Türk yanğınsöndürən xilas etdiyi itə süni nəfəs verdi - VİDEOBu maraqlı anlar sosial şəbəkələrdə xeyli izləyici toplayıb.

İstanbulun Bağçılar rayonunda çıxan yanğında yanğınsöndürənlər ev sakinləri ilə yanaşı, ev sahiblərinin itini də təxliyə ediblər.

Yanğınsöndürənlərdən biri tüstüdən boğulmuş balaca köpəyə öncə süni nəfəs verib, sonra dəqiqələrlə ürək masajı edib.

Bu maraqlı anlar sosial şəbəkələrdə xeyli izləyici toplayıb.

Bütün yardımlara baxmayaraq, tüstüdən boğulan köpəyi xilas etmək mümkün olmasa da, hər kəs işinə bu qədər məsuliyyətlə yanaşan yanğınsöndürənə minnətdarlığını ifadə edib. (oxu.az)
Adəm və Həvvanın Azərbaycanda yarandığı belə sübut edildi – VİDEOAdəm və Həvvanın yarandığı yerlə bağlı minlərlə versiya mövcuddur. Bəzi dini təlimlərdə cənnətin yer kürəsində olmadığı qeyd olunsa da, bunun əksini iddia edən mənbələr də az deyil.

İngilis tarixçi, araşdırmaçı Devid Rohl “In Search of Eden” filmində Adəm və Həvvanın Azərbaycan torpağında yaradıldığını deyir. Tarixçi bunu müqəddəs kitablar və qədim tarixçilərin bu yöndə yazdığı mətnlərdən çıxış edərək sübuta yetirir.

Sözügedən filmdən “Cənnət bağları”nın Azərbaycanda olduğunun sübut edildiyi hissəsini təqdim edirik:


Orman.az
Qubada evdə görünən məxluq kameralara yaxalandı - VİDEOEv sahibləri qorxudan evə girə bilmədiklərini deyiblər.

ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində göstərilən kadrlar hər kəsi şoka salıb.

Avrasiya.net xəbər verir ki, verilişə gələn Quba rayon sakini evində qeyri-adi varlıqların göründüyünü bildirib. O, hətta həmin varlığın pəncərədən görüntülərini çəkməyə də müvəffəq olub.

Kadrlar efirdə nümayiş olunub. Verilişin aparıcısı kadrlarda görünən varlığın məxluq olmadığını, sadəcə bir insan olduğunu bildirib.

Lakin ev sahibləri həftələrdir evdə bu mənzərənin göründüyünü, qorxudan evə girə bilmədiklərini deyiblər.
Dilənərək topladıqları pullarla 3 maşın aldılar - TANIYANLAR ŞOKA DÜŞDÜ - VİDEODilənərək topladıqları pullarla 3 maşın alan dilənçiləri tanıyanlar şok keçirib.

Publika.az xəbər verir ki, hadisə Türkiyənin Qaziantep şəhərinin qəsəbələrindən birində baş verib. Dilənçilər notariusda pul sayarkən görüntüləniblər. Dilənçiləri tanıyanlar şoka düşüb.

Küçələrdə, insanların gur olduğu məkanlarda özlərini yazıq kimi göstərərək dilənən şübhəlilər topladıqları "qəpik-quruş"la 3 maşın alıblar. Onlar notariusda pul sayarkən bir nəfər telefonla onları videoya çəkib. Ciblərindən və cüzdanlarından topa-topa pullar çıxaran "dilənçilər" sənəd işlərini həll etdikdən sonra ofisdən uzaqlaşıblar.
Oğuzda maraqlı hadisə: İnək əməliyyat olundu - VideoOğuz rayonunda baytar həkim çox riskli sayılan cərrahi əməliyyat apararaq, buzovu və ana inəyi xilas edib. Hazırda həm cins düyənin, həm də buzovun vəziyyəti normaldır. Ancaq hər ikisi bir müddət nəzarətdə saxlanılacaq.

İnək normal doğuşla bala dünyaya gətirə bilmədiyinə görə əməliyyat olunub.

Hadisə Oğuz rayonunda uzun illər heyvandarlıqla məşğul olan, Şirvanlı kənd sakini Ramiz Məmmədovun təsərrüfatında baş verib. Cins düyənin dünyaya gətirəcəyi buzov böyük olması və ananın çanaq sümüyündən keçə bilməməsi səbəbindən həm ananın, həm də balanın tələf olma ehtimalı yüksək olub. Ona görə təsərrüfat sahibi baytar həkimə müraciət edib.

Təcrübəli həkim Sahib Balakişiyev müayinə zamanı heyvanda doğum prosesinin başladığını görüb. O, iki təcrübəli texniklə birlikdə heyvanların ölümdən xilas edilməsi üçün cərrahi əməliyyatın başlanmasına qərar verib. Heyvan əməliyyat olunaraq buzov xilas edilib.

Cərrahi əməliyyat uğurla başa çatsa da, heyvanlar daha 12 gün müddətində hər gün müayinə olunaraq, nəzarətdə saxlanılacaq.
Yəhudi alimdən möhtəşəm İCAD - VİDEOBiz hər ay istifadə etdiyimiz enerji müqabilində pul ödəyirik. Bəzi insanlar isə daha ucuz enerji mənbələri axtarışına çıxır. Bəs bilirdiniz ki, sadəcə bir kartofun köməyi ilə bir otağı işıqlandırmaq olar? Əgər işığı düzgün hazırlasanız, bu, sizə bir ay kifayət edəcək.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Yerusəlim universitetinin alimi Xaim Rabinoviç yeni işıq əldə etmək üsulunu icad edib və o, bu icadını bütün dünya ilə bölüşmək qərarına gəlib.

Kimin ağlına gələrdi ki, bir neçə kartofdan işıq qurğusu düzəltmək olar. Bu, çox asan səslənsə də, sizi bir aylıq işıqla təmin edən qurğunu düzəltmək üçün əlavə bir neçə ləvazimat lazım olacaq. Xaim bu sahədə ən yaxşı alimlərdən biridir. O deyir ki, qurğunu hazırlamazdan əvvəl 8 dəqiqə qaynatmaq lazımdır. Çiy məhsul eyni göstəricisi ilə müqayisə etsək, yanma zamanı kartofun enerji potensialı artır. Qaynamış kartofun enerji ehtiyatı AA batareyasından 2 dəfə çox artacaq.

Bunun üçün 2 kartof və 2 metal, 2 elektrod və elektrik dövrəsinin dəsti üçün kiçik alışqan lazımdır. Başqa bir şeyə ehtiyacınız olmayacaq! Xaimin fikrincə bu, inkişaf etməkdə olan ölkələrdə yaşayan insanlar üçün böyük kəşf ola bilər:

"Əminəm ki, bu, milyonlarla insanların həyatını yaxşılaşdıracaq. Kartof dünyada ən ucuz məhsullardan biridir, bunu etmək daha asan və ucuz başa gəlir. Bu gün bir çoxu elektriki təbii haqqı qəbul edir, amma inkişaf etməkdə olan ölkələrdə yaşayan insanların bu cür imkanları yoxdur, odur ki, bu, əla alternativ ola bilər".

Alim onu da deyib ki, "kartof" batareya istehsalı 50 dəfə ucuz başa gələcək.
“06”-ya arxadan sükan qoyub, maşını şəhərdə geriyə sürür – VİDEOAvtomobil üzərində müxtəlif dəyişiklik edən sürücülərlə tez-tez rastlaşırıq. Amma beləsini yəqin ki, görməmişdiniz.

Orman.Az xəbər verir ki, Stavropolda çəkilən bu videoda gənc sürücü “VAZ 21-06” markalı avtomobilin sükanını arxa tərəfdən yerləşdirib. Avtomobilin mühərrikini və digər hissələrini də maşının yük yerinə yığdığını deyən sürücü maşını şəhərdə geriyə sürür.
Videonu çəkən şəxs onda sürücülük vəsiqəsi olub olmadığını soruşduqda o, “hə” cavabını verir.

Qeyri-adi görüntüləri təqdim edirik:

Qəsəbəyə girən anakondanı yardılar, qarnından qadın çıxdı – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR 18+Hindistanın Assam ştatının Arunaçal-Pradeş qəsəbəsində dəhşətli hadisə baş verib.

Orman.Az xəbər verir ki, dəfələrlə qəsəbəyə girən anakonda bir müddət əvvəl yaxalanıb. Qəsəbə yaxınlığındakı su kanalından çıxarılan anakondanın qarnında böyük həcmli qida olduğu məlum olub.

Onun qarnındakı qidanın insan olduğundan şübhələn sakinlər ilanı yarıblar. Şübhələrində yanılmayan pradeşlilər ilanın qarnından 38 yaşlı qəsəbə sakini Sarişa Purun meyidini çıxarıblar.
Məlumata görə son illər dəfələrlə qəsəbə ərazisində uşaq və yeniyetmələr naməlum halda qeyb olub.
Həmin uşaqların da öldürülən nəhəng anakonda tərəfindən yeyildiyi güman edilir.

Həmin görüntüləri təqdim edirik. Ürəyi zəif olanların videoya baxması məsləhət deyil.
Azərbaycan səmasında uçan naməlum obyekt - VideoAzərbaycan səmasında uçan naməlum obyekt qeydə alınıb.

Xəzər Xəbər-in məlumatına görə, uçan naməlum obyekt Bakı-Siyəzən avtomobil yolunun 95-ci kilometliyində yerləşən Beşbarmaq dağının yaxınlığında qeydə alınıb. Bu barədə həmin ərazidə olan vətəndaşlardan biri naməlum uçan obyektin fotosunu çəkərək sosial şəbəkədə paylaşıb. O iddia edib ki, fotoda əks olunan obyekt heç bir kompüter proqramı vasitəsilə montaj olunmayıb.

Görüntü ilə tanış olan astroloq Firudin Qurbansoyun sözlərinə görə, ərazidə mobil telefonla qeydə alınan həqiqətən də naməlum uçan obyekt olub. O, naməlum uçan obyektlərin bura gəlməsinə səbəb kimi isə bu ərazinin planetar enerji mərkəzi olmasını göstərir.

Firudin Qurbansoy bildirir ki, uçan naməlum obyektlər sürətlə gələrkən əvvəlcə arxalarında iz buraxırlar. Bu fotoda da həmin izlər əks olunub. Astroloq iddia edir ki, həmin ərazidə, yəni Beşbarmaq dağının yaxınlığında özü də bir neçə dəfə uçan naməlum obyekt görüb.

Qeyd edək ki, bundan əvvəl də iddialara görə, Azərbaycanın müxtəlif ərazilərində uçan naməlum obyektlərin görüntüləri qeydə alınıb.
Model xəngəllərdən alt paltarı kimi istifadə edib - FOTO (18+)Məşhur gürcü model və aktrisa Tamo Vaşaloidze qeyri-adi geyimi və davranışları ilə hər kəsi təəccübləndirib.

Teleqraf.com xəbər verir ki, modelin soyunaraq gürcü xəngəli hazırlaması sosial şəbəkədə maraqla qarşılanıb.

Tamo hazırladığı gürcü xəngəlini daha sonra alt paltarı kimi istifadə edib.

“Miss Bikini” qrupunun keçmiş üzvü olan modelin bu davranışı sosial şəbəkədə geniş müzakirəyə səbəb olub.

Tamo Vaşaloidzenin fotosessiyasını təqdim edirik:
Model xəngəllərdən alt paltarı kimi istifadə edib - FOTO (18+)