Sizin Reklam Burada

Azərbaycan-İndoneziya İş Adamları Assosiasiyası (AZİNBA) təsis olunub

Azərbaycan-İndoneziya İş Adamları Assosiasiyası (AZİNBA) təsis olunub23 iyul 2020-ci il tarixində Azərbaycan və İndoneziya işadamlarının qarşılıqlı işbirliklərinin daha da səmərəliləşdirilməsi, stimullaşdırılması, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin daha genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcək yeni bir ictimai birlik təsis edildi. Azərbaycan-İndoneziya İş Adamları (Biznesmenləri) Assosiasiyası (AZİNBA) adlandırılan ictimai birliyin təsisçiləri sahibkar, ictimai fəal Emin Əliyev və sosiologiya araşdırmaçısı və ictimai fəal Yusif Nəbiyevdir.

Emin Əliyev eyni zamanda İctimai Birliyin sədridir.

Azərbaycan və İndoneziya xalqlarının dostluq əlaqələrinin çox dərin tarixi köklərinin olduğunu deyən Emin Əliyev bildirdi ki, İndoneziya dünyanın sürətlə inkişaf edən ölkələrindən biridir. İqtisadi artım tempinə görə hal-hazırda dünyada üçüncü yerdə olan İndoneziya ölkəmizin haqq səsinin daha böyük areala çatdırılması üçün hər zaman öz dəstəyini göstərmişdir.

2017-ci ildə İndoneziyaya işgüzar bir səfərimiz oldu. Burada bir neçə ixtisaslaşmış biznes assosiasiyaları ilə danışıqlar apardıq. Xeyli görüşlər keçirdik, Azərbaycanla bağlı təqdimatlar etdik. Bundan başqa Azərbaycanı özünün ikinci vətəni sayan İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Husnan Bey Fananienin təşəbbüsü ilə ölkəmizə indoneziyalı iş adamlarının səfərləri zamanı müxtəlif tədbir və görüşlərdə iştirak etdik.
Azərbaycan-İndoneziya İş Adamları Assosiasiyası (AZİNBA) təsis olunub
Apardığımız təhlillər nəticəsində iki ölkə arasında biznes əlaqələrinin inkişaf perspektivlərinin böyük olduğunu müəyyən edərək bu qərara gəldik ki, belə bir ictimai birliyin təsis edilməsinin tam zamanıdır. Onu da qeyd edək ki, eyni formatlı təşkilat İndoneziyada da təsis ediləcəkdir və bu təşkilatlar iki ölkə arasında əlaqələrin inkişafına xidmət edəcəkdir. İndoneziya tərəfdən bu təşkilatın idarəçilyini məhz Husnan Bey Fananie öz üzərinə götürmüşdür. Belə ki, o qısa bir müddətdən sonra ölkəmizdəki diplomatik missiyasını başa vuracaq, ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişafı üçün fəaliyyət göstərmək üçün AZİNBA-nın İndoneziya tərəfdən koordinasiyasını təşkil edəcəkdir.

Qeyd edək ki, İctimai Birlik artıq dövlət qeydiyyatına alınmaq üçün qanunvericiliklə tələb edilən sənədləri toplayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq bölmələrinə təqdim etmişdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər