Sizin Reklam Burada

Şuranın əməkdaşı layihələrdə çalışan işçilərin əmək haqqının hesablanması qaydasını şərh edib

Şuranın əməkdaşı layihələrdə çalışan işçilərin əmək haqqının hesablanması qaydasını şərh edibAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin məsləhətçisi Toğrul Turabov layihələrdə çalışan işçilərin əmək haqqının hesablanması qaydasını şərh edib.

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

Toğrul Turabov yazıb:

Bildiyiniz kimi layihələrin böyük qisminin icrasına 01 iyul 2020-ci il tarixdən başlanılmışdır.Artıq 1 ayın tamamında təşkilatlar tərəfindən əmək müqaviləsi bağlanmış işçilərə əmək haqqı ödənişi və dövlət büdcəsinə ödənişlər olunmalıdır. Bu halla bağlı hesablama apararkən, aşağıdakı qaydalara istinad edilməlidir.

Məlumat üçün bildirirəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası qrant vəsaitindən ödənilən əmək haqlarının vergiyə cəlb olunması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məktubla müraciət etmişdir. Cavab məktubuna əsasən Şura ilə bağlanmış qrant müqaviləsinin icrası ilə bağlı qeyri-hökumət təşkilatlarına əmək müqaviləsi əsasında cəlb olunan işçilərə əmək haqlarından gəlir vergisi Vergi Məcəlləsinin 101.1-1-ci maddəsində qeyd olunan cədvələ uyğun olaraq güzəştli dərəcələrlə hesablanır:

101.1-1. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

- Vergiyə cəlb edilən aylıq gəlir 8000.00 manatadək olduqda 0 %, 8000.00 manatdan çox olduqda isə 8000.00 manatdan çox olan məbləğin 14%-i;
İşçinin hesabından tutulan sosial siğorta haqqı: 6.00+((əmək haqqı-200.00)*10%) düsturuyla hesablanacaq.

İşəgötürən tərəfindən ödənilən sosial siğorta haqqı 22% deyil, 44.00+((əmək haqqı-200.00)*15%) düsturuyla hesablanacaq.

Təsdiq edilmiş xərclər smetasında nəzərdə tutulmuş DSMF 22% xərc maddəsindən artıq qalan məbləğin xərclər smetasında nəzərdə tutulan başqa xərc maddəsinə yönəldilməsiylə bağlı rəsmi müraciət etməyiniz tövsiyə olunur.

Misal. "X" ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə bağlanmış qrant müqaviləsinə əsasən xərclər smetasında əmək müqaviləsi əsasında "Layihə rəhbəri" vəzifəsinə əmək haqqı 300.00 manat olan işçi cəlb etmişdir.Əmək haqqının hesablanma qaydası aşağıdakı kimidir:

Gəlir vergisi - tutulmur
İşçinin hesabından tutulan sosial siğorta haqqı - 6.00+((300.00-200.00)*10%)=6.00+10.00=16.00 manat
İşsizlikdən siğorta haqqı - 300.00*0.5%=1.50 manat
İşçiyə ödəniləcək məbləğ= 300.00-16.00-1.50=282.50 manat
İşəgötürən tərəfindən ödənilən sosial siğorta haqqı - 44.00+((300.00-200.00)*15%)=44.00+15.00=59.00 manat
İşəgötürən tərəfindən ödənilən işsizlikdən siğorta haqqı - 300.00*0.5%=1.50 manat.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər