Neft kəskin bahalaşdı
Dərc olunub:
3-04-2020, 14:39
Dünya birjalarında neft qiymətlərində sürətli bahalaşma davam edir.
Avrasiya.net xəbər verir ki, "Brent" markalı xam neftin bir barreli daha 2,8 dollar bahalaşaraq, 32,73 dollara qalxıb. Yüngül neft isə hazırda 26,54 dollaradır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEK+ ölkələrinə təcili toplaşmaqla bağlı çağırış etmişdi. Azərbaycan Energetika Nazirliyi isə “OPEK+” ölkələrinin görüşünün 6 apreldə keçirilməsinin planlaşdırılmasına dair bəyanat yaymışdı.
Bu açıqlamaların ardınca neft qiymətlərində sıçrayış başlayıb.