20 avq 13:09iqtisadiyyat

Aİ 92 benzin də bahalaşıb?

Aİ 92 benzin də bahalaşıb?SOCAR-ın yanacaqdoldurma məntəqələrində Aİ 92 benzininin litri artıq 1 manatdan satılır.

Avrasiya.net Cebhe.info-ya istinadən məlumatına görə, Aİ92 benzini ilə bağlı qiymət dəyişikliyi rəsmən elan olunmasa da, adıçəkilən məntəqədə artıq bu növ yanacaq 10 qəpik baha satılır.

SOCAR-ın qiymət tablosunda da bu fakt əksini tapıb.

“İstPetrol” yanacaq doldurma məntəqəsində qiymət tablosu söndürülsə də hələlik Aİ 92 benzininin köhnə qiymətlə satıldığı deyilib. Yanacaqdoldurma məntəqəsindən bildirilib ki, Aİ 92-nin bahalaşacağı ilə bağlı onlarda hər hansı informasiya yoxdur.
Qeyd edək ki, avqustun 19-da axşam saatlarında Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağın qiyməti qalxıb. Yeni tariflərə əsasən, “Premium Euro-95”in satış qiyməti 1,50 manat, “Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub.
XƏBƏR LENTİ
Dünən, 20:43
SORĞU