07 avq 19:22maraqli

Sevgililərin məzarı hər kəsi təəccübləndirir - VİDEO

Sevgililərin məzarı hər kəsi təəccübləndirir - VİDEOBu qəbirlər qəbirsanlıqdakı digərlərindən çox fərqlənir. Bərdə rayonun Qəhrəmanlı kəndində bir birinə söykənən bu baş daşları dünyadan nakam köçən və bir birini sevən iki gəncə məxsusdur. Qəhramanlı kənd sakinin sözlərinə görə bu qəbirdə uyuyan sevgililərin hekayesini ata babalarından eşidiblər.

Hekayəyə görə bir-birlərinə aşiq olan gənclərin qovuşmasınaqızın ailəsi icazə vermir. Oğlan ailəsini dəfələrlə qızın evinə elçiliyə göndərsədə qızı ona vermirlər. Sevdiyinə qovuşa bilməyən oğlan isə intihar edir.

Kənd sakinlərinin sözlərinə görə hər iki gəncin özünü öldürməsindən sonra bundan peşiman olan ailələr onları yanaşı dəfn edirlər. Qısa bir zamanda, məzar daşları sanki qovuşurmuş kimi baş-başa verir. Hətta bildirilər k, bir neçə dəfə qəbir daşlarını dikəldiblər. Amma daşlar yenidən bir birinə söykənib. Bundan sonra kənd sakinləri bunun məhz gənclərin qovuşması kimi qəbul edib və tez-tez ziyarət edirlər.
loading...
XƏBƏR LENTİ
SORĞU