30 okt 13:52iqtisadiyyat

Banklarda 17 min manat krediti olanların nəzərinə

Banklarda 17 min manat krediti olanların nəzərinəLəğv prosesində olan “Atrabank” ASC”, “Royalbank” ASC, “Kredobank” ASC, “Zaminbank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, QSC “Bank Standard” KB, “Yunayted Kredit Bank” ASC, “Texnikabank” ASC, “Dəmirbank” ASC və “Gəncəbank” ASC-də fiziki şəxslərin 17 000 (on yeddi min) manat ekvivalentinədək olan kreditor tələblərinin ödənilməsi davam edir.

Bu barədə Əmanətlərin Sığortalanması Fondundan Modern.az-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, kreditor tələbinin ödənilməsi nağdsız qaydada “Kapitalbank” ASC vasitəsilə həyata keçirilir.

Ləğv prosesində olan banklarda kreditor tələbi olan fiziki şəxslərdən “Kapitalbank” ASC-nin müvafiq filiallarına şəxsiyyətlərini təsdiq edən sənədlə müraciət olunması xahiş olunur.
XƏBƏR LENTİ
17-11-2019, 17:10
SORĞU