Sizin Reklam Burada

""Əsrin müqaviləsi" respublikamızın gələcək inkişafının əsl qarantıdır”

""Əsrin müqaviləsi" respublikamızın gələcək inkişafının əsl qarantıdır”“20 Sentyabr çağdaş Azərbaycan tarixində müstəsna əhəmiyyəti olan tarixi bir gündür. 1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin müqaviləsi” nəinki ölkə iqtisadiyyatını tənəzzüldən xilas edərək, sıçrayışlı inkişafında müstəsna rol oynadı, eyni zamanda bir dövlət kimi varlığını qoruyub saxlamasında, təhlükəsizliyinin təmin edilməsində, geosiyasi, geoiqtisadi proseslərdə aktiv iştirak etməsində Azərbaycanın yeri və rolunu müəyyən etdi.

20 sentyabr eyni zamanda Azərbaycanın müstəqilliyinə olan təhlükələrin və müstəqilliyimizin geridönməzliyini müəyyən edən gün kimi də xarakterizə edə bilərik. Bu müqavilənin imzalanmasından sonra dövlət müstəqilliyimizə təhdidlər aradan qalxdı. Bu tarix həm də Azərbaycanın özünün və dünyanın, xüsusən də Avropanın enerji təhlükəsizliyinin, həmçinin təmin olunmasında, enerji, kommunikasiya, logistika mərkəzinə çevrilməsinin bünövrəsi qoyulduğu gündür. Bu ancaq və ancaq uzaqgörən, müdrik siyasətçi, dahi lider Heydər Əliyevin iradəsi nəticəsində mümkün olub”.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Komitə sədri bildirib ki, “Əsrin müqaviləsi” çox mürəkkəb geosiaysi bir zamanda imzalanıb. “Dahi liderin siaysi iradəsi nəticəsində imzalan bu sənəddən sonra Azərbaycan dövlətçiliyinə olan təhdidlər aradan qalxmağa, siyasi, iqtisadi sabitlik yaranmağa başladı və ölkəmiz geridönməz xarakter alan bir inkişaf mərhələsinə qədəm qoydu. Belə demək mümkünsə bu günkü inkişaf dövrünün bünövrəsi həmin gün qoyuldu”, - komitə sədri qeyd edib.

Komitə sədri əlavə edib ki, Ulu öndər 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra qısa bir vaxtda "Yeni neft strategiyası" işlənib hazırlandı: “1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq- Günəşli yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə "Əsrin müqaviləsi" imzalandı. Bütövlükdə, "Əsrin müqaviləsi"ndən bugünkü günə qədər xarici neft şirkətləri ilə 26 neft sazişi imzalanmışdır. Bu sazişlərin nəticəsi olaraq Azərbaycanın neft-qaz sənayesinə milyardlarla dollar sərmayə qoyulub və qoyulmaqdadır ki, bu da respublikamızın gələcək inkişafının əsl qarantıdır”.

Millət vəkili bildirib ki, hazırda xalqımız bu sazişin bəhrəsini görməkdədir: “Bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət çağdaş dövrün tələb və şərtlərinə uyğun şəkildə yeni formada icra olunur. Cənab Prezident İlham Əliyev neftdən gələn gəlirləri xalqın sosial rifah halında yaşamasını təmin edilməsi üçün qeyri neft sektoruna yönəldib, ölkənin davamalı iqtisadi inkişafını təmin edilməsi istiqamətinə yönəltməklə yanaşı, digər enerji növü olan qaz faktorundan çox məharətlə istifadə etdi: “ Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siaysəti nəticəsində Azərbaycan bölgədə müxtəlif transmilli enerji, iqtisadi, logistika, kommunikasiya layihələrinin təşəbbüsçüsü olmaqla, Azərbaycan həmin layihələrin icrasında aktiv iştirakçı oldu. “Əsrin müqaviləsi” imzalanması ilə işə düşən “Azəri-Çıraq-Günəşli” yatağından sonra davamalı olaraq digər transmilli layihələr icrasına başlanıldı. Bakı-Tiflis-Ceyhan, Baki-Tiflis-Ərzurum qaz kəməri, TAP, TANAP, Cənub Beynəlxalq Qaz Dəhlizi, Bakı-Tiflis-Qars dəmiryolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlisi, “Qərb-Şərq” tarixi İpək yolunun bərpası və sair kimi Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənərək, nüfuzunun artmasına, xalıqn rifah halında yaşamasına, gözlənilən təhlükələri aradan qaldırılmasına xidmət edən çoxsaylı layihələr icra olundu və olunmaqdadır. Prezident İlham Əliyevin enerji layihələrindən əldə olunan gəlirlərin imkanlarından istifadə etməklə dövlətimizin etibarlı formada inkişafını təmin edəcək qlobal çağrışlara çevik reakisya yürütdüyü siyasət nəticəsində Azərbaycan təkcə enerji qovşağına deyil, eyni zamanda nəqliyyat, transit yükdaşıma, kommunikasiya, logistika mərkəzinə çevrilib və bu istiqamətdə işlər uğurla davam etməkdədir. Bu layihələrin icrası Azərbaycanın gücünə və qüdrətinə əlavə güc qatmaqda, dünyadakı mövqeyinin möhkəmlənməsinə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməkdədir”.
Komitə sədri onu da qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm rola oynayan bu günün tarixi əhəmiyyətini nəzərə alan Ulu öndər Heydər Əliyevin 20 sentyabrı neftçilər günü kimi qeyd olunması barədə fərman imzalayıb.

20 Sentyabr - “Neftçilər Günü” münasibətilə Azərbaycan neftçilərini təbrik edir, onlara uzun, sağlam və mənalı həyat arzu edirəm!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər