Sizin Reklam Burada

"Əsrin müqaviləsi" - Neft strategiyasının əsasının qoyulması

"Əsrin müqaviləsi" - Neft strategiyasının əsasının qoyulması20 sentyabr 1994 cü il...

26 il əvvəl Azərbaycan Respublikasının həyatında çox əhəmiyyətli hadisə baş verdi. Məhz həmin gün ölkəmizdə Ulu öndər Heydər Əliyevin öndərliyində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici ölkələrin neft şirkətləri arasında üç il davam edən danışıqlar sona çatdı. Əsrin müqaviləsinin imzalanması ilə neft strategiyasının əsası qoyuldu, bu müqavilə bizim müstəqilliyimizin təminatına, iqtisadi inkişafımızın mənbəyinə çevrildi. Beləliklə, Azərbaycanın dünya enerji və siyasi xəritəsində mövqeyi möhkəmlənmiş oldu.

"Əsrin müqaviləsi" ilə bağlı danışıqlar 1994-cü ilin yazında və yayında İstanbul və Hyustondakı son mərhələləri ağır keçdi. Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı. Belə bir addım atmaqla Azərbaycan suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha bu müqavilə ilə nümayiş etdirdik. Bu müqavilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri ilə əlaqə yaratdı, Azərbaycanın dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulmasına əsas yaratdı. Bu müqavilə bir daha sübut etdi ki, müstəqil Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir.
"Əsrin müqaviləsi" - Neft strategiyasının əsasının qoyulması
Ötən dövr ərzində ölkəmiz hərtərəfli inkişaf etdi, iqtisadi baxımdan böyük nailiyyətlərə imza atdıq. Azərbaycan siyasi cəhətdən dünya birliyində özünəlayiq yerini tuta bildi.
Bu müqavilə Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi , müdrikliyi, qətiyyəti, cəsarəti sayəsində imzalandı.Neft müqaviləsinin imzalanması Azərbaycana böyük həcmdə xarici sərmayənin gətilməsinə səbəb oldu. Azərbaycan adambaşına düşən xarici sərmayənin həcminə görə təkcə keçmiş sovet respublikaları arasında deyil, Şərqi Avropa ölkələri arasında da qabaqcıl mövqelərə sahib oldu.

Azərbaycan tarixdə ilk dəfə Xəzər dənizini xarici şirkətlər üçün açdı, beləliklə, Xəzər dənizində beynəlxalq kon sorsium yarandı. Müxtəlif ölkələri təmsil edən aparıcı şirkətlər Azərbaycanla çox uğurlu əməkdaşlığa başladı. Nəticədə ölkəmiz sürətlə, hərtərəfli inkişaf etməyə başladı.
Heydər Əliyevin neft strategiyasının tərkib hissəsi olan məsələlərdən biri də neftdən əldə olunan gəlirlərin Azərbaycan vətəndaşları arasında ədalətli şəkildə
bölünməsi, ölkə iqtisadiyyatının sonrakı inkişafında rol oynaması və gələcək nəsillər üçün bir əmanət kimi saxlanılmasıdır.

"Əsrin müqaviləsi" nin iqtisadi olmaqla yanaşı, onun siyasi rolu da böyükdür. Belə ki,bu müqavilə dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərini inkişaf etdirdi, xarici siyasətimizin güclənməsinə və inkişafına səbəb oldu.
Son zamanlarda bütün bu uğurlar bədnam qonşularımızı çox narahat edir. Azərbaycanın iqtisadi və siyasi mövqeyinin dünya arenasında möhkəmlənməsi erməniləri inanılmaz narahat edir, ona gorə də bizə qarşı təxribatlarını günü -gündən artırırlar. Tovuz hadisələri bir daha bədnam qonşularımızın uğurlarımıza, inkişafımızdan narahat olduğunu əyani şəkildə göstərdi. Bizi təxribata sürükləmək istəyi baş tutmadı. Ordumuz onların cavabını layiqincə verdi. Biz güclü dövlətik, güclü iqtisadiyyatımız, güclü ordumuz var. Bütün bunlar Ulu öndərimizin uzaqgörən siyasətinin bizə bəxş etdiyi ən böyük hədiyyəsidir.

Əziz neftçilərimizin bayramını təbrik edir, onlara bu çətin və şərəfli peşələrində uğurlar arzulayırıq.

Azərbaycan xalqı həmişə bizə bəxş etdiyi bu inkişafa, uğurlara görə Ulu Öndərə minnətdardır.

Bu gün bu müqavilə, onun uğurları imkan verir ki, dünya dövlətləri bizimlə diplomatik münasibətlər qurmaqda maraqlıdırlar.

Azərbaycan neftçiləri, mütəxəssisləri, alimləri, bir sözlə neft sahəsində çalışan bütün insanlar respublikanın neft sənayesinin inkişafı üçün fədakarcasına işləmiş, Azərbaycan tarixinə şanlı səhifələr yazmışlar. Bir daha qəhrəman neftçilərimizi təbrik edirəm, uğurlarınız bol olsun qara qızıl ustalarımız.

Rəşad Rəhmanov
YAP Siyəzən Rayon təşkilatının sədr müavini

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər