Sizin Reklam Burada

Koronavirus dünyanı bürüyür, neft ucuzlaşır - “2015-ci il devalvasiyası təkrarlana bilər”

Koronavirus dünyanı bürüyür, neft ucuzlaşır - “2015-ci il devalvasiyası təkrarlana bilər”Martın 4-ü əmanətlərin tam sığortalanması müddəti başa çatır.

Bu barədə şərh verən iqtisadçı Samir Əliyev əmanətlərin tam sığortalanması müddətinin uzaldılmasının vacibliyini bildirib:

“2016-cı ildə qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddəti uzadılmasa, bu halda digər normativ aktın - “Əmanətlərin sığortalanması haqqında” Qanunun şərtləri qüvvəyə minəcək. Yəni kompensasiya məbləği 30 min manatla limitləşəcək.

Əmanətlərin tam sığortalanmasının nəzərdə tutan qanunun müddəti ötən ilin fevralında 19-da daha 1 il müddətinə uzadılmasına rəğmən bu il hökumətdən konkret mövqe görünmür. Müddətin bitməsinə isə 2 gün qalıb. Əslində 2019-cu ilin sonuna qədər bütün gözləntilər müddətin uzadılmaması ilə bağlı idi”.

Koronavirus situasiyanı dəyişir...

Ekspert qeyd edib ki, 2020-ci il gələndən mənbəyini Çindən götürmüş və bütün dünyaya yayılmış koronavirus amili yeni bir situasiya yaradıb:

“Situasiya da ondan ibarətdir ki, Çində iqtisadi aktivliyin kəskin azalması dünya bazarlarına, o cümlədən Azərbaycan üçün həyati əhəmiyyətli olan neft bazarına mənfi təsir göstərir. Yeni ilə qədəm qoyduğumuz andan bu günə qədər Azərbaycan nefti üçün qiymət oriyenti rolunu oynayan Brent markalı neftin qiyməti $68-dən $51-ə qədər ucuzlaşıb. Ucuzlaşmanın nə qədər və hansı həddə qədər davam edəcəyini söyləmək çox çətindir. Görünən odur ki, virus problemi həllini tapmasa və proses uzansa, ucuzlaşma davam edəcək. Bu isə neftdən asılı olan Azərbaycan iqtisadiyyatı üçün arzu olunan hal deyil”.

Virus təhlükəsi aradan qalxmasa...

İqtisadçı deyib ki, əgər virus təhlükəsi qısa müddətdə aradan qalxmasa, bunun Azərbaycan üçün 2015-ci il böhranından da çətin olacağını proqnozlaşdırmaq olar:

“Əmanətlərin tam sığortalanması qərarı isə məhz 2015-ci ildə baş vermiş devalvasiya qərarının bank sektoruna vurduğu zərbənin təsirini bir qədər azalmaq, əhalinin bank sektoruna inamını bərpa etməyə yönəldilmiş bir addım idi. Qərar çox düzgün idi. Ola bilsin bu gün hökumətin müddətin uzadılması ilə bağlı yekun qərarı yoxdur. Ancaq fikrimcə, hökumət tərəddüd etmədən müddətin daha 1 il uzadılmasna qərar verməlidir. Bu, əmanətçilər üçün psixoloji gərginliyi xeyli azaldar, banklar üçün də əmanət qaçışı qorxusunu aradan qaldırar”.

“Kompensasiya məbləği 100 min manata qədər artırılmalıdır”

O, Mərkəzi Bankın son məlumatına əsasən deyib ki, fevralın 1-i vəziyyətinə banklarda olan əmanətlərin həcmi 8,6 milyard manatdır:

“Bu əmanətlərin 75,6%-i qısamüddətlidir. Deməli, əhali bankların dayanıqlığına və milli valyutanın sabitliyinə tam əmin deyil. Əmanətlərin 34%-i cari hesablardır. Bu o deməkdir ki, 2,9 milyard manatlıq əmanət hər an banklardan geri çəkilə bilər və bankları çökdürər. Təəssüf ki, Əmanətlərin Sığortalanması Fondu qapalı şəkildə işləyir, saytında ümumiyyətlə heç bir statistik məlumat yerləşdirmir. Biz bilmirik ki, məsələn, əmanətlərin hansı hissəsi 30 min, 50 min, 100 min manata qədərdir. Bu və digər məlumatlar olarsa real vəziyyəti daha dəqiq qiymətləndirmək olar. Əslində suallar çoxdur. Milyonluq əmanətlərin payı nə qədərdir? Və ya sabah hökumət müddəti uzatmasa əmanətçilərin, xüsusilə “yüzmünlik”, “milyonluq” əmanətçilərin davranışı necə olacaq?

Bütün bunları nəzərə alaraq hökumət əmanətlərin tam sığortalanması müddətini daha bir il uzatmalıdır. Ola bilsin erkən parlament seçkiləri də hökumətin qərarına neqativ təsir edib. Çünki texniki baxımdan yeni parlament işə başlamayınca müddəti uzatmaqla bağlı qərar vermək mümkün deyil. Ancaq layihə hazırdırsa, ilk iclasda qərar vermək olar. Bunun üçün hökumət müddətin uzadılması ilə bağlı mövqeyini ictimaiyyətə açıqlamalıdır ki, əhali narahatlıq keçirməsin. Əgər müddəti artırmaq niyyəti yoxdursa, bu halda sığortalanma mexanizminə dəyişiklik etməlidir. Ən azı kompesasiya məbləğini 100 min manata qədər artırmalıdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər