"Qarabağ" - "Çelsi" matçına 45 min bilet satılıb“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Bakıda İngiltərənin “Çelsi” komandasına qarşı keçirəcəyi oyun üçün nəzərdə tutulan 67200 biletin 50 faizindən çoxu satılıb.

Artıq 45 min bilet azarkeşlər tərəfindən alınıb.

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək.
Qurban Qurbanov 60000 manat maaş alır - SİYAHITopaz Premyer Liqasında iştirak edən 8 komandanın baş məşqçilərinin məvacibi bəlli olub.

Avrasiya.net Futbolpress.az-a istinadən çalışdırıcıların maaşlarını təqdim edir:

Qurban Qurbanov (“Qarabağ”) - 60000+

Roman Qriqorçuk (“Qəbələ”) - 35000+

Şahin Diniyev (“Kəpəz”) - 10000+

Ayxan Abbasov (“Zirə”) - 8000+

Ramiz Məmmədov (“Keşlə”) - 4000+ (Sələfi, Zaur Svanadze – 5000+)

Samir Abasov – (“Sumqayıt”) - 4000+

Tərlan Əhmədov (“Neftçi”) - 3000+ (Hələlik)

Samir Əliyev (“Səbail”) - 3000+

Qeyd: Məbləğ manatladır və rəqəmlər minimum göstəricidir.
Qurban Qurbanov AFFA-dan ayrıldıAzərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsindən ayrılmaqla bağlı qərar verib.

Bu haqda Qol.az saytına açıqlamasında Q.Qurbanovun özü bildirib.

Qeyd edək ki, dünən Q.Qurbanov milliyə baş məşqçi təyin olunduqdan sonra onun AFFA İcraiyyə Komitəsindəki vəzifəsində qalıb-qalmayacağı maraq doğururdu.

Qurban Qurbanovun sözlərinə görə, o, iki işdə - milli komanda və “Qarabağ”dakı fəaliyyətinin çoxluğu ilə əlaqədar İcraiyyə Komitəsinin üzvlüyündən ayrılmaqla bağlı AFFA-ya müraciət edib.
Azərbaycan şahmatçıları Avropa çempionatında Ermənistanı məğlub edibYunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa çempionatının altıncı turu keçirilib.

Kişilərdən ibarət yığmamız Ermənistan, xanım şahmatçılarımız isə Rumıniya millisi ilə qarşılaşıblar. Kişilərdən ibarət yığmamız Teymur Rəcəbov və Rauf Məmmədovun qələbələri sayəsində Ermənistanı 2,5:1,5 hesabı ilə məğlub edib. Arkadiy Naydiç rəqibi ilə heç-heçə edib. Şəhriyar Məmmədyarov isə Levon Aronyana uduzub.

Qadınlardan ibarət yığmamız isə Rumıniyaya 1,5:2,5 hesabı ilə məğlub olub. Hazırda ümumi hesabda kişilərdən ibarət yığmamız 9 xalla 3-cü, qadınlar isə 6 xalla 14-cü pillədə qərarlaşıblar. (APA)
Qurban Qurbanov millinin baş məşqçisi oldu Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.

Bu barədə qərar AFFA İcraiyyə Komitəsinin iclasında verilib. 45 yaşlı mütəxəssis "Qarabağ"ın baş məşqçisi postunda da işini davam etdirəcək.

O, milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.

Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"a rəhbərlik edir. O, yığmanın sükanı arxasında xorvatiyalı Robert Prosineçkini əvəzləyib.
Qurban Qurbanov AFFA qarşısında şərtlər qoyduRobert Prosineçkinin Azərbaycan milli komandasının baş məşqçi postundan getməsindən sonra yeni baş məşqçinin kimliyi ilə bağlı fərqli versiyalar səsləndirilsə də, AFFA Qurban Qurbanov variantına daha çox üstünlük verir. Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunacağı artıq dəqiqdir və sabah İcraiyyə Komitəsinin növbəti iclasında bu haqda qərar qəbul olunacaq.

“Sportlife.az”ın məlumatına görə, Q.Qurbanovu bu posta gətirmək AFFA-ya o qədər də asan başa gəlməyib.

Qurban Qurbanov AFFA prezidenti Rövnəq Abdullayevlə görüşü zamanı bir neçə şərtinin olduğunu və bu şərtlərə əməl olunacağı təqdirdə təklifi qəbul edə biləcəyini bildirib. Şərtlərdən biri də Azərbaycanın əsas və aşağı yaş milli komandalarına nəzarətin şəxsən özünə verilməsi olub.

R. Abdullayev “Qarabağ”ın uğurlarının memarı olan Qurbanovun bütün şərtləri ilə razılaşdığını və onun üçün ən yüksək şəraitin yaradılacağına söz verib.

Qeyd edək ki, buna qədər Azərbaycan milli komandalarına nəzarət AFFA-nın baş katibi Elxan Məmmədovun əlində idi.
Messi 5-ci dəfə "ən yaxşı" olduArgentinalı futbolçu Lionel Messi “Barselona”da ötən mövsümün ən yaxşı oyunçusu seçilib.

AzNews.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Bu mükafat klubun müxtəlif şöbələrinin rəhbərlərindən ibarət şura tərəfindən seçilən oyunçuya təqdim olunur və Aldo Rovirin adını daşıyır.

Bu argentinalı futbolçunun karyerasında 5-ci belə nəticədir.
4 qat dünya çempionunun alacağı maaş - 40 milyonFormula 1-də 4 qat Dünya Çempionu olan Luis Hamilton "Mercedes"lə müqaviləsini uzatmağa çox yaxındır.

AzNews.az Sky Sports-a istinadən xəbər verir ki, Formula 1 tarixində ən titullu Britaniya pilotu olan Luis Hamiltonun maaşı da arta bilər. Pilotun maaşı ildə 40 milyon funt sterlinq təşkil edəcək.

Bununla da o, Britaniya idmanı tarixində ən yüksək maaş alan şəxs kimi tarixə düşəcək.

"Danışıqlar prosesi çox rahat başa gəldi. Biz müqavilədəki hər bir detalı müzakirə etmişik. Yalnız, sponsorlarla əməkdaşlıq şərtləri, brendin inkişafı və ikitərəfli xeyirlər barədə məsələlərin həlli qalır. Mən əminəm ki, yaxın aylarda bütün bu məsələlər həll olunacaq. Bizə son iki yarışda sürətdən həzz almaq qalır." , - deyə Hamilton bildirib.

İngilis pliot əlavə etdi ki, beşinci çempion titulu üçün də mübarizə aparmaq istəyir.
Ronaldo "Real"dan gedirPortuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo ötən gün yaşanan məğlubiyyətdən sonra təmsil etdiyi klubu tərk edir.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, ulduz oyunçu İngiltərənin "Totenhem" klubuna 1:3 hesabı ilə uduzan "Real"la müqaviləni yeniləməyəcək.

"Mənim komandam çox pis oynadı. Müqaviləmin bitməyinə hələ 4 il var. Yeni müqavilə imzalamaq istəmirəm. Mənim üçün belə də yaxşıdır. Çünki mən qələbələrə öyrəşmişəm" - Ronaldo belə deyib.
"Qarabağ" "Atletiko" oyunundan 500 min avro qazandıXəbər veridyimiz kimi, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Atletiko” “Qarabağ”ı qəbul edib. Təmsilçimiz səfər oyunundan bərabərliklə (1:1) qayıdıb. Bu qələbə Ağdam klubunun büdcəsin də təsir edib.

UEFA təmsilçimizə yarım milyon avro mükafat ayracaq.
Hər iki oyunu nəzərə alaraq qeyd edə bilərik ki, “Qarabağ” İspaniya təmsilçisi ilə matçlarda ümumlikdə 1 milyon avro (təxminən 1 milyon 977min AZN) qazanıb.

Qeyd edək ki, qrup mərhələsindəki hər qələbənin mükafat məbləği 1,5 milyon heç-heçə isə 500 min avrodur. 1/8 final mərhələsinə çıxan klub isə 6 milyon avro gəlir əldə edəcək.