Neft yenidən kəskin ucuzlaşdıÖtən gün kəskin ucuzlaşan neft bu gün cüzi bahalaşıb.

Hazırda “Brent” markalı neftin bir barreli 30,64 dollar, VTİ markalı neftin bir barreli isə 29,80 dollara təklif olunur.

***

"Brent" 30,77 dollar, yüngül neft isə 29,98 dollara satılır.

***

“Azəri Layt” markalı neftin bir barrelinin qiyməti 3,77 dollar ucuzlaşaraq, 29,37 dollar təşkil edib.

***

"Brent" 31,04, yüngül neft isə 30,19 dollara qalxıb.

***

"Brent" markalı neft yenidən kəskin ucuzlaşıb.

14:07-yə olan məlumata görə, sözügedən markalı neftin bir barrelı 29,82 dollara təklif olunur. Yüngül neft isə 28.98 dollaradır.
Vahid Ələkbərov son 24 saatda 1 milyard dollar itirdiAzərbaycanlı iş adamı, “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov martın 16-da 24 saat ərzində 1 milyard dollar vəsait itirib.

Xarici KİV xəbər verir ki, iş adamının sərvəti 14,8 milyard dollardan 13,8 milyard dollara qədər geriləyib.

Buna dünya bazarlarında “qara qızıl”ın ucuzlaşması, həm də fond birjalarındakı qeyri-sabitlik təsir edib.
DGK bu ölkələrdən gəliş-gedişə qadağa qoydu Koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın tətbiq etdiyi qaydalara əsasən, hazırda Gürcüstan və İran İslam Respublikasından şəxslərin və yüngül minik nəqliyyat vasitələrinin gediş-gəlişinə qadağa qoyulub.

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) Avrasiya.net-ə verilən məlumata görə, martın 18-dən bu məhdudiyyətlər Rusiya ilə sərhəddə yerləşən gömrük-sərhəd keçid məntəqələrində də tətbiq ediləcək.

DGK-ya çoxsaylı müraciətləri nəzərə alaraq bir daha bildiririk ki, bu məhdudiyyətlər yalnız sərnişinlərə və yüngül minik avtomobillərinə aiddir. Yük nəqliyyat vasitələrinin gediş-gəlişində hər hansı məhdudiyyət yoxdur.

Virusun geniş yayıldığı İrandan Azərbaycana gələn nəqliyyat vasitələri bir neçə mərhələdə dezinfeksiya edildikdən sonra sərhədə yaxın ərazidəki xüsusi terminala yönləndirilir. Terminalda yüklər Azərbaycan Respublikası qeydiyyat nişanlı nəqliyyat vasitələrinə boşaldılaraq təyinat nöqtəsinə yola salınır.

Tranzit yükləri daşıyan nəqliyyat vasitələrinin isə ölkə ərazisində hərəkəti Dövlət Yol Polisinin müşayiəti altında həyata keçirilir.

Digər ölkələrdən daxil olan yük nəqliyyat vasitələri isə dezinfeksiya işləri aparıldıqdan sonra təyinat nöqtələrinə yola salınır.

Hazırda Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, ticarətin asan, maneəsiz və sürətli şəkildə həyata keçirilməsi istiqamətində bütün zəruri addımlar atılır.

Xarici ticarət iştirakçılarının diqqətinə onu da çatdırırıq ki, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində, 20 mart tarixi də daxil olmaqla bütün gömrük idarələrində gömrük rəsmiləşdirilməsi fasiləsiz olaraq həyata keçiriləcək.
İlk aqrar səyyar xidmət İsmayıllı rayonunun Talıstan kəndindəİlk aqrar səyyar xidmət İsmayıllı rayonunun Talıstan kəndində təşkil olunub.

Avrasiya.net xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərməyə başlayıb. İlk aqrar səyyar xidmət İsmayıllı rayonunun Talıstan kəndində təşkil olunub.
İlk aqrar səyyar xidmət İsmayıllı rayonunun Talıstan kəndində
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agenliyinin sədri Mirzə Əliyev iştirak ediblər.

Səyyar xidmət zamanı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş, torpaq məlumatları və payızlıq əkinləri bəyan etmiş 200 fermerə "Fermer kartı" təqdim olunub.

RİH başçısı Nahid Bağırov tədbirdə kənd sakinləri ilə görüşərək onların problemləri və qayğıları ilə maraqlanıb.
İlk aqrar səyyar xidmət İsmayıllı rayonunun Talıstan kəndində
İlk aqrar səyyar xidmət İsmayıllı rayonunun Talıstan kəndində
Mərkəzi Bankın sədrindən ETİRAF: “Banklarda bu problem var”
Banklar tərəfindən əməliyyatların həcmi 10 dəfədən çox artıb. Yəni bu gün valyuta çatışmazlığı problemi yoxdur, vaxtında xidmətetmə problemi var.

Avrasiya.net-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

O bildirib ki, bankların tələbləri hərracda tam şəkildə ödənilir: "Bütün banklarda əhalinin ala biləcəyi qədər vəsait var. Ola bilsin ki, bəzi bankların resursları valyuta almağa imkan vermir. Ancaq banklar bir-birinə kömək edir. Ümumilikdə, bank sektoru valyuta ilə təmin olunub. Qeyd edim ki, dünən hərracda bank sektoruna satdığımız valyutanı banklar tam reallaşdıra bilməyib".

AMB-nin sədri onu da əlavə edib ki, bu gün Mərkəzi Bankda növbədənkənar valyuta hərracı keçirilib. Lakin bu gün tələbat ötən günlə müqayisədə iki dəfədən çox aşağı düşüb.



"Bankaların bütün tələbləri ödənilir", - deyə E. Rüstəmov bildirib.
Vahid Ələkbərov 2,1 milyard dollar itirdiMartın 9-da birja indekslərinin azalması ucbatından rusiyalı milyarderlərin itkisi 8,8 milyard dolları keçib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Forbes” jurnalı yayıb. Məlumata görə, ən böyük itkiyə “Lukoyl”un rəhbərləri məruz qalıb. Belə ki, “Lukoyl”un rəhbəri Vahid Ələkbərov şirkətin qiymətli kağızlarının 10% ucuzlaşması ucbatından 2,1 milyard dollar itirib. Onun ortağı Leonid Fedun isə 904 milyon dollar itkiyə məruz qalıb.
DGK-nin sədri Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr ilə görüşüb.

DGK-dən Avrasiya.net-ə verilən məlumata görə, Səfər Mehdiyev Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, əməkdaşlığın yüksək səviyyədə olduğunu, iki ölkənin dövlət başçılarının dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
DGK-nin sədri Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gömrük sistemində aparılan islahatlar gömrük prosedurlarının sadələşdirilməsinə, ölkənin ixrac və tranzit potensialının artmasına, şəffaflığın təmin olunmasına, beynəlxalq ticarətin asanlaşdırılmasına, gömrük işinin müasir tələblərə uyğun qurulmasına şərait yaradıb.

Səfər Mehdiyev Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsinin inkişaf etdiyini, lakin hər iki dövlətin idxal-ixrac əməliyyatlarının həcminin artırılması ilə bağlı daha böyük imkana malik olduğunu bildirib və bu imkanlardan maksimum yararlanmağın vacibliyini diqqətə çatdırıb.
DGK-nin sədri Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Səfər Mehdiyev daha sonra hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərinə toxunaraq gömrük işinin təşkili istiqamətində əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb.

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən səfir iqtisadi-ticari, investisiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.

Səfir eyni zamanda, iki ölkənin gömrük orqanları arasındakı əlaqələrin daha da gücləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının zəruriliyini bildirib. O, ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Koronavirus dünyanı bürüyür, neft ucuzlaşır - “2015-ci il devalvasiyası təkrarlana bilər”Martın 4-ü əmanətlərin tam sığortalanması müddəti başa çatır.

Bu barədə şərh verən iqtisadçı Samir Əliyev əmanətlərin tam sığortalanması müddətinin uzaldılmasının vacibliyini bildirib:

“2016-cı ildə qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddəti uzadılmasa, bu halda digər normativ aktın - “Əmanətlərin sığortalanması haqqında” Qanunun şərtləri qüvvəyə minəcək. Yəni kompensasiya məbləği 30 min manatla limitləşəcək.

Əmanətlərin tam sığortalanmasının nəzərdə tutan qanunun müddəti ötən ilin fevralında 19-da daha 1 il müddətinə uzadılmasına rəğmən bu il hökumətdən konkret mövqe görünmür. Müddətin bitməsinə isə 2 gün qalıb. Əslində 2019-cu ilin sonuna qədər bütün gözləntilər müddətin uzadılmaması ilə bağlı idi”.

Koronavirus situasiyanı dəyişir...

Ekspert qeyd edib ki, 2020-ci il gələndən mənbəyini Çindən götürmüş və bütün dünyaya yayılmış koronavirus amili yeni bir situasiya yaradıb:

“Situasiya da ondan ibarətdir ki, Çində iqtisadi aktivliyin kəskin azalması dünya bazarlarına, o cümlədən Azərbaycan üçün həyati əhəmiyyətli olan neft bazarına mənfi təsir göstərir. Yeni ilə qədəm qoyduğumuz andan bu günə qədər Azərbaycan nefti üçün qiymət oriyenti rolunu oynayan Brent markalı neftin qiyməti $68-dən $51-ə qədər ucuzlaşıb. Ucuzlaşmanın nə qədər və hansı həddə qədər davam edəcəyini söyləmək çox çətindir. Görünən odur ki, virus problemi həllini tapmasa və proses uzansa, ucuzlaşma davam edəcək. Bu isə neftdən asılı olan Azərbaycan iqtisadiyyatı üçün arzu olunan hal deyil”.

Virus təhlükəsi aradan qalxmasa...

İqtisadçı deyib ki, əgər virus təhlükəsi qısa müddətdə aradan qalxmasa, bunun Azərbaycan üçün 2015-ci il böhranından da çətin olacağını proqnozlaşdırmaq olar:

“Əmanətlərin tam sığortalanması qərarı isə məhz 2015-ci ildə baş vermiş devalvasiya qərarının bank sektoruna vurduğu zərbənin təsirini bir qədər azalmaq, əhalinin bank sektoruna inamını bərpa etməyə yönəldilmiş bir addım idi. Qərar çox düzgün idi. Ola bilsin bu gün hökumətin müddətin uzadılması ilə bağlı yekun qərarı yoxdur. Ancaq fikrimcə, hökumət tərəddüd etmədən müddətin daha 1 il uzadılmasna qərar verməlidir. Bu, əmanətçilər üçün psixoloji gərginliyi xeyli azaldar, banklar üçün də əmanət qaçışı qorxusunu aradan qaldırar”.

“Kompensasiya məbləği 100 min manata qədər artırılmalıdır”

O, Mərkəzi Bankın son məlumatına əsasən deyib ki, fevralın 1-i vəziyyətinə banklarda olan əmanətlərin həcmi 8,6 milyard manatdır:

“Bu əmanətlərin 75,6%-i qısamüddətlidir. Deməli, əhali bankların dayanıqlığına və milli valyutanın sabitliyinə tam əmin deyil. Əmanətlərin 34%-i cari hesablardır. Bu o deməkdir ki, 2,9 milyard manatlıq əmanət hər an banklardan geri çəkilə bilər və bankları çökdürər. Təəssüf ki, Əmanətlərin Sığortalanması Fondu qapalı şəkildə işləyir, saytında ümumiyyətlə heç bir statistik məlumat yerləşdirmir. Biz bilmirik ki, məsələn, əmanətlərin hansı hissəsi 30 min, 50 min, 100 min manata qədərdir. Bu və digər məlumatlar olarsa real vəziyyəti daha dəqiq qiymətləndirmək olar. Əslində suallar çoxdur. Milyonluq əmanətlərin payı nə qədərdir? Və ya sabah hökumət müddəti uzatmasa əmanətçilərin, xüsusilə “yüzmünlik”, “milyonluq” əmanətçilərin davranışı necə olacaq?

Bütün bunları nəzərə alaraq hökumət əmanətlərin tam sığortalanması müddətini daha bir il uzatmalıdır. Ola bilsin erkən parlament seçkiləri də hökumətin qərarına neqativ təsir edib. Çünki texniki baxımdan yeni parlament işə başlamayınca müddəti uzatmaqla bağlı qərar vermək mümkün deyil. Ancaq layihə hazırdırsa, ilk iclasda qərar vermək olar. Bunun üçün hökumət müddətin uzadılması ilə bağlı mövqeyini ictimaiyyətə açıqlamalıdır ki, əhali narahatlıq keçirməsin. Əgər müddəti artırmaq niyyəti yoxdursa, bu halda sığortalanma mexanizminə dəyişiklik etməlidir. Ən azı kompesasiya məbləğini 100 min manata qədər artırmalıdır”.
“İranla iqtisadi əlaqələr kəsilsə...” – Ekspertdən açıqlama“İranla Azərbaycan arasında idxal-ixrac əməliyyatlarında idxal üstünlük təşkil edir. Təkcə ötən il İrandan ölkəmizə 500 milyon dollara yaxın dəyərdə məhsul daxil olub. Bu, kifayət qədər böyük rəqəmdir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, İranla əlaqələrimiz genişdir: “Həmçinin İrandan tikinti materialları, zinət əşyaları da alırıq. Azərbaycan hər ay rəsmi əlaqələrlə İrandan 40-45 milyon dollarlıq məhsul idxal edir. Buna sərhədyanı ticarət daxil deyil. Çünki bu ticarətlə məşğul olan kifayət qədər çoxlu sayda vətəndaşlarımız var”.

Ekspertin fikrincə, İranda koronovirusun daha geniş yayılması və gələcəkdə sərhədlərin uzun zaman bağlı qalması İrandan gətirilən məhsulların qiymətinə təsir göstərəcək: “İran mallarında bahalaşma müşahidə olunacaq. Həm bazarda qıtlıq yaranacaq, həm də bazardan gətirilən məhsulları qısa zamanda digər ölkələrlə əvəz etmək çətinləşəcək.

Hətta əvəz olunsa belə, proses vaxt alacaq. Malları əsasən Türkiyədən idxal etmək olar. Amma Türkiyə məhsulları İran məhsullarına nisbətən bahadır”.

Natiq Cəfərli bildirib ki, qonşu ölkədə epidemiyanın yayılması ölkəmizdən İrana olan ixracata təsir etməyəcək: “Çünki bizim İrana ixrac etdiyimiz məhsullar elə də böyük həcmdə deyil”.

Ekspert qeyd edib ki, təkcə xarici məhsullarda deyil, yerli məhsullarda da qiymət artımı müşahidə oluna bilər: “Tələb və təklif qanunu işə düşə bilər. Yerli məhsullar bazarda azalan İran məhsullarını həcm olaraq əvəz edə bilməsə, qiymətlərdə artım qaçılmazdır”.
Yeni baş direktor Əkbər Hacıyevin kadırını işdən çıxardı
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin fevralın 24-də imzaladığı əmr ilə Birliyin İnsan resursları şöbəsinin rəisi Narxanım Həmid qızı Səmədova yaşa görə təqaüdə çıxıb.

Avrasiya.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, N.Səmədova öz ərizəsi ilə işdən ayrılıb.

Qeyd edək ki, Narxanım Həmid qızı Səmədova “Azəriqaz” İstehsalat Birliyinin İnsan resursları şöbəsində rəis vəzifəsində 2009-cu ildən çalışırdı.