli olub, daha sonra isə həyat yoldaşı onun spirtli içki qəbul etməsi və döyülmə səbəbindən ərindən boşanıb.

Bundan sonra, o, qohumlarının evinə köçüb və meşəbəyi işləyib. O, əvvəllər başqasının əmlakını məhv etdiyi üçün məhkum olunub.

Hadisə zamanı P.Şapanov içkili olub. Saxlanılma zamanı üzərində heç bir silah aşkarlanmayıb.
71 yaşlı qadın 17 yaşlı oğlanla evləndi - Oğlunun yasında tanış olub..."Bədbəxtlik içində xoşbəxtliyimi tapmışdım sanki"

İngiltərədə yaşayan 72 yaşlı qadın öz oğlunun dəfn mərasimində tanış olduğu gənc oğlanla evlənib.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, Almeda adlı 72 yaşlı qadın 35 yaşlı oğlunun dəfn mərasimində 17 yaşlı bir oğlanla tanış olub. Almeda “Mən onu ilk dəfə oğlumun dəfnində gördüm. Özümdən asılı olmadan tez-tez o olan tərəfə baxırdım. Bədbəxtlik içində xoşbəxtliyimi tapmışdım sanki” deyib.

Qadın tanışlıq hekayəsini belə nəql edib: “Dəfndən sonra görüşmək qərarına gəldik. Restoranda oturanda "Mənim 71 yaşım var, sənin 17. Bu sənin üçün çox deyilmi?’ dedim. O isə ‘Bunlar sadəcə rəqəmdir’ dedi. Elə bundan iki həftə sonra da evləndik”.

Hazırda 21 yaşı olan Gray, Almeda ilə münasibətlərinə anası və nənəsinin də dəstək verdiyini deyib.
Tez yaşlanmaq və xəstələnmək istəmirsizsə... - Seksdən imtina etməyin Professor, bolqar genetik, onlarla kitabın müəllifi və bütün dünya üzrə - 63 ölkənin 200 universitetində mühazirələr oxuyuan Uilyam Memerski əmin edir ki, insan xəstəliklərinin yaranmasının 66 faizi seçdiyi qidalardan asılıdır.

Publika.az xarici mətbuata istinadən professorun insan sağlamlığı haqqında açıqladığı maraqlı faktları təqdim edir.

Qocalma prosesi haqqında


Qocalıq təbii proses deyil. Bir çox alimlərin fikrincə, bu xəstəlikdir və biz özümüz öz qeyri-sağlam qida vərdişlərimizlə onu sürətləndiririk. Dünyada insanların 70% -i məhz düzgün qidalanmadığı üçün ölür. Bəşəriyyətin bəlası olan podaqra xəstəliyi, insult, infarkt, diabet, xərçəngin müxtəlif növləri kimi xəstəliklərin yaranma səbəbi yediyimiz zərərli məhsullardır.

Faydalı qidalar qocalma prosesini ləngidirmi?


Sadə qidalanma qaydalarına əməl etməklə dəri və orqanları gənc saxlamaq mümkündür. Başlıcası ifrata varmaq olmaz. Professor iddia edir ki, tərəvəz, meyvə, yoqurt, süd, şərab yaşlanmanı gecikdirir. Lakin şərab təbii olmalı və az istifadə edilməlidir. Məsələn, Fransada əti qırmızı şərabla yumşaltmaq ənənəsi var. Bunun sayəsində fransızlar daha sağlam və gümrah qalır.

İlk yerdə təbii yoqurt dayanır. Quru südlə mayalanmış qatığın heç bir müalicəvi effekti yoxdur. Təbii qatıq daha yaxşı həzm olunan qidadır. O, mədə və yoğun bağırsaq xərçəng xəstəliyinin qarşısını alır, osteoporozin inkişafını dayandırır.

Arıqlamaq və bədənin təmizlənməsinin ən təsirli üsulu


500 q təbii qatığa 1 xörək qaşığı bal, 1 xörək qaşığı alma sirkəsi, 1 çay qaşığı darçın və 40 damcı 30% -i arı propolisi (propolis - arılar tərəfindən ağacların tumurcuqları, cavan budaqları və yarpaqlarındakı qatranabənzər maddələri toplayıb emal etməklə alınır) töküb qarışdırın. Deserti faydalı ərzaqlarla müxtəlifləşdirmək olar. Ona qaragilə, banan, çiyələk və qoz ləpəsi əlavə edə bilərsiniz.

Bu ləziz təamı səhər axşam yeməyi kimi yemək olar. 20 gün ərzində hər 2 saatda 2 qaşıq bu desertdən yesəniz, görərsiniz ki, beliniz incəlib, saçlarınız parlaq olub, orqanizmin ümumi vəziyyəti isə yaxşılaşıb.

Gözəllik üçün təbii vitaminlər


Gözəllik üçün ən yaxşı vitaminlər kök və sarımsağın tərkibindədir. Azərbaycanda keçirilən eksperimentlər də göstərib ki, sarımsaq sehrli xüsusiyyətlərə malikdir. Çirkli və xəstəlik törədən mikroblarla dolu olan bir stəkan suyu sarımsaq əlavə edilmiş bir stəkan su ilə yanaşı qoyublar. Bir neçə saat sonra mikroblardan əsər-əlamət olmayıb. Sarımsaq öz qoxusu ilə onları hətta uzaqdan məhv edib!

Propolis də oxşar xüsusiyyətlərə malikdir. O, qrip viruslarını öldürür, qastrit, kolit və bakteriyalarla mübarizə aparır, xərçəngin profilaktikası üçün də əla vasitədir. Bunun üçün gündə 50 ml suya 20-30 damcı arı propolisi əlavə edib 2 dəfə içmək kifayətdir.

Saçların, dırnaqların və dərinin gənc görünməsi üçün aşağıdakı maskanı hazırlaya bilərsiniz.

Şüşə qabda eyni miqdarda bal, qoz ləpəsi, kişmiş, qaysı qurusu, limon suyunu əlavə edin və gündə 3 dəfə qəbul edin.

Zəhərli məhsullar


Dünyada məhsullara xoş iy və dad verən 200-dən artıq kimyəvi maddə yaradılıb. Artıq müəyyən edilib ki, bu maddələr zənginləşdirilmiş şəkildə ölümə səbəb ola bilər. Odur ki, aldığınız məhsulların üzərindəki ən xırda mətni belə diqqətlə oxuyun, çünki zərərli komponentlər ədətən oraya köçürülür. Sintetik əlavələr, natrium nitrat və nitrit natrium gəncliyin və sağlamlığın ən geniş yayılmış qatillərindən biridir. Bu maddələri ətin köhnəlməməsi üçün konservalarda istifadə edirlər. Adlarını çəkdiyimiz maddələr bir qaya olaraq kolbasa, sosiska, bekon, vetçina və balıq konservilərinin tərkibində çox olur.

Olduqca təhlükəli konservantlara butilat hidroksituol və bulilat hidrosianizol aiddir. Onlar çipsi hazırlanmasında yağların acılığının qarşını almaq məqsədilə istifadə edilir. Onu həmçinin hazır tortlar, saqqız, makaron və digər məhsulların istifadə müddətini və təravətini qoruyub saxlamaq üçün istifadə olunur. Ən dəhşətlisi isə bu məhsulları uşaqların daha çox sevməsidir. Onların xərçəng və allergiya yaratması riski çox yüksəkdir.

Hazır şirələr də uşaqlar üçün təhlükə mənbəyidir. Onlarda bromin bitki yağı qatılır. Bu maddə sitrus şirələrinin xarab olmasının qarşısını alır. Lakin bu yağ insan orqanizmi üçün əsl zəhərdir. Odur ki, öz əlinizlə sıxdığınız şirələr için.

Duzlu və şirin məhsullar özünüz üçün tabut hazırlamağa bərabərdir!

XX əsrin əvvəllərində insanlar indiki dövrlə müqayisədə 5 dəfə az şəkər istifadə edirdilər. Şəkər insan üçün ən dəhşətli ağ lənətdir. O, ürəyə, böyrəklərə və mədəyə böyük ölçüdə ziyan vurur. Odur ki, qazlı içkilər və limonadları unudun.

Böyük miqdarda duz qəbulu yüksək qan təzyiqinə gətirib çıxarır. Ac qarına qəlyanaltı etmək xüsusilə təhlükəlidir. Sağlam və gümrah bədənə sahib olmaq istəyirsinizsə, mikrodalğalı sobada qızardılmış popkorn, çipsi kimi məhsullardan uzaq olun.

Professor Uilyam Memerskidən uzunömürlülük resepti


Çox kalorili məhsullar yeməyin.

Hər gün bir alma yeyin.

Donmuş su və bitki çayları için.

Aktiv və hərəkətli olun.

Hər gün duş qəbul edin.

Sərin otaqda yatın.

İstirahət günlərində piyada gəzin və velosiped sürün.

Özünüzü sizi sevən dostlarla əhatə edin, seksdən imtina etməyin və çoxlu gülün.

Heç vaxt düşünməyin və deməyin ki, siz yaşlanırsınız.
Küçələrdə qapıları yalayan seksual manyak peyda olub - VİDEOABŞ-ın Kaliforniya ştatında tükürpədən hadisə baş verib. Publika.az "SKY News"a istinadən xəbər verir ki, hadisə Dunqan ailəsinin başına gəlib.

Belə ki, gecə saat 02 radələrində şübhəli bir şəxs ailənin evinin qapısındakı domofonu yalamaqla məşğul olub. Sonra isə həmin şəxs həyətə çıxaraq seksual xarakterli hərəkətlər etməyə başlayıb.

Silviya Dunqan hadisə müddətində əri ilə evdə olmadıqlarını, uşaqlarının isə yatdığını bildirib. Sonradan görüntüləri izləyərək şoka düşən qadın təhlükəsizlik kamerasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, hadisəni törədən 33 yaşlı şəxs Kaliforniya sakinidir. Onun məqsədi qapını qırıb içəri girmək və yaxud soyğun törətmək olmayıb. Psixoloji cəhətdən sağlam olmayan bu şəxsin etdiyi hərəkətdən zövq aldığı da videodan aydın görünür.

Müşahidə kamerasının lentə aldığı şəxsin psixoloji dispanserə göndərilməsi planlaşdırılır.
Azərbaycanda şok hadisə: günə 7 iynə udur - Əməliyyat olunsa öləcək... Bütün həkimlər səfərbər olduGündə 6-7 ədəd iynə udan 28 yaşlı Şəmkir rayon sakini mədəsindəki narahatlıq səbəbi ilə xəstəxanaya müraciət edib.

Avrasiya.net oxu.az-a istinadən xəbər verir ki, söhbət İsayev Emindən gedir.

O xəstəxanaya müraciət edərək bildirib ki, mədəsində narahatlıq hiss edir. Xəstənin müayinəsi zamanı MRT (Maqnit rezonans tomoqrafiya) çəkilib və məlum olub ki, onun mədəsində, bağırsaqlarında 200-dən çox tikiş iynəsi var. Xəstənin həyati təhlükəsi olduğunu düşünən həkimlər onu dərhal Bakıya - Respublika Klinik Xəstəxanasına göndəriblər. Hazırda onun xəstəxanada olduğu deyilir.

Faktla bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, həmin şəxs xəstəxanaya özü müraciət edib:

"Həmin şəxs özü çox rahat şəkildə xəstəxanaya gəlib. Bildirib ki, bir müddətdir, narahatlıq hiss edir. Həkimlər nə ilə bağlı narahatlıq duyduğunu soruşduqda, onlara bir iynə udduğunu deyib. MRT çəkilişi zamanı həkimlər gördükləri görüntüyə inana bilməyiblər. 28 yaşlı xəstənin mədə və bağırsaqlarında 200-dən çox iynə olduğu aşkarlanıb. Professorlar hadisənin necə baş verdiyini anlamağa çalışırlar. Bu insanın sağ qalması möcüzədir”.

P.Abubəkirov onu da əlavə edib ki, həkimlər xəstənin psixoloji problemləri olduğunu təsdiqləyəcək rəy çıxara bilmirlər:

"Xəstə ilə bütün profillərdən olan həkimlər görüşüb. Hazırda psixoloqlar, psixiatrlar onunla söhbət edir. Həkimlər xəstənin verilən bütün suallara adekvat və normal cavablar verdiyini deyir. Xəstədən bu iynələri nə üçün udduğu soruşulub. O deyir ki, artıq iki ildir iynə udur. Onun sözlərinə görə, yuxarıdan ona vəhy gəlib ki, hər gün müəyyən miqdarda (6-7 ədəd) iynə udsun.

Xəstənin əməliyyat olunması olduqca risklidir. Hazırda həkimlər bu istiqamətdə nə edə biləcəklərinə dair iclas keçirir, fikir mübadiləsi aparır. Xəstə iki ildir bu vəziyyətlə yaşayır. Əməliyyat zamanı onun ölmə ehtimalı böyükdür.

Xəstənin ailəsi xəstəxanaya gəlib və onu evə aparmaq istədiklərini deyiblər. Həkimlər onun vəziyyətini ailəsinə izah etməyə çalışsalar da, ailəsi israrla bütün məsuliyyəti öz üstlərinə götürdüyünü deyərək onu evə aparıblar”.
Azərbaycanlı yeni icadı ilə hamıya meydan oxuyurYaşamaq üçün suyun nə dərəcədə vacib olduğu hər kəsə məlumdur.

Dağlıq ərazilərdə yaşayanların su təchizatı isə olduqca çətin olur. Odur ki, çoxları çıxış yolunu öz həyətlərində artezian quyuları qazmaqda görür. Lakin dağlıq yerlərdə quyu qazmaq üçün mütləq xüsusi texnika gərəkdir. Əksər yerlərdə isə artezian quyusu qazmaq üçün Sovet istehsalı və qabaritləri olduqca böyük olan "Ural" markalı yük avtomobillərindən istifadə edilir. Lerik rayon Pirzəkücə kənd sakini, əvvəllər sürücü işləmiş Nemət Əliyev isə artezian qazmaq üçün yeni texnika icad edib.

Avrasiya.net Sputnik Azərbaycan-a istinadən bildirir ki, onun dediyinə görə, ərsəyə gətirdiyi qurğunu hazırlamaq üçün xarici ölkələrin istehsalı olan avtomobil və digər texnikaların hissələrindən faydalanıb: "Bu maşını artezian su quyularını qazmaq üçün yığmışam. Hətta SSRİ-nin istehsal etdiyi "DT-75" traktorunun, "Zaporojets" avtomobilinin hissələrindən belə, istifadə etmişəm".

N.Əliyevin icad etdiyi texnika ölçüsünə görə "Ural"lardan kiçik olsa da, qazma gücü onlardan üstündür. Həmçinin az yanacaq sərf edir: "Maşının motoru dizel yanacağı ilə işləyən "Mercedes Benz-Vito" markalı "Minivan" avtomobilinindir, həcmi 2,3 kub santimetrdir, 130 at gücündədir. Yanacaq sərfiyyatı olduqca azdır. Digər quyu qazan maşınlardan qat-qat qənaətcildir. Bir gün ərzində cəmi 15-18 litr yanacaq sərf edir".

N.Əliyev onu da vurğulayıb ki, ixtira etdiyi qurğunun ölçüsü digər quyu qazan maşınlardan çox kiçikdir: "Qazma oxu 4 metrdir, özünün uzunluğu isə cəmi 3 metr 30 santimetrdir. Bu texnikanın üstünlüyü həm də ondadır ki, ölçüsü kiçik olsa da, Sovet istehsalı olan quyuqazan maşınlardan daha dərin qaza bilir. Digər artezian quyuqazan avtomobillərə porşenli su nasosu quraşdırılıb, mən isə buna təsərrüfatda işlədilən mərkəzləşdirilmiş su nasosu qoşmuşam".

Maraqlısı odur ki, bu texnikanı yaradanda ixtiraçının əsas məqsədi traktor düzəltmək imiş: "Prezident İlham Əliyev "İslam oyunları"nın simvolu olaraq suyu müəyyənləşdirikdən sonra mən də fikrimi dəyişdim. Artezian quyusu qazan maşın yaratmağı qərara aldım. Allaha şükür, tam ərsəyə gətirmişəm, ancaq hələ ki, xüsusi ad verməmişəm. Bu texnikanın ideyası mənə aiddir və heç kimin köməyi olmadan, təkbaşına yığmışam. Maşının cəmi 3 detalını zavod şəraitində düzəltdirmişəm. Yerdə qalan bütün işləri tokar, elektrik qaynağı və s. hamısını özüm görmüşəm. Təxminən, 18 ay bundan əvvəl bu maşını yığmağa başladım və ötən ay bitirdim".

"Maddi vəziyyətim tam əl vermədiyi üçün bu maşını yığmağa görə bankdan kredit götürmüşəm. Qurğunu tam hazır vəziyyətə gətirmək üçün 38-40 min manat xərcim çıxıb. İşimi dövlət səviyyəsində tam təkmilləşdirsəm, bu texnikadan çoxmərtəbəli binaların istinad divarlarının, elektrik dirəklərinin bünövrəsinin qazılmasında, hətta ağac əkmək üçün də istifadə etmək olar" - deyə müsahibimiz qeyd edib.

N.Əliyev düzəltdiyi texnikaya dövlət səviyyəsində ad verilməsini və dövlət səviyyəsində istehsal edilməsinə başlanılmasını istəyir. Gələcəkdə isə mini traktor yığmağı planlaşdırır. Yəni ölçüləri "Pikap" avtomobillərinin yük yerlərində daşına biləcək qədər kiçik, gücü isə ölçüsündən çox böyük olsun.

Müsahibimiz onu da bildirib ki, yaratdığı texnika quyu qazdırmaq istəyən sakinlərə çox sərf edir: "Əvvəlki texnikalara boş torpaq qatının 1 metrini 25-30 manata qazdırırdılarsa, mən 15-20 manata qazıram. Daş laylarda isə təbii ki, qiymət dəyişir. Qazılan quyunun məkanından çox şey asılıdır. Boş torpaq və ya çınqıl olanda yaratdığım maşın bir günə öz işinin öhdəsindən gəlir. Torpaq səthinin altında qaya və ya daş qatı varsa, qurğu ancaq 1,50 və ya 1,80 metr qaza bilir".

Qeyd edək ki, N.Əliyevin bu günə kimi qazdığı ən dərin quyu 56 metr olub.
21 yaşlı qızı havaya çıxa bilmir - İNANILMAZ SƏBƏBÇağımızın əsas bəlalarından biri də allergiyadır. Müalicəsi, səbəbi tam bilinməyən bu xəstəlik bəzən ölümlə də nəticələnə bilir. Ən maraqlısı odur ki, allergiyanın qəribə yaranma səbəbləri olur.

Publika.az xarici mediaya əsasən xəbər verir ki, Kanada vətəndaşı Arianna Kent çox qəribə allergiya növündən əziyyət çəkir. Belə ki, Ariannanın soyuq havaya allergiyası var. Bu da yetmirmiş ki, buzlu su da gənc qızın bədəninin həssaslığını pik həddə çatdırır.

Arianna etiraf edir ki, hava şəraiti soyuyan kimi çemodanlarını yığıb xəstəxanaya köçür. O, qış aylarında bütün zamanını həkim nəzarəti altında keçirir.

Bu fəsil ərzində gənc qızın dərisində qəribə şişkinlik və yaralar əmələ gəlir. Dostları isə onun xəstəliyinə bəzən etinasız yanaşır, bir çox hallarda isə inanmaqdan imtina edirlər.

21 yaşlı qız xəstəliyi ucbatından süd məhsullarından və dondurmadan da imtina edib. Amma təəssüf ki, tibb hələ də allergiyanın öhdəsindən gələ bilmir.