Sizin Reklam Burada

Azərbaycanda bu yataqlar satışa çıxarılır - QİYMƏTLƏR

Azərbaycanda bu yataqlar satışa çıxarılır - QİYMƏTLƏRİyulun 20-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili üzrə Auksion Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə Qusar rayonunda yerləşən "Qənərçay" qum-çınqıl və Siyəzən rayonunda yerləşən "Dərəzarat" əhəng daşı yatağının istifadəyə verilməsi ilə bağlı hərrac təşkil edəcək.

Bu barədə Avrasiya.net-ə ƏMDX-dan bildirilib.

Məlumata görə, "Qənərçay" yatağının 70 000 m2 sahəsi 5 LOT üzrə hərraca çıxarılır. Yatağın istismar müddəti 25 il, istismar üçün başlanğıc qiymət 21 000 manat, beh məbləği isə 2 100 manat müəyyən edilib. "Dərəzarat" yatağının 50 000 m2 sahəsi isə 3 LOT üzrə hərraca çıxarılır. Yatağın istismar müddəti 25 il, istismar üçün başlanğıc qiyməti 123 860 manat, beh məbləği isə 12 386 manat müəyyən olunub.

İddiaçılar iştirakla bağlı sənədləri 13 iyul, saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda həm yerli, həm də xarici hüquqi və fiziki şəxslər iştirak edə bilər. Açıq hərrac ƏMDX-nın Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər