Bu gün “Qarabağ” "Atletiko Madrid"lə qarşılaşacaqÇempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda bu gün “Qarabağ” - "Atletiko Madrid" oyunu baş tutacaq.

Oyun Bakı Olimpiya stadionunda 20:00-da start götürəcək.

Matçı fransalı hakimlər birqadası idarə edəcək.

Çempionlar Liqası

C qrupu, III tur

18 oktyabr

Baş hakim: Ruddi Buke

Yan xətt hakimləri: Giyom Debar, Fredérik Kano

Əlavə köməkçi hakimlər: Amori Deleru, Fransua Leteksyö

Dördüncü hakim: Bertran Juanno (hamısı Fransa)

Qeyd edək ki, bu ispan klubunun Bakıya ikinci səfəridir. Dieqo Simeonin rəhbərlik etdiyi kollektiv 2013-cü ildə “Bakı” ilə Azərbaycanda yoldaşlıq oyunu keçirib və 3:0 hesabı ilə qalib gəlib.
“Qarabağ”–“Atletiko Madrid” oyununa 35 min bilet satılıbAğdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci ev oyununda qarşılaşacağı “Atletiko Madrid” ilə matça bilet satışı davam edir.

Avrasiya.net klubun Facebook səhifəsinə istinadən bildirir ki, qarşılaşmaya satılan biletlərin sayı artıq 35 minə çatıb.

Azarkeşlər biletləri “ASAN xidmət” mərkəzlərindən, Heydər Əliyev Sarayının kassasından, “28 Mall”, “Gənclik Mall”, “Park Bulvar” alış-veriş mərkəzlərindən, “Azərbaycan”, “Nizami” kinoteatrlarının yaxınlığından və Üzeyir Hacıbəyli küçəsi 69x ünvanından ala bilərlər.
"Qalatasaray"ın sabiq futbolçusu indi kotlet satır - FOTOFETO-yə görə axtarılan keçmiş futbolçu və millət vəkili Hakan Şükürün Amerikanın Kaliforniya ştatında "Tuts" adlı kafe açdığı məlum olub.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, terror təşkilatına üzv olmaq ittihamı ilə Türkiyədəki mülkləri müsadirə edilən Hakan Şükür açdığı kafedə masa-masa dolaşıb müştərilərinə yeməkləri bəyənib-bəyənmədiyini soruşur.

Palo Altoda Stanford Universitetinin yerləşdiyi məkanda açdığı kafedə keşmiş futbolçu müştəriləni səhər yeməyi və xəmir məmulatlarının yanında kotlet də satır.
2015-ci ildə İstanbuldakı evini satıb bankdan pulunu götürən, daha sonra Türkiyəni tərk edən Hakan Şükürün qısa bir müddətdən sonra ABŞ-da biznes fəaliyyətinə başladığı bildirilir.

Xatırladaq ki, Hakan Sükürün atası da FETO-ya maddi dəstək verdiyi üçün həbs olunub, daha sonra şərti olaraq azadlığa buraxılıb.
Rəşad Sadıqov milliyə baş məşqçi təyin olunacaq?"Qarabağ" futbol klubunun kapitanı Rəşad Sadıqov Azərbaycan milli komandasının baş məşqçisi təyin olunacağı ilə bağlı iddialara münasibət bildirib.

Report xəbər verir ki, hazırda "Qarabağ"ın U-19 komandasının baş məşqçisi olan 35 yaşlı futbolçu bunun çətin və məsuliyyətli iş olduğunu söyləyib: "Hələ Robert Prosineçkinin qalıb-gedəcəyi bilinmir. Hazırda yalnız "Atletiko" ilə oyunu düşünürəm. Ən azı qışa qədər futbolçu karyeramı davam etdirəcəyəm. Sonrasına baxarıq".

Sadıqov Azərbaycan futbolundakı problemlərə də toxunub. O, deyib ki, yerli mütəxəssislərin futbola baxışı dəyişməlidir: "Daha doğru analiz aparmaq lazımdır. "Roma" ilə görüşdə Edin Cekonu "ikinci mərtəbə"də saxlaya bilsəydim, "Qarabağ"da deyil, "Mançester Siti"də oynayardım. Futbol ictimaiyyətinin baxışı dəyişməlidir. Kənardan baxıb, danışmaq asandır".

Qeyd edək ki, Rəşad Sadıqov Çexiya ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra Azərbaycan yığması ilə vidalaşıb.
Tatamidə QALMAQAL - Ana uduzan oğlunu döydü - VİDEORusiyanın Novqorod vilayətinin Boroviçi şəhərində uşaqlar arasında keçirilən cüdo yarışlarında qalmaqal baş verib.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, yarışda uduzan uşaqlardan biri anası tərəfindən döyülüb.

“Uşaq qalib gəlirdi və sonra son saniyələrdə təmiz fəndlə uduzdu. Məğlubiyyətə dözməyərək orta barmağını hakimə göstərdi. Bunu görən anası onun dərsini vermək qərarına gəldi”, - cüdo üzrə məşqçi Viktoriya Çistyakova deyib.

“Böyük Novqorod” portalının məlumatına görə, qadını oğlunun uduzması deyil, idmançıya yaraşmayan davranışı özündən çıxarıb.

İstintaq Komitəsinin Novqorod üzrə idarəsi hadisə üzrə araşdırma aparır.
Millimizin Almaniyada acı məğlubiyyəti - 5:1Dünən Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində son oyununa çıxıb.

Millimiz Almaniya ilə görüşdə 5:1 hesabı ilə məğlub olub.

Qollar: Qoretzka, 9 (1:0), Şeydayev, 34 (1:1), Vaqner, 55 (2:1), Rudriger, 64 (3:1), Qoretzka, 66 (4:1), Emre Can, 82 (5:1)
Baş hakim: Andris Treimanis

Yan xətt hakimləri: Haralds Gudermanis, Aleksejs Spasjonnikovs

Dördüncü hakim: Aleksandrs Golubevs (hakimlər Latviyadandır)

Kayzerslaytern. “Fritz Valter Stadion”
Ermənini nokauta salan Xəyal çempion oldu - FotoAzərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, peşəkar kikboksçu Xəyal Əhmədov oktyabrın 7-də Almaniyanın Bohum şəhərində növbəti döyüşünü keçirib.

Axar.az xəbər verir ki, MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə böyük beynəlxalq Kikboksinq turnirində Azərbaycanı təmsil edən "Tank" ləqəbli idmançı Xəyal Əhmədov Kevin Keitke ilə mübarizədə qalib gələrək, çempion adını qazanıb.

Xatırladaq ki, Xəyal Əhmədov 2016-cı il noyabr ayında erməni idmançını Almaniyada nokauta salmaqla qələbə qazanmışdı.
Millimiz darmadağın oldu21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, 5-ci qrupda çıxış edən komandamız səfərdə Almaniya ilə qarşılaşıb və 1:6 hesabı ilə uduzub. Bu, Samir Ələkbərovun baş məşqçisi olduğu yığmamızda debüt matçı olub.

Qeyd edək ki, millimiz bundan əvvəl İsrail və İrlandiyaya 1:3 hesabı ilə məğlub olmuşdu.
Azərbaycan - Çexiya: 1-2DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - Çexiya oyunu başa çatıb.

Komandalar oyuna aşağıdakı heyətlə çıxıblar:

Azərbaycan: 1. Kamran Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Emil Balayev, 2. Qara Qarayev, 5. Ürfan Abbasov, 8. Renat Dadaşov, 9. Namik Ələskərov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 17. Mahir Mədətov, 18. Təmkin Xəlilzadə, 21. Tərlan Quliyev

Çexiya: 23. Jiri Pavlenka, 2. Pavel Kaderabek, 5. Yakub Brabeç, 8. Vladimir Darida, 10. Josef Huşbauer, 11. Mixael Krmençik, 13. Yan Kopiç, 14. Yakub Yankto, 17. Marek Suşi (k), 18. Yan Boril, 20. Antonin Barak

Ehtiyat oyunçular: 1. Tomaş Vaçlik, 16. Tomaş Kubek (q), 4. Yan Sikora, 6. Mixael Lüftner, 7. Yaromir Jmrhal, 9. Barek Dokal, 12. Simon Falta, 15. Tomaş Suçek, 19. Yan Kliment, 21. Vaçlav Kadleç, 22. Filip Novak

Oyunun birinci hissəsi Çexiya milli yığma komandasının 1:0 üstünlüyü ilə başa çatıb. Rəqib komandadan topu 35-ci dəqiqədə Yan Kopiç millilərimizin qapısından keçirib.

Oyunun 2-ci hissəsində millilərimiz hesabı bərabərləşdirməyə müvəffəq olublar. Oyunun 55-ci dəqiqədə Ərfan İsmayılov penaltidən topu qonaqların qapısından keçirib: 1-1

66-cı dəqiqədə isə qonaqlar yenidən önə keçib. Antonin Barak baş zərbəsi ilə qol vurub: 1-2

Təəssüf ki, oyun elə bu hesabla başa çatıb. Məğlubiyyətdən sonra Azərbaycan milli yığma komandası 10 xalla turnir cədvələinin 4-cü pilləsində qərarlaşıb. Çexiya milliləri 12 xalla 3-cü pilləyə qalxıblar.

Qrupun şəriksiz lideri isə 24 xalla Almaniya yığma komandasıdır. Onu 19 xalla Şimali İrlandiya yığması izləyir. Hər iki komanda bu gün Bakı vaxtı ilə 22:45-də Belfastda üz-üzə gələcəklər.
Çempionlarımız vətənə qayıtdı - FOTOOktyabır ayının 2-də gecə saat 01:10-da World Global Shaolin and Martial Arts Federation Təşkilatının keçirdiyi Açıq Avropa çempionatında Azərbaycanı Şaolin döyüş sənəti federasiyasının milli yığma komandasının 13 nəfər heyəti ölkəmizə döndülər. Onları Heydər Əliyev adına Beynəlxalq hava limanında Azərbaycan Vin Çun döyüş sənəti idman klubunun rəhbəri Asif Sayadov başda olmaqla tələbə və müəllim heyəti, ailə üzüvləri və media nümatəndələri qarşıladılar.

34 ölkədən gələn 400 idmançının iştirak etdiyi çempionatda idmançılarımız 4 qızıl 6 gümüş medal qazanmışlar. Federasiyanın milli yığma komandasının tərkibində ən çox nailiyyət qazanan Azərbaycan Vin Çun Döyüş Sənəti idman klubunun iştirak etdiyi 8 idmançısı (iki versiya üzrə-vin çun və şaolin -sanda )3 - qızıl, 5 gümüş medal qazanıblar. Qeyd edək ki, yarışlar Ukraniyanın Lusk şəhərində keçirilmişdir. Federasiyanın peşəkarlarda baş məşqçisi Ruhi Hüseynov, məşqçilər Azər Abbasov və Arzuman Rəsulzadədir. Federasiyanın Prezidenti Rafiq Əliyevdir.