13 sen 18:10iqtisadiyyat

Manatı gələn il nə gözləyir? - Rəsmi inflyasiya proqnozu AÇIQLANDI

Manatı gələn il nə gözləyir? - Rəsmi inflyasiya proqnozu AÇIQLANDINövbəti illər üçün ölkədə inflyasiya faizinin gözlənilən proqnozu açıqlanıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, cari ilin sonuna inflyasiya səviyyəsinin 3,7 faizə bərabər olacağı proqnozlaşdırılır:

“2020-ci ildə inflyasiya səviyyəsinin 4,6 faziə qədər artması gözlənilsə də, sonrakı illərdə artım tempinin aşağı düşməsi və ümumilikdə təkrəqəmli inflyasiya səviyyəsinin qorunacağı proqnozlaşdırılır”.

Rəsmi məlumata görə, inflyasiya səviyyəsi 2020-ci ildə 4,6 faiz, 2021-ci ildə 4,5 faiz, 2022-ci ildə 4,1 faiz, 2023-cü ildə 3, faiz proqnozlaşdırılır.



Həmçinin qeyd edilib ki, 2020-ci il üçün manat/ABŞ dolları məzənnəsinin 1.7 səviyyəsində olması proqnozlaşdırılır.
XƏBƏR LENTİ
Dünən, 08:10
20-09-2019, 14:39
20-09-2019, 14:21
SORĞU