SOCAR Belarusa yeni partiya neft göndərir
Dərc olunub:
26-08-2020, 10:08
SOCAR 26-27 avqustda Belarusa yeni partiya neft göndərməyi planlaşdırır.
Bu məlumatı “İnterfaks” agentliyi yayıb. Məlumata görə, yeni razılıq bir neçə həftə “Belneftxim”lə əldə olunub. Belarusa SOCAR-ın 93-94 min ton neft tədarük edəcəyi vurğulanıb. Neftin Belarusa Ceyhan limanından göndəriləcəyi qeyd edilib.