27 iyl 21:20iqtisadiyyat

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti imtahan keçirib

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti imtahan keçiribBu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti “Qeyri yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi üzrə” sertifikatlaşma məqsədilə təşkil etdiyi kursun nəticəsi olaraq imtahan keçirib.

İmtahanı müəllimlər heyəti - AQC sədri Nüsret İbrahimov, AQC sədrinin müavinləri Zamin Hüseynov və Vüqar Oruc qəbul etmiş 20 kurs iştirakçısı iki mərhələ üzrə özlərini sınamışdır. Nəticələr yoxlanıldıqdan sonra sertifikata layiq görülən kurs iştirakçılarının adı açıqlanacaq. AQC sədrinin müavini, “VECON” Qiymətləndirmə Şirkətinin direktoru Vüqar Oruc imtahan nəticələrinə münasibət bildirərək deyib ki, sonuncu kursda iştirak edənlərin öz fəallığı ilə seçildiklərini, tələbələrin qiymətləndirici ixtisasına daha böyük maraq göstərdiyini və AQC kurslarının getdikcə təkmilləşdiyini memnunluqla vurğulamaq olar. Vüqar Oruc 2019-cu ildə daşınar və daşınmaz əmlakın digər təyinatları üzrə növbəti kursların keçiriləcəyini də bildirib.
loading...
XƏBƏR LENTİ
SORĞU