12 iyl 13:06iqtisadiyyat

Büdcəyə dəyişiklik edildi: Xərc 215 milyon artdı

Büdcəyə dəyişiklik edildi: Xərc 215 milyon artdıAzərbaycan Milli Məclisi “2019-cu il dövlət büdcəsi haqqında” qanununda dəyişiklik edilməsi barədə layihəni müzakirə edərək, III oxunuşda qəbul edib.

Avrasiya.net xəbər verir ki, ölkədə minimum əmək haqqının və pensiyanın artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 200 milyon manat, İşsizlikdən Sığorta Fondunun isə büdcəsinin isə 15 milyon artırılması zərurəti yaranıb.

Həmin xərclərin qarşılanması üçün məcburi dövlət sosial sığorta haqları üzrə 350 milyon manat əlavə daxilolma nəzərdə tutulur.

Bununla əlaqədar “Büdcə sistemi haqqında” qanunun tələbləri gözlənilməklə əlavə 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin 215 milyon manat artırılması və dövlət büdcəsindən DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün fonda ayrılan vəsaitin məbləğinin 150 milyon manat azaldılması nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
loading...
XƏBƏR LENTİ
SORĞU