Daha bir kəndin problemi həll olundu

Daha bir kəndin problemi həll olunduSiyəzən rayonunun Dağ Quşçu kəndinin elektirik probleminə son qoyuldu.

Dövlətin gördüyü bu və ya digər bu tipli tədbirlər cənab prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü sosial - iqtisadi siyasətin nəticəsidir və əhalinin və onun müxtəlif təbəqələrinin həyat fəaliyyətinin yaxşılaşmasına xidmət edir.

Nəzərinizə çatdırım ki, təməli 1958 ci ildə qoyulmuş Dağ Quşçu kəndinin elektrik xəttinin bir hissəsi, üzün illərin istismarı nəticəsində əsasən ağac materialından olan dayaqların böyük əksəriyyəti çürümüş, əyilmiş, naqillər korroziyaya uğrayaraq müqavimətini və keçiricilik qabiliyyətini itirmişdir. Bir çox yerlərdə dayaqlar arası xətlərdə qabaritlərin pozulması, meşə massivində ağacların xətlərə toxunması daha təhlükəli vəziyyət yaratmışdır.

“Dağ-Quşçu” hava xəttinin istismar müddətini başa vurması, yararsız vəziyyətə düşməsi qeyri-sabit hava şəraitində tez-tez qəzaların baş verməsinə və həmin xətdən qidalanan 21 kəndin enerji təchizatında uzunmüddətli fasilələrin yaranmasına səbəb olurdu. Həmin xətlə ötürülən enerjinin 40-45% itkilərə məruz qalırdı. Bu barədə kənd sakinləri tərəfindən bizə bir neçə dəfə müraciət daxil olmuşdu.

Müraciətləri və yaranan problemi aradan qaldırmaq məqsədi ilə aidiyyəti orqanlara müraciət etdik. Nəticədə, Dağquşçu kəndində 35/10 kV-luq “Yeni Dağquşçu” yarımstansiyasının tikintisinə 2021-ci ilin may ayında başlandı. Yarımstansiyadan çəkilmiş 35 kV-luq Dağquşçu hava xəttində 163 ədəd aralıq, 1 ədəd anker və 1 ədəd portal quraşdırıldı. 9,5 km uzunluğunda yeni çəkilmiş 35 KV-luq “Dağquşcu” hava xətti 35/10 kV-luq “Əmirxanlı” YS-dan çıxan 35 kV-luq şəbəkəyə qoşuldu.

Sadiq Qurbanov
Milli Məclisin deputatı