09 avq 10:21iqtisadiyyat

Bu məmurların vəzifə maaşlarını artırıldı

Bu məmurların vəzifə maaşlarını artırıldı Baş nazir Novruz Məmmədov “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli qərarına dəyişiklik edib.

Avrasiya.net xəbər verir ki, dəyişiklik “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Prezidentinin 2019-cu il 18 iyun tarixli sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə olunub.

Qərara görə, ali kateqoriya dövlət orqanlarında vəzifə maaşları 310 (əvvəl 220) manat, 1-ci kateqoriya dövlət orqanlarında vəzifə maaşları 295 (əvvəl 210) manat, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında vəzifə maaşları 280 (əvvəl 200) manat, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında vəzifə maaşları 260 (əvvəl 180) olub.

Qərar sentyabrın 1-dən qüvvəyə minir.
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU