Benzinin qiyməti bahalaşdıRespublikamıza xaricdən idxal edilən "Aİ-95" premium və “Aİ-98” super markalı benzinin qiymətində artım baş verib. Hazırda "Aİ-95" premium markalı benzinin yeni qiyməti 1,25 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,50 AZN təşkil edir.

"Report"a SOCAR-dakı mənbələrdən verilən məlumata görə, bunun səbəbi həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsidir.

Qeyd olunur ki, "Aİ-95" və “Aİ-98” markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyasından asılıdır.

Elə buna görədir ki, qiymət artımı respublikamızda istehsal olunan və sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi "Aİ-92" markalı benzinə şamil olunmur. Yəni istər "Aİ-92" markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayacaq.

Bütün bunlar bir yana, "Aİ-95" premium markalı və “Aİ-98” super markalı benzindən sürücülərin az qismi istifadə edir. Bu isə bu markalarda yanacağa olan tələbatın "Aİ-92" markalı benzinə olan tələbatdan qat-qat az olmasından irəli gəlir.

Üstəlik, bu markadan olan yanacaq xarici idxalla əlaqədar olduğundan, onun qiyməti də Tarif Şurası tərəfindən tənzimlənmir. Yeni qiymətlər yalnız lüks avtomobil sürücülərinə təsir edəcək.

Qeyd etdiyimiz kimi, respublikamıza xaricdən gətirilən və müəyyən mənada xarici bazarlardakı qiymətlərdən asılı olan "Aİ-95" premium markalı və “Aİ-98” super markalı benzinin qiyməti sərbəst təyin edilir. Eyni zamanda bu markadan olan benzinin qiyməti həm region, həm də dünyanın digər ölkələrində bahalaşıb.

Məsələn, Rusyada “Aİ-95” markalı benzinin topdansatış qiyməti 1,7%, “Aİ-92” markalı benzinin qiyməti isə 2,3% artıb, Gürcüstanda isə oktyabr-noyabr aylarında dizel yanacağının qiyməti 6-11 tetri, benzinin qiyməti isə 5-10 tetri artıb.

Bütün bunlar onu göstərir ki, proses digər ölkələrdə də baş verir. Respublikamıza xaricdən idxal edilən "Aİ-95" premium markalı və “Aİ-98” super markalı benzinin qiymətindəki artım isə qonşu Rusiyadan və Gürcüstandan fərqli olaraq benzinin digər növlərinin qiymətinə təsir etməyəcək.
Ünvanlı sosial yardım ləğv edilir“Yaxın 6-7 il ərzində ünvanlı sosial yardımın ləğv edilməsi nəzərdə tutulur. Bununla bağlı ünvanlı sosial yardımlar alan ailələr üçün özünüməşğulluq proqramlarının icrasına başlanılıb. Bu proqramların icrası məqsədi ilə ötən il özünüməşğulluq sisteminə keçidlə bağlı proqramların icrasına 6 milyon manat ayrılmışdı və bu proqramların icrası 8 minə yaxın insanı əhatə edib”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir deyib ki, növbəti ildə isə özünüməşğulluq sisteminin inkişaf etdirilməsi və daha geniş əhali təbəqəsini əhatə etmək məqsədi ilə 35,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur: “Biz bu yolla ailə tərkibində əmək qabiliyyəti olan insanları özünüməşğulluq sisteminin tətbiqi ilə hamını işlə təmin etməyi qarşımıza məqsəd qoymuşuq. Bu yolla ailə tərkibində əmək qabliyyəti olan insanları işlə təmin etməklə vətəndaşlara ünvanlı sosial yardım sistemini aradan qaldırmış olacağıq. Bu proses təqribən 6-7 il davam edəcək. Ondan sonra Azərbaycanda ailədə əməkqabliyyəti olan şəxs işsiz qalmayacaq. Bu proses tam başa çatdıqdan sonra ünvanlı sosial yardım ləğv ediləcək. Sadəcə, ailədə əmək qabliyyəti olmayanlara dövlət yardımı veriləcək. Belə ailələrə dövlət yaşayış minimumdan yuxarı miqdarda orta bir məbləğ müəyyənləşdirərək və yardım verəcək”. (report)
Əmək pensiyaları ARTIRILIR“Dövlət Sosial Müdafiə Fondunun 2018-ci ildə büdcəsinin xərcləri 3 milyard 578,8 milyon manat proqnozlaşdırılıb.

Bu da cari ilin müvafiq göstəricisindən 178,8 milyon manat və ya 5,3 faiz çoxdur. Növbəti ildə əhaliyə ödənişlər fondun bütün xərclərinin 97,7 faizini təşkil edəcək və 3 milyard 495 milyon manat olacaq”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, əmək pensiyaları üzrə 193,2 milyon manat artım olacaq.

O əlavə edib ki, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 16,3 milyon manat azalma və digər xərclər üçün 1,9 milyon manat olacaq.

“Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə azalma onunla bağlıdır ki, növbəti ildən “İşsizlikdən sığorta haqqında” qanun fəaliyyətə başlayacaq. İndiyə qədər fondun vəsaitləri hesabına ödənilən işsizlik müavinətləri artıq fondun büdcəsindən çıxarılıb. Həmin vəsaitlər İşsizlikdən Sığorta Fondunun vəsaitləri hesabına ödəniləcək. Məhz bu azalma bununla bağlıdır”.

S.Müslümov qeyd edib ki, 2018-ci ildə əmək pensiyaları üzrə xərclər əhalinin 97,5 faizini təşkil edərək, 3 milyar 407 milyon manat proqnozlaşdırılır.
Sabiq deputat klinikasını satışa çıxartdı –“Vergilər Nazirliyi imkan vermir”Keçmiş millət vəkili Nazim Bəydəmirli əsassız yoxlamalara görə sahibi olduğu “Loğmed” klinikasını satışa çıxartmalı olub.

Bu barədə Yenicag.az-a danışan Nazim Bəydəmirli ona məxsus olan “Loğmed” klinikasını satışa çıxartmasını məcburi addım kimi dəyərləndirib: “Loğmed” klinikası bir müddət əvvəl Vergilər Nazirliyi ilə partnyorluq müqaviləsi imzalayıb. Bu müqaviləyə uyğun olaraq, hətta işlərimizin zəif getdiyi vaxtda da borc alıb, vergiləri ödəmişik. Bu gün Vergilər Nazirliyinin əməkdaşları yenə gəliblər, vergi yoxlanışı aparırlar. Onların bu addımı partnyorların bir-birinə inamsızlığını nümayiş etdirməklə yanaşı, həm də iş adamına psixoloji təsir göstərir.

Düzdür, müəssisənin rəhbəri var, ancaq obyektin sahibi mən olduğuma görə qərar verdim ki, müəssisəni bağlayım. Obyekti tamamilə bağlayıram və satışa çıxarıram”.
Rusiya Bakı-Qarsa alternativ hazırlayırÇindən Avropaya yeni dəmiryolunun istifadəyə verilməsi Rusiya və Qazaxıstanın sənaye və logistikasına müsbət təsir edəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya və Qazaxıstan Regionlararası Əməkdaşlıq Forumunda çıxışı zamanı söyləyib.

“Mən Nursultan Nazarbayevin Çindən başlayaraq Avropaya gedəcək dəmiryolunun tikintisi ilə bağlı fikirlərinə qatılıram. Bu bir çox sənaye sahələrinin inkişafına səbəb olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, oktyabrın 30-da Bakı-Tiflis-Qars dəmiryolu istifadəyə verilib.
Azərbaycanda fəaiyyət göstərən bəzi xarici şirkətlər filiallarını bağladı –SİYAHIBir neçə xarici şirkətin Azərbaycandakı filialı ləğv olunub.

Bu barədə "Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.

Belə ki, "HeildelbergCement AG”-nin Azərbaycandakı filialı şirkətin 30 avqust 2017-ci il tarixli qərarı əsasında fəaliyyətinə xitam verildiyini, ləğvetmə prosesinə başlanıldığını və bununla əlaqədar dövlət qeydiyyatının təsviyyəsini elan edir. Kreditorlar tərəfindən bütün tələblər, bildirişlər, iddialar bu elan dərc olunduğu gündən etibarən iki ay ərzində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90 A ünvanına bildirilməlidir.

Bundan başqa, "Compass Development Holdings VII Limited” şirkətinin Azərbaycandakı filialı da ləğv olunduğunu elan edir.

Bununla yanaşı, "Compass Offices Management Azerbaijan Limited” və "Compass Offices Services Azerbaijan Limited” şirkətləri də ləğv olunub. Kreditorlar tələblərini Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 11/35 ünvanına bildirə bilərlər.

"Bushi Consulting Limited” şirkətinin Azərbaycandakı filialı da ləğv olunub. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 188, mənzil 49 ünvanına bildirməlidir.

Bununla yanaşı, "Vitteven+Bos Azerbaijan B.V.” şirkətinin Azərbaycandakı nümayəndəliyi də ləğv edilib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirə bilərlər.

APA
Banklar kredit faizlərini aşağı saldı – SəbəbAdi ipoteka kreditləri üzrə faiz dərəcəsi bir sıra banklarda 8 faizdən 7 faizədək azaldılıb.

Bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bunun səbəbini son 2 ildə ipoteka kreditlərinə tələbin azalmasında görüb:

“Praktik olaraq bazardakı aşağı tələb ipoteka krediti faizlərinə təsir göstərir. Belə ki, mövcud qanunvericiliyə əsasən, adi ipoteka kreditləri üzrə maksimum faiz 8-dir. Bu isə o deməkdir ki, bankların bütün hallarda daha aşağı faizlə ipoteka krediti təklif etmək imkanları hər zaman olub. Sadəcə, son illərədək ipoteka kreditlərinə marağın yüksək olması bankların makisumum faizlə kredit təklif etməsinə səbəb olurdu. Güman olunur ki, yaxın zamanlarda adi ipoteka kreditləri üzrə faiz dərəcəsi 6 faizədək azala bilər. Bu isə o deməkdir ki, 25 il müddətinə 8 faizlə 150 min manat kredit götürən vətəndaşımız 1157 manat ödəməlidirsə, kredit faizi 7 olanda bu göstərəici 1060 manata, 6 faiz olanda isə 966 manatadək azalır. Deməli, faizlərin 8-dən 7-dək enməsi maksimum məbləğdə kredit götürən şəxsin aylıq ödəniş məbləğinin 97 manat, 6-dək enməsi isə 191 manat azalması deməkdir. Kredit məbləği 75 min manat olanda isə 7 faizli kredit üzrə aylıq ödəniş məbləğ 535 manat, 6 faizə düşəcəyi halda isə 480 manat olur”.

İqtisadçı onu da qeyd edib ki, adi ipoteka istiqrazları orta hesabla 3 faizlə yerləşdirildiyindən onların illik faizlərinin müvəkkil banklar tərəfindən daha da aşağı salınması imkanları var.
Azərbaycan neftinin qiyməti 63 dollara çatırCIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 2-də 62,89 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,49 dollar/barel çoxdur.

Trend xəbər verir ki, ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 2-də 62,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,45 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 2-də 58,54 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,42 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 2-də 60,48 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,4 dollar/barel azdır.
BTQ DƏMİRYOLU QƏRBİN GEOSIYASI LAYİHƏSİ KİMİ..Məhəmməd Əsədullazadə
politoloq

Bakı-Tiflis -Qars dəmiryolu Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat vasitəsidir. Qərbin son illərdə dəstək verdiyi "Cənubi Qaz Dəhlizi" və tikilməsi nəzərdə tutulan TransXəzər boru kəməri və BTQ dəmiryolu geosiyasi və geostrateji baxımından mühüm əhəmiyyət kəsb edir. Bu lahiyələr, Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının Avropaya Rusiyadan kənar daşınmasında mühüm rol oynayacaq. Orta Asiya ölkələrinin Rusiyadan tranzit asılılığına son qoyacaq.

Qeyd edim ki, Mərkəzi Asiya uğrunda Qərblə, Rusiya arasında mühüm rəqabət regionudur. Mərkəzi Asiya son illərdə Qərblə Rusiyanın siyasi-iqtisadi maraqları toqquşduğu regiondur. Artıq, Qərb yeni iqtisadi lahiyələrlə Mərkəzi Asiyada güclənmək və Rusiyanın təsirini azaltmağa çalışır.

Qeyd edək ki, bu layilər tam işə düşəndən sonra, regionda rəqabət Qərbin xeyrinə dəyişəcək, Rusiyanın Cənubi Qafqazda və Mərkəzi Asiyada siyasi-iqtisadi mövqeləri zəifləyəcək. Hömçinin BTQ dəmiryolu Ermənistanın iqtisadi izolyasiyasını daha da gücləndirəcək. Artıq, işğalçı ölkə Qərbin dəstək verdiyi geosiyasi lahiyədən bir daha kənarda qalacaq.
Xüsusilə, Rusiya, artıq sərhədlərinin yaxınlığında bu kimi meqa layilərin reallaşmasından narahatdır. Rəsmi Kreml çalışacaq ki, Cənubi Qafqazda ümumi siyasi vəziyyəti gərginləşdirsin. Gürcüstan və Azərbaycan arasında konfliktlərə yol açsın. Artıq, bunun işartıları biruzə verir. Marneulidə yerli azərbaycanlılarla svanlar arasında kiçik toqquşma buna misal ola bilər. Nəticədə 200 dən artıq svan meydana çıxaraq azərbaycanlıların köçürülməsi ilə bağlı nümayiş keçiriblər. Bu insident təsadüfi sayıla bilməz. BTQ açılışı vaxtı baş verən bu olay, bir başa rəsmi Kremlin regionda vəziyyəti gərginləşdirməyə çalışmasının nəticəsidir.

Rusiya xalqlar arasında müharibə və etnik münaqişələrin qızışdırılmasında öz geosiyasi məqsədləri üçün istifadə edib. Marneulidə baş verənlər Rusiyanın bu siyasətinin bariz nümunəsidir.

Vurğulamaq lazımdır ki, Cənubi Qafqaz və Mərkəzi Asiya uğrunda Qərblə Rusiya arasında siyasi qarşıdurma yeni fazaya daxil olur. Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistanın dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən açılış mərasimi regionda yeni siyasi dönəmin başlanğıcından xəbər verir. Azərbaycanın bu layihənin əsas iştirakçıları arasında xüsusi mövqeyi, ölkəmizin Qarabağ probleminin həllində beynəlxalq siyasi arenada mövqelərinin möhkəmləndirilməsinə və yeni tərəfdaşlar qazanmasına səbəb olacaq.