01 noy 12:22iqtisadiyyat

SOCAR-da yeni təyinatlar

SOCAR-da yeni təyinatlarSOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə bəzi vəzifələrdə dəyişikliklər olub.

Bu barədə sözügedən qurumdan rəsmi məlumat verilib.

Bildirilib ki, Rövnəq Abdullayevin əmri ilə adları aşağıda qeyd edilən şəxslər tutduqları vəzifələrdən azad olunaraq, yeni vəzifələrə müvəqqəti təyin olunublar:

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Qaz İxrac İdarəsinin rəisi,

“Azəriqaz” İB-nin baş direktorunun müavini Ruslan Əliyev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru,

Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev “Neftqaztikinti” trestinin müdiri,

Heydər Əliyev adına NEZ-in direktor müavini Füzuli Hacıyev Təhlükəsizlik İdarəsinin rəisi,

Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunublar.
XƏBƏR LENTİ
17-11-2019, 17:10
SORĞU