03 yan 11:34iqtisadiyyat

Rusiyanın oliqarxları 5.9 milyard dollar itirib - ötən il

Rusiyanın oliqarxları 5.9 milyard dollar itirib - ötən ilDünyanın 500 varlı insanının 25-i Rusiya vətəndaşıdır.

Rusiyanın oliqarxları ötən il 5.9 milyard dollar itirib. 25 milyarderdən yalnız 9-u öz varidatını artıra bilib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Bloomberg agentliyi yayıb.

Mənbə bildirir ki, dünyanın 500 varlı insanının 25-i Rusiya vətəndaşıdır.

Rusiyalılardan ən çox pulu "Renovı"nın sahibi Viktor Vekselberq (3.1), Ural dağ-metallurgiya şirkətinin prezidenti İskander Mahmudov (2.4), "Severstal"ın qurucusu Aleksey Mordaşov (2.2 milyard dollar) itirib.

Qazananlar içərisində azərbaycanlı iş adamı Vahid Ələkbərovun, "Novatek"in həmsədrləri - Leonid Mixelson və Gennadi Timçenkonun da adı var.

Xatırladaq ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalara görə də rusiyalı oliqarxlar bir gün ərzində 12 milyard dollar itirmişdilər. Rusiya rəhbərliyi isə sanksiyaya düşən şirkətlərə və milyarderlərə kömək göstəriləcəyini açıqlamışdı.
XƏBƏR LENTİ
SORĞU