30 may 03:12iqtisadiyyat

Dünyanı yeni maliyyə böhranı gözləyir

Dünyanı yeni maliyyə böhranı gözləyirAmerikalı milyarder, rəngli inqilabların sponsoru Corc Soros mövcud qlobal siyasətin növbəti irimiqyaslı maliyyə böhranına səbəb ola biləcəyini bildirib.

Bu barədə “The Financial Times” məlumat yayıb.

Milyarderin sözlərinə görə, Avropa İttifaqı üç ciddi problemlə üzləşib: bunlar Avropaya qaçqın axını, ərazi dezinteqrasiyası və Avropa iqtisadiyyatının inkişafına əngəl olan sərt iqtisadi ölçülərdir.

“Avropa İttifaqı ekzistensial böhran yaşamaqdadır. Gözlənilən ən pis hadisələr onun başına gəlib”, - deyə Soros bildirib.

Onun sözlərinə görə, Avropanın həyati təhlükədə olması artıq sadəcə çıxışlarda səslənən fikir yox, acı reallıqdır: "Avropa qitəsinə miqrasiya təzyiqi məhdudlaşdırılmalı, Avropa İttifaqı radikal transformasiya keçməli və hətta, İttifaq ölkələri vahid valyuta istifadəsindən imtina etməlidirlər".

Soros hesab edir ki, ABŞ-ın İranla nüvə sazişindən çıxması və idxal rüsumları ilə bağlı qeyri-müəyyənlik Avropa iqtisadiyyatına, o cümlədən, Almaniyaya ağır zərbə vuracaq.

“Biz növbəti ciddi maliyyə böhranı ilə üzləşə bilərik”, - deyə Soros vurğulayıb.
XƏBƏR LENTİ
SORĞU