Ruh məktəb dəhlizində qarışıqlıq yaratdı – Direktor heyrət içində... - VİDEOİrlandiyada köhnə məktəbdə ruhun dəhlizdə qarışıqlıq yaratması kameralara tuş gəlib.

Publika.az bildirir ki, bu haqda Global News TV məlumat yayıb.

Bir neçə gün əvvəl məktəbin dəhlizində çırpılan qapıların uca səsləri, mebelin “özbaşına” hərəkət etməsi hamını heyrətləndirib. Hadisənin gunahkarı kimi ruh göstərilir, çünki daha əvvəllər də burada paranormal hadisələrin şahidi olublar. Amma son hadisənin məhz kameralara tuş gəlməsi diqqəti cəlb edib və nüfuzlu medianın gündəminə gəlib.

Videodan göründüyü kimi, gecə gurultu ilə qapılar açılır və bağlanır, şkaflar tərpədilir, şagirdlərin şəxsi əşyaları səpələnir və hətta döşəmədəki lövhəcik dağıdılır.

“Bizə bildirdilər ki, məktəbdə hərəkət tənzimçiləri işə düşüb, oğruların girməsindən şübhələnərək biz, aydınlaşdırmaq üçün dərhal məktəbə gəldik və hər şeyin dağınıq olduğunu gördük. Kameralara baxış keçirərkən isə gözlərimizə inanmadıq...”, - orta məktəbin direktoru Kevin Barri mətbuata bildirib.

Direktor həmçinin qeyd edib ki, məktəbin binası çox köhnədir və burada insanlar tez-tez qəribə səslər eşidirlər.
Pişik sahibinin səsini eşitməmək üçün qulaqlarını qapadı – VideoAmerika Birləşmiş Ştatlarında pişik sahibinin dur çağırışına əhəmiyyət verməyib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, sahibi sözə baxmayan pişiyi danlamağa başlayıb.

Pişik yatmaqda israr etdikcə sahibi də onu daha çox danlayıb. Sonda pişik sahibinin sözlərini eşitməmək üçün qulaqlarını qapayıb.
31 yaşlı kişi 89 yaşlı qadına vuruldu - FOTOABŞ-ın Kaliforniya ştatında yaşayan Kris Salvatore 89 yaşlı Norma Kuka aşiq olub.

Publika.az xəbər verir ki, onlar 4 il əvvəl, Salvatore Qərbi Hollivuddakı evə köçəndə tanış olublar.

"Norma məni bir qədəh şampana dəvət etdi və o vaxtdan birlikdəyik. Onu çox sevirəm", - Kris deyib.

Leykemiya xəstəsi olan Norma son 10 ildə özünü pis hiss edir. Aktyor və musiqiçi Kris isə Normaya qulluq edir.
31 yaşlı kişi 89 yaşlı qadına vuruldu - FOTO
Bu insanın 44 ildir sağ qolu göydədir - FOTOLARHindistanda yaşayan monax Amar Bxarti ölkəsində və dünyada yeganə rahibdir ki, 40 ildən çoxdur qolu göydə yaşayır.

Avrasiya.net xarici mətbuata istinadən xəbər verir ki, o, onilliklər öncə sağ qolunu hansısa bir bayram ənənəsinə uyğun deyil, Şiv adlı Allaha uzatmaq üçün göyə qaldırıb.

Rahib bununla da hindlərin Allaha inam rəmzinə çevrilib.

Amar 40 il öncə Hindistanın adi vətəndaşlarından idi. Bir çoxları kimi kasıb həyat sürən Amar çətinliklə də olsa, ailəsinin problemlərini həll edirdi. Həyat yoldaşını və üç övladını çətinliklə dolandıran Amarın düşüncəsi, xarakteri bir gecənin içində dəyişib.

Səhər yuxudan oyanan hindli ailəsinin problemlərini bir kənara qoyaraq Şiv adlı Allaha ibadət etməyə başlayıb.
Əyninə sadə paltar geyən Amar gecə-gündüz Hindistanın küçələrində dolaşaraq ibadətgahlara üz tutub.

Bu insanın 44 ildir sağ qolu göydədir - FOTOLARO, 1973-cü ildə sağ qolunu göyə qaldıraraq Şiv adlı Allaha ibadət etməyə qərar verib. Rahibi tanıyanlar deyir ki, Amar bu illər ərzində qolunu bircə dəfə də olsa, yerə salmayıb. Monaxın özü isə bildirir ki, əvvəllər qolu ağrısa da, sonradan bu ağrı keçib.

Həmin vaxtdan keçən illər ərzində uzun müddət göydə qalan qol artıq öz funksiyasını itirib. Amar indi sağ qolunu aşağı sala bilmir.
Qeyd edək ki, Amar bu qeyri-adiliyi ilə təkcə Hindistanın deyil, bir çox ölkələrin mətbuatının diqqətini cəlb edib. İndi bütün dünya 40 ildən çoxdur sağ qolu yuxarıda qalmış monaxdan danışır. Onun barəsində sənədli film, verilişlər çəkilib.

Anar Tağıyev
Hindistanda doğulan “yadplanetli” uşaq hamını şoka saldı - FotolarHindistanda genetik kloun xəstəliyi ilə doğulan uşaq hamını şoka salıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, qohumları uşağı yadplanetli hesab ediblər. Hindistanın şimalında yerləşən Uttar Pradeş Eyalətinin Aligarh bölgəsində doğulan uşaq hamını təəccübləndirib. Burnunun əvəzinə yerində olan dəliklər, qulaqlarının olmaması və böyük qırmızı gözləri körpənin anasını da qorxudub.

Uşağın anası Karishma körpənin onun ikinci övladı olduğunu bildirib: “Gecə işə getmişdim və uşağı səhərə yaxın dünyaya gətirdim. Onu çox səbirsizliklə görmək istəyirdim, amma üzünü görəndə inanmadım. Daha əvvəl belə bir uşaq görməmişdim. O qədər şoka düşdüm ki, onu əmizdirə bilmədim. Südü qaşıqla verdik. İçdi və yatdı. Ancaq, səhəri gün oyanmadı”.

Uşağın atası Arshad da “Allah verdi, Allah da aldı. Şikayətimiz yoxdur. Ürəyimiz qırıldı, ancaq yaşasaydı belə, necə bir hayatı olardı ki?” ifadələrini işlədib.
Hindistanda doğulan “yadplanetli” uşaq hamını şoka saldı - Fotolar