Sizin Reklam Burada

Bankın "əmanətiniz həmişə sığortalı olacaq" vədinə inanmaq olarmı?

Bankın "əmanətiniz həmişə sığortalı olacaq" vədinə inanmaq olarmı?Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının qərarına əsasən, ötən il iyunun 1-dən ölkədə banklara manatla yerləşdirilmiş əmanətlər üzrə sığortalanma faizi illik 12%, xarici valyutada yerləşdiirilmiş əmanətlər üzrə sığortalanma faizi isə illik 2,5%-dir. Yəni, əmanətinin illik gəlirliliyi qeyd edilən faiz dərəcələrindən yüksək olmayan şəxslər bankda sığorta hadisəsi baş verdikdə, ADIF-dən əmanətini geri ala bilərlər. Amma bu il aprelin 5-dən qüvvəyə minmiş qaydalara əsasən, kompensasiyanın məbləği 100 min manat və yaxud onun ekvivalentindən çox ola bilməz. Yəni, yalnız qeyd edilən məbləğə qədər olan əmanətlər qorunur.

Müşahidələr göstərir ki, Azərbaycan banklarının əmanətçilərə vəd etdiyi illik gəlirlilik əksər hallarda sığortalanma faizini keçmir. Yəni, banka əmanət yerləşdirən şəxslərin sığortalanma faizindən yüksək gəlir əldə etmək şansları demək olar ki, yoxdur. Amma burda diqqət yetirilməli məqam var. Tutaq ki, vətəndaş banka illik 12%-lə, 1 il müddətinə əmanət yerləşdirib. Bank qanunvericiliyinə əsasən, əmanət müqaviləsi başa çatdıqdan sonra, vətəndaş pulunu geri götürməsə, müqavilə müddəti avtomatik daha 1 il uzadılır. Amma həmin vaxt əmanətlərin sığortalanması faizi azaldılmış, məsələn 10%-ə endirilmiş də ola bilər. Bu halda əmanətçi mümkün sığorta hadisəsi halında kompensasiya alacağına ümid edə bilərmi?

Doğrudur, bəzi banklar sığortanma faizininin azaldılması ehtimalını nəzərə alaraq əmanətçilərlə bağladıqlar müqaviləyə xüsusi şərt əlavə edirlər. Məsələn, "Bank BTB" ASC-nin əmanət müqaviləsində bildirilir ki, müddətin avtomatik 1 il uzadılması həmin vaxt qüvvədə olacaq sığortalanma faizinə uyğun həyata keçiriləcək. Yəni, Bank bir növ vətəndaşa "Əmanətiniz həmişə sığortalı olacaq" vədi verir. Bəs bu vədə inanmaq, arxayınlaşmaq olarmı? Çünki deyilən şərtə əməl olunmasa, sabah ADIF-in vətəndaşa kompensasiya ödəyəcəyinə zəmanət yoxdur.

Bankçılıq üzrə ekspert Əkrəm Həsənov deyir ki, indiyə qədər bu cür problemlərlə çox rastlaşıb.

"Bu kimi hallarda məhkəmələrimiz əmanətçinin mövqeyini qoruyur"

"Bir qayda olaraq əmanət müqavilələrində belə bir bənd olur ki, müddət bitəndə müştəri bankdakı vəsaitini geri götürmürsə, müqavilə eyni şərtlərlə, amma həmin vaxt bankda qüvvədə olan illik faiz dərəcəsi ilə uzadılır. Müştərilər əmanət müqaviləsi bağlayarkən ilk olaraq buna diqqət yetirməlidirlər. Mənim rastlaşdığım 99% hallarda bu cür olub. Problem o zaman yaranır ki, tutalım, müştəri əmanət yerləşdirəndə əmanətlərin sığortalanması üzrə faiz dərəcəsi 12 % olub, sonra isə müqavilə müddəti ərzində faiz dərəcəsi 10%-ə düşüb, bank isə bunu 12% olaraq saxlayıb.

Mən özüm məhkəmədə bir neçə əmanətçinin bu cür problemləri zamanı vəkil olmuşam və məhkəməni udmuşam. Əmanət müqaviləsindəki şərtlərdən biri də əmanətin qorunan olmasıdır. Bu isə o deməkdir ki, az öncə qeyd etdiyimiz halda bank əmanətlərin sığortalanması üzrə faiz dərəcəsini 12 % olaraq hesabalaya bilməz və əgər faiz dərəcəsi düşübsə, müqaviləni 10 %-lə uzatmalıdır. İlkin müqaviləyə görə faiz dərəcəsi sığortalanmaya düşürdüsə, onda məsələ bu qaydada həll olunmalıdır. Çünki vətəndaşın ilkin müqavilə şərti sığortalanan olub. Əgər vətəndaşın ilk dəfə bağladığı müqavilədə əmanət sığortalanmış əmanət olubsa, sonradan da bu cür olmalıdır. Məhkəmələrimiz belə mövqedən çıxış edərək əmanətçini qoruyur", - hüquqşünas qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər